Arxiv
8 Aprel 2019, 14:33 | HADİSƏ
İnvestisiya yatır, Azərbaycan vətəndaşlığı al...

Bir çox dövlətlər xarici investorları cəlb etmək, büdcəni əlavə vəsaitlə təmin etmək üçün ölkə pasportunun nüfuzundan istifadə edir. Məsələn, Cənubi Kipr, Malta kimi Avropa Birliyi ölkələri 500 min avrodan çox investisiya yatıran xarici ölkə vətəndaşlarına oturum izni, 6 aydan sonra isə vətəndaşlıq verir.

Qonşu Gürcüstanda və Moldovada da investisiya qarşlığında vətəndaşlığın verilməsi qanunu müzakirə olunur.

Bəs Azərbaycanda müəyyən məbləğ ödəmək və ya investisiya yatırmaqla vətəndaşlıq almaq mümkündürmü? Bu halda məsələnin ölkə üçün təsiri nə ola bilər?

 

Milli Məclisin deputatı Tahir Kərimli Modern.az-a bildirib ki, Azərbaycan qanunvericiliyi, eləcə də psixologiyası hələ ki bu qanunun tətbiqinə hazır deyil:

“Azərbaycanın bəzi dövlətlərlə fərqi var.Yəni Azərbaycanda torpaq, starteji ehtiyatlar xarici vətəndaşlara satıla bilməz. Adətən, başqa ölkələrdə şahidi oluruq ki, müəyyən bir sahəyə yatırım etdikdən sonra xarici investorlar həmin əraziyə yiyələnirlər. Azərbaycanda isə belə bir qayda nəzərdə tutulmayıb ki, hər hansı bir sahəyə  yatırım  etdikdən sonra vətəndaşlıq hüququ almaq olsun. Xarici ölkə nümayəndəsi yalnız vətəndaşlıq statusu qazandıqdan sonra hər hansı bir yatırım etməklə müəyyən ərazi, mülkiyyətə sahiblənə bilər. Qanunun tətbiqi üçün isə ən azından bəzi beynəlxalq münasibətləri tənzimləməliyik, torpaq bütövlüyümüz təmin edilməlidir. Çünki düşmən ünsürlər bu qanun tətbiq edilcəyi halda ölkədə  müəyyən təxribat işləri apara bilərlər”.

 

Deputat Fazil Mustafanın sözlərinə görə isə iqtisadi kapital cəlb etmə baxımından bu qanunun tətbiqi mümkündür.

“Lakin hələ ki belə bir təşviq yoxdur. Əslində xarici investorları bu qanunun tətbiqi ölkəmizə cəlb edə bilər. Heç sözsüz ki, böyük məbləğdə yatırımın edilməsi ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə müsbət təsir edər”.


İqtisadçı Vüqar Bayramov
bildirir ki, ölkəmizdə bu qaydanın tətbiqi məqbul hal ola bilər:

“Vətəndaşlığın alınması sahibkarlara sərf edir. Belə ki, onlar vizasız rahat bir şəkildə həmin ölkəyə gedib-gələ bilirlər. Azərbaycanda investisiya hesabına vətəndaşlığın təklif olunması məsləsi dəfələrlə müzakirə olunub.  Bizdə investorun vətəndaşlıq almaq üçün müraciət etmək hüququ var.  Bu müraciətə  müvafiq  icra hakimiyyət orqanları  baxaraq, qərar verə bilərlər. Belə bir qaydanın tətbiq ediləcəyi halda böyük məbləğdə investisiyanın cəlb edilməsi gözlənilmir. İnkişaf etmiş ölkələrdə belə, vətəndaşlığın verilməsi investisiya cəlb etmə baxımından o qədər də uğurlu deyil. Həmin ölkələr də daha çox iri şirkətləri ölkəyə cəlb etməklə sərmayələrin qoyulmasına nail olmağa çalışırlar. Yaxşı olardı ki, ölkəmizdə də sərmayə qoyuluşuna  iri şirkətlər cəlb edilsin”.

 

Əzizə ZEYNAL

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tahir Mirkişili seçicilərə HESABAT verdi - FOTO, VİDEO 19 Yanvar 2020, 01:26 Ülvi Quliyev 12 ölkənin 1000-dən artıq idmançısının qatıldığı beynəlxalq turnirdə - FOTOLAR 19 Yanvar 2020, 00:57 Ərdoğan Merkellə Liviyadakı vəziyyəti müzakirə edib 19 Yanvar 2020, 00:38 Mahir Abbaszadə Sumqayıtda məskunlaşan seçiciləri ilə görüşdü - FOTOLAR 19 Yanvar 2020, 00:23 Ukrayna Azərbaycanlıları Radasında 20 Yanvar şəhidləri anıldı - VİDEO 18 Yanvar 2020, 23:56 Rövşən Sadıxov “start” işarəsi verdi - FOTOLAR 18 Yanvar 2020, 23:42 Hicran Hüseynova Sumqayıt seçiciləri ilə görüşdü 18 Yanvar 2020, 23:19 Qənirə Paşayeva seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 23:05 İran vurulan təyyarənin qara qutularını Ukraynaya göndərəcək 18 Yanvar 2020, 22:46 Liviyada  limanlar  Haftarın əlinə keçdi 18 Yanvar 2020, 22:34 Bakıda gənci döyüb xəstəxanalıq etdilər 18 Yanvar 2020, 22:17 İndoneziyada güclü zəlzələ 18 Yanvar 2020, 22:05 Aksiyada 30-dan çox etirazçı saxlanıldı 18 Yanvar 2020, 21:43 Azay Quliyev məhəllələrdə görüşlərə başladı - FOTOLAR 18 Yanvar 2020, 21:24 AFFA-nın İcraiyyə Komitəsinə namizədlər bəlli oldu 18 Yanvar 2020, 21:11 Seçicilər Vüqar Bayramovu böyük coşqu ilə qarşılayıb - FOTOLAR 18 Yanvar 2020, 20:57 Bakıda yeniyetmə yol qəzasının qurbanı olub 18 Yanvar 2020, 20:37 Fəzail Ağamalının seçicilərlə görüşü davam edir - FOTOLAR 18 Yanvar 2020, 20:14 İki gündə beş kənd - Ləman Ələşrəfqızı seçicilərlə görüşlərini davam etdirir 18 Yanvar 2020, 20:03 Musa Quliyev təbliğata Gəncənin müqəddəs yerlərini ziyarət etməklə başladı - FOTO 18 Yanvar 2020, 19:43 Deputatlığa namizəd Eldar Quliyev izdihamlı görüş keçirdi - FOTOLAR 18 Yanvar 2020, 19:20 Ceyhun Məmmədov Sumqayıtda məskunlaşan cəbrayıllı məcburi köçkünlərlə görüşdü - FOTO 18 Yanvar 2020, 19:00 İlham Əliyev məqalə YAZDI 18 Yanvar 2020, 18:46 İqbal Məmmədov seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 18:35 Müəllimlərin işə qəbulunda YENİLİK 18 Yanvar 2020, 18:04 Naxçıvan sakini Göygöldə işlədiyi evdən oğurluq etdi 18 Yanvar 2020, 17:46 Baş Prokurorluq sayt rəhbərinə xəbərdarlıq ETDİ 18 Yanvar 2020, 17:42 Cavanşir Paşazadə seçicilərlə görüşlərə başladı - FOTOLAR 18 Yanvar 2020, 17:32 Azay Quliyevin 4 illik fəaliyyətinə dair HESABAT - Video 18 Yanvar 2020, 17:22 Cəlilabadda narkoticlərə qarşı polis ƏMƏLİYYATI 18 Yanvar 2020, 17:13 Nazir əmr imzaladı - Daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaq 18 Yanvar 2020, 17:02 Afət Telmanqızının həyat yoldaşı: “Bu cür xanımla həyatı bölüşmək çox asan olur” 18 Yanvar 2020, 16:50 15 yaşlı Gəncə sakini sükan arxasında öldü 18 Yanvar 2020, 16:37 Onlar ən yaşlı deputatlığa namizədlərdir - SİYAHI 18 Yanvar 2020, 16:13 Kirayə mənzil üçün müraciətlərin qəbul tarixi AÇIQLANDI 18 Yanvar 2020, 15:55
SORĞU Yeni parlamentdə kimlər olsun?