Modern.az

Qarabağ Komitəsi mitinq keçirməkdən imtina etdi - SƏBƏB  

Qarabağ Komitəsi mitinq keçirməkdən imtina etdi - SƏBƏB  

17 Aprel 2019, 14:58

Qarabağ Komitəsinin üzvləri mitinq keçirməkdən imtina ediblər.

 

Modern.az-ın məlumatına görə, təşkilat üzvləri Mirmahmud Fəttayev, Pənah Hüseyn, Tural Abbaslı, Sahib Kərimli və İlham İsmayıl tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizova edilən müraciətdə bildirilib.

Qeyd olunub ki, “aprelin 20-də saat 15:00-dan 17:00-dək, Bakı şəhəri, Yasamal rayonu ərazisindəki “Məhsul” stadionunda mitinq keçirilməsi üçün etdiyimiz müraciətdən həmin tarixdə və yerdə bizdən əvvəl digər təşkilatçılar tərəfindən mitinq keçirilməsi müraciəti olması səbəbindən imtina etdiyimizi bildiririk”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...