Arxiv
20 Aprel 2019, 14:19 | ƏDƏBİYYAT
Ruh da cövlan edərmiş

                                                 (hekayə)

        Şadlıq sarayında bir ruh cövlan edirdi. Bunu ta toyun əvvəlindən axırınacan bircə şəxs sezdi, qardaşının oğulu. Övladlarından yaşca böyük olan qardaşı oğulunu əmisi sağlığında doğma balalarından da çox sevərdi və adını da özü qoymuşdu.   Onun da əmisinə istəyi tükənməzdi.

        Bəyin sinni qırxı da ötmüşdü. Bütün bacı-qardaşları çoxdandır ailə qursalar da, o, subaylığın daşını atmaq fikrindən uzaq düşmüşdü. Beləcə valideynləri, o cümlədən, balalarından ötrü Tanrının istənilən sınağına hazır olan atası da ipə-sapa yatmayan övladının toyunu görmədən bu dünyadan köçmüşdü. Ötən müddətdə qəbir evində də oğuluna dularını əskiltməmişdi. Nəhayət, bu ümdə arzusu çin olmuşdu. Şadlıq sarayı boyunca xoşbəxtlik carcısı təkin süzməkdəydi.  

       Toy axarına düşən anda ruh hədsiz sevincini bölüşmək üçün sevimli qardaşı oğuluna sarı yönəldi, arxa tərəfdən onun boynuna sarıldı. Həmən kəs də anındaca əmisinin hənirtisini duydu, kürəyini qarsıdan istini ətrafdakılara büruzə verməməyə çalışdı. Fəhmi ilə anlayırdı ki, buna kimsəni inandırmaq mümkün olmayacaq. Ən yaxşı halda onu kefli sanacaqdılar.  

-      Nəsə birtəhərsən, özünü yaxşı hiss eləmirsən deyəsən, beş-on dəqiqliyə təmiz havaya çıx, hər şey qaydasına düşəcək...

-      Yox, heç bir problem yoxdur. Narahat olmayın, sadəcə bir qədər çox duyğulandım, axı, mən də hamınız kimi bu büsatı illərdi səbirsizliklə gözləyirdim...

-      Başa düşürük, amma sən kişisən, çalış, özünü toxtaq tut...

-      Çalışıram...

         Elə bil, əmisi bu kəlmələrə bənd imiş, bir silkindi ki, gəl görəsən...  Onun şadlığından şahə qalxan sinəsi qardaşı oğlunu da dağ kimi yerindən oynatdı. Bayaqdan iç dünyasını çalxalayan duyğularına çətinliklə sinə gərən əmioğludan bir kükrəmə qopdu ki, gəl görəsən. Sanki, bulağın gözü açıldı, onun göz yaşları selə döndü. Az qala toy yaddan çıxa, hamılıqla ha əlləşsələr də, onu ovundura bilmədilər ki, bilmədilər. Azacıq özünə gələn təkin, əmisinin olmazın şadlığından tit-tir əsən sinəsi kürəyini “döyəclədikcə”, o da istər-istəməz doğmasının sevinc  yaşlarına şərik olurdu.  

         Beləcə məclisə aş verilənədək əmi-bala ürəklərini birgə boşaltdılar. Bir də toy başa çatmaqdaykən əmisinin ruhu bir daha ona bərk-bərk sarılandan sonra şadlıq mağarı boyunca qıyya vuraraq qeybə çəkildi. Elə bil, himə bəndmiş, anındaca onun da göz yaşları xırp kəsildi. Təkcə onu anlasınlar deyə deyil, həm də atalarının sevincinin yerə-göyə sığmadığından hali olsunlar deyə bayaqdan bəri baş verənləri əmisi oğullarının bəzisinə söyləsə də, aydınca sezdi ki, ona axıra qədər inanan tapılmadı.  Əksəriyyət büruzə verməsə də, bunu ya onun kefliliyinə, ya da həddən ziyadə kövrəkliyinə bağladı. Neyləmək olardı, reallıq beləydi. Qardaşoğluna ömürlük qalan isə əmisinin aşıb-daşan sevincindən ona düşən əvəzsiz pay oldu.

P.S: Bu hekayə olmuş hadisə əsasında qələmə alınıb.

 

Azad Müzəffərli

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Ermənistan regionda destruktiv siyasət yürüdür” - İlham Əliyev 22 Fevral 2020, 23:21 Koronavirusun dünyaya yayılma sürəti artıb 22 Fevral 2020, 23:16 Prezident Vatikanda Papa Fransisk ilə görüşdü - YENİLƏNİB 22 Fevral 2020, 22:57 Sumqayıtda 36 yaşlı şəxsin meyiti tapıldı 22 Fevral 2020, 22:44 Haftarın yüzə yaxın əsgəri məhv edilib 22 Fevral 2020, 22:30 "Patriot" sistemləri yenidən Türkiyədə 22 Fevral 2020, 22:13 Polislərin etiraz aksiyaları davam edir 22 Fevral 2020, 21:56 Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görüldu - FOTO 22 Fevral 2020, 21:41 Messi poker etdi, “Barselona” zirvəyə qalxdı   22 Fevral 2020, 21:29 Xüsusi peşə təhsili müəssisələrinin vəzifələri artırıldı 22 Fevral 2020, 21:19 "Könüllülər İli" gənclərin fərdi inkişafına təkan verəcək - Umud Mirzəyev 22 Fevral 2020, 21:07 Azərbaycan Böyük Dəbilqədə ilk medalını qazandı 22 Fevral 2020, 21:02 Bakıda azyaşlılara siqaret satanlar cərimələndi 22 Fevral 2020, 20:47 Türkiyə daha bir şəhid verdi - FOTO 22 Fevral 2020, 20:34 Güney Azərbaycanda Xocalı ilə bağlı kampaniya 22 Fevral 2020, 20:16 Daha bir oyun koronavirusa görə təxirə salındı 22 Fevral 2020, 20:01 Məzahir Pənahov: “Kürdəmir Dairə Seçki Komissiyası buraxıla bilər” 22 Fevral 2020, 19:20 Yeni seçilən deputatların SİYAHISI 22 Fevral 2020, 19:14 MSK Naxçıvandakı bu dairədən şikayəti müzakirə etdi 22 Fevral 2020, 19:10 Elza Seyidcahanın seçkilərdən şikayətinə BAXILMADI - SƏBƏB 22 Fevral 2020, 19:04 MSK bu dairələrdən şikayətləri geri qaytardı 22 Fevral 2020, 18:56 Yasamalda namizəd 28 məntəqədə nəticələrin ləğvini tələb edib 22 Fevral 2020, 18:49 Tahir Rzayevin dairəsində də məntəqənin nəticəsi ləğv edildi 22 Fevral 2020, 18:38 İranda koronavirusa görə məktəblər bağlandı 22 Fevral 2020, 18:33 Şəhid hərbçimizin ölümündən əvvəl çəkilən son FOTOSU 22 Fevral 2020, 18:25 Məhkəmə Neftçalanın icra başçısı və digərlərilə bağlı QƏRAR VERDİ 22 Fevral 2020, 18:20 Prezident İlham Əliyev estoniyalı həmkarını təbrik etdi 22 Fevral 2020, 18:15 MSK-da Elman Nəsirov MÜZAKİRƏSİ 22 Fevral 2020, 18:08 Berlində Ümumavropa Qarabağ mitinqi başa çatdı - FOTOLAR 22 Fevral 2020, 18:00 Seçkinin nəticələri TƏSDİQLƏNDİ 22 Fevral 2020, 18:00 Su quyusunda meyiti tapılan ana və azyaşlı oğlu ilə bağlı rəsmi MƏLUMAT  22 Fevral 2020, 17:52 MSK beynəlxalq qrossmeysterin anasının şikayətinə BAXDI 22 Fevral 2020, 17:46 Pakistandan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı QƏTNAMƏ 22 Fevral 2020, 17:42 İlham Əliyev Yaponiya imperatorunu təbrik etdi 22 Fevral 2020, 17:36 Orduxan Qarabağ mitinqini çəkdiyinə görə Meydan TV-yə qarşı çıxdı 22 Fevral 2020, 17:30