Modern.az

Avtobus  qəzasında xəsarət alanlar evə buraxıldı - YENİLƏNİB

Avtobus  qəzasında xəsarət alanlar evə buraxıldı - YENİLƏNİB

21 Aprel 2019, 13:22

Sumqayıt-Binəqədi xətti üzrə hərəkət edən 585 nömrəli avtobusun iştirakı ilə qəza baş verib.

Modern.az-ın məlumatına görə, hadisə nəticəsində avtobus minik avtomobili ilə toqquşub.

Qəzada xəsarət alanlar 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxandan Modern.az-a verilən məlumata görə, xəsarət alanlar Rizvan Alıyev, Ayaz Tağıyev, Eldəniz Məmmədov, Bəxtiyar Səfərov, Xəyyam Məmmədov ilkin yardım göstərildikdən sonra evə buraxılıblar. Onların vəziyyətinin kafi olduğu vurğulanıb.

***

Saat 11:30

Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Modern.az “Report”a istinadən xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Yaralılar - Tağıyev Ayaz (35 yaş), Alıyev Rizvan (51), Məmmədov Xəyyam (38), Səfərov Bəxtiyar (38) və Məmmədov Eldəniz (49) müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

Yaralıların hansı nəqliyyat vasitəsində olduğu məlum deyil.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir