Arxiv
24 Aprel 2019, 12:34 | TƏHSİL
Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının tərkibi TƏSDİQLƏNDİ

Təhsil naziri Ceyhun Bayramov Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının tərkibini təsdiq edib.

 

Modern.az xəbər verir ki, Himayəçilər Şurasının  tərkibinə Təhsil naziri Ceyhun Bayramov, Ədliyyə nazirinin müavini Azər Cəfərov, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, xalq yazıçısı Elçin Əfəndiyev, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi Asəf Hacıyev, “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev və “BP” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli daxildir.

Qeyd edək ki, Himayəçilər Şurası ali təhsil müəssisələrinin inkişafına yardım edən, ictimai əsaslarla fəaliyyət göstərən strukturdur. Təhsilin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyan Himayəçilər Şurasının üzvləri müxtəlif peşə sahibləri olan nüfuzlu şəxslərdən təşkil edilir. Şuranın məqsədi elm və təhsilin inkişaf etdirilməsi, milli təhsilin nüfuzunun yüksəlməsi, ona əlavə dəstək verilməsidir.

Şura universitetin qanuni fəaliyyətinin həyata keçirilməsində, ali təhsil müəssisəsinin inkişafına mane olan aktual problemləri həll etməkdə köməklik göstərəcək. Bundan başqa, universitetdə təhsil xidmətlərinin rəqabətqabiliyyətliliyinin təmin edilməsi, universitetin tədqiqat və təhsil, mədəni və intellektual mərkəz kimi inkişafına dəstək verilməsi, ali təhsil müəssisəsinin dövlət, ictimai və biznes strukturları ilə əməkdaşlığının təşviq edilməsi Şuranın səlahiyyətlərinə daxildir.

Şura beynəlxalq təhsil, elmi, texniki və mədəni əməkdaşlığın inkişafına yardım etməklə yanaşı, təhsil müəssisəsinə büdcədənkənar vəsaitlərin cəlbi və universitetin infrastrukturunun inkişafı, maddi-texniki bazasına dəstək verilməsi funksiyalarını da həyata keçirəcək.

Xatırladaq ki, Himayəçilər Şurası dünyanın məşhur universitetlərində strateji qərarların  verilməsində mühüm rol oynayır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Onun qurduğu xəyal gerçəkləşdi 15 Noyabr 2019, 00:37 Pentaqondan F-35-lə bağlı gözlənilməz rəy 15 Noyabr 2019, 00:21 Azərbaycanlı jurnalist ermənilərlə bir arada 15 Noyabr 2019, 00:03 Azərbaycan neftinin qiyməti dəyişdi 14 Noyabr 2019, 23:47 II Bakı Sammitinin iştirakçılarının şərəfinə ziyafət verildi - FOTOLAR 14 Noyabr 2019, 23:30 Türkiyə millisi AVRO-2020-yə vəsiqə qazandı 14 Noyabr 2019, 23:14 Parlamentin binası qarşısında çadırlar qurulur 14 Noyabr 2019, 22:59 Bakıda ata və oğlu bıçaqlandı 14 Noyabr 2019, 22:46 İndoneziyada 7,2 bal gücündə zəlzələ oldu 14 Noyabr 2019, 22:28 3552 məhbus əfv edildi 14 Noyabr 2019, 22:13 Xarici İşlər Nazirliyi azərbaycanlıların Almaniyada həbsi barədə... 14 Noyabr 2019, 21:53 Məktəbdə silahlı insident 14 Noyabr 2019, 21:41 Azərbaycan Kolumbiya əlaqələri müzakirə edilib 14 Noyabr 2019, 21:24 Almaniyada azərbaycanlı mühacirə aid restoranda axtarış 14 Noyabr 2019, 21:09 "Qardaşım çirkin oyunun iştirakçısı deyil" - Şahbaz Xuduoğlu 14 Noyabr 2019, 20:54 Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edildi - SİYAHI 14 Noyabr 2019, 20:43 Qanunu kobud pozan 4 hakimə töhmət verilib 14 Noyabr 2019, 20:30 "Mühacir alveri ilə bağlı həbs edilməmişəm" - Sabiq ədliyyə işçisi 14 Noyabr 2019, 20:17 Azərbaycan millisi Lixtenşteynə qalib gəldi 14 Noyabr 2019, 20:03 Ərdoğan Trampdan razı qalıb: “Bu dəfə onun daha müsbət və konstruktiv olduğunu gördüm” 14 Noyabr 2019, 19:58 Deputatlarımız Belarusdakı parlament seçkilərni izləyəcəklər 14 Noyabr 2019, 19:48 2 minə yaxın abonent qazsız qaldı 14 Noyabr 2019, 19:43 Gəncədə ağır yol qəzası: 1 ölü, 3 yaralı - FOTO 14 Noyabr 2019, 19:34 Bahalı müğənnilər dövlətə nə qədər vergi ödəyirlər?  - SORĞU 14 Noyabr 2019, 19:19 Xameneyidən gözlənilməz addım - dövlətə qarşı çıxanları ƏFV etdi 14 Noyabr 2019, 18:54 “Azərbaycan və İranı ortaq tarixi-mədəni keçmiş və din bir-birinə sıx bağlayır” - Əbülfəs Qarayev 14 Noyabr 2019, 18:41 İsrail səfiri Azərbaycandan gedir 14 Noyabr 2019, 18:33 Azercell-in dəstəyi ilə beşinci Uşaq Paralimpiya Oyunları keçirilib 14 Noyabr 2019, 18:25 İcra başçısı məktəblilərlə görüşdü 14 Noyabr 2019, 18:19 Serj Sarkisyanın kürəkəni Paşinyanı devirmək üçün 7 üsul TƏKLİF ETDİ 14 Noyabr 2019, 18:08 Gecikmiş sevgi etirafi 14 Noyabr 2019, 18:07 İlham Əliyev: “Söz sağalda bilər, söz yaralaya bilər, söz öldürə bilər” 14 Noyabr 2019, 17:56 Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir - FOTO   14 Noyabr 2019, 17:54 Azərbaycanlı jurnalistlərdən erməni jurnalistlərin Bakıya gəlişinə REAKSİYA 14 Noyabr 2019, 17:46 Cəbhə bölgəsində məktəblilər üçün təlimlər keçiriləcək - FOTO 14 Noyabr 2019, 17:46