Arxiv
24 Aprel 2019, 16:49 | AKTUAL
İlham Əliyev Çin Xalq Respublikasının Sədrini Azərbaycana dəvət etdi - YENİLƏNİB

Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin görüşü olub.

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Dövlət başçıları birgə foto çəkdiriblər.

Çin Xalq Respublikasının sədri Si Cinpin deyib:

- Cənab Prezident Əliyev, Sizi Pekində bir daha salamlayıram, qarşıdakı “Bir kəmər, bir yol” ikinci Beynəlxalq Əməkdaşlıq Forumuna xoş gəlmisiniz. Azərbaycan tərəfi və şəxsən Siz Çin-Azərbaycan münasibətlərinin inkişafına, “Bir kəmər, bir yol” təşəbbüsünün birlikdə reallaşdırılmasına böyük diqqət yetirirsiniz. Biz bunu yüksək qiymətləndiririk.

Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir. Siz həm də “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasına ilk olaraq münasibət bildirənlərdən və bu işdə fəal iştirak edənlərdən birisiniz. Sizin ölkəniz Böyük İpək Yolu üzərində yerləşir və bu yolun bərpasında təbii tərəfdaşdır. Bizim əməkdaşlığımızın artıq bir sıra nəticələri var və bu əməkdaşlıq xalqlarımıza real fayda verir. Sizinlə birlikdə ortaq səylərimizlə “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasını davam etdirməyə, birgə inkişaf və firavanlıq naminə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daim dərinləşdirməyə hazıram.

Cənab Prezident, Siz Çin xalqının çoxdanki dostusunuz, Çin-Azərbaycan münasibətlərinin və bütün sahələrdə əməkdaşlığın inkişafı üçün şəxsən daim səy göstərirsiniz. Mən bunu yüksək qiymətləndirirəm və Sizinlə sıx əlaqə saxlamağa, ikitərəfli münasibətləri birlikdə sağlam məcrada inkişaf etdirməyə hazıram. Çin Kommunist Partiyası da Yeni Azərbaycan Partiyası ilə əlaqələri fəallaşdırmağa, dövlət idarəçiliyi təcrübəsini mübadilə etməyə, iki ölkə arasında qarşılıqlı etimadı möhkəmlətməyə hazırdır.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib:

- Cənab Sədr, mənim ünvanıma söylədiyiniz və ölkəmiz haqqında dediyiniz xoş sözlərə görə Sizə təşəkkür edirəm. Mən Sizə, ilk növbədə, dəvətə görə təşəkkür etmək istərdim. Biz “Bir kəmər, bir yol” Forumunda iştirak etməyə dəvət olunmağımızı ölkəmizə xüsusi hörmət əlaməti, mənə münasibətdə dostluq əlaməti hesab edirik. Siz qeyd etdiniz ki, mən Sizin ölkənizin dostuyam, Azərbaycanda da Sizi Azərbaycanın xeyirxah dostu kimi tanıyırlar. Biz birgə səylərimizlə əməkdaşlığımızı irəlilədirik, bundan sonrakı qarşılıqlı fəaliyyətin yollarını müəyyən edirik.

Bu Forumun keçirilməsi çox böyük əhəmiyyət kəsb edir. Siz qeyd etdiyiniz kimi, Azərbaycan lap əvvəldən Sizin təşəbbüsünüzü dəstəkləyib və bu layihəni bizim irəli sürdüyümüz təşəbbüslər çərçivəsində fəal irəlilədir. 2015-ci ildə Sizin ölkənizə dövlət səfərimi və burada mənə göstərilən qonaqpərvərliyi xatırlamaq istərdim. O vaxt Sizinlə biz “İpək Yolu İqtisadi Kəməri” haqqında Anlaşma Memorandumunu imzaladıq. Bu gün bizim siyasi münasibətlərimiz yüksək səviyyədədir. Biz beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əlaqə saxlayırıq.

X X X

Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu daxili və xarici siyasətinin həyata keçirildiyini, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artdığını, Azərbaycanda sabitliyin təmin olunduğunu, xalqımızın rifah halının yüksəldiyini, iqtisadi sahədə inkişafa nail olunduğunu bildirdi. O, Çinin Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəklədiyini vurğulayıb. Si Cinpin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Trans-Xəzər nəqliyyat dəhlizinin əhəmiyyətini qeyd edib.

Prezident İlham Əliyev də öz növbəsində Azərbaycanın “Vahid Çin” siyasətini ardıcıl surətdə dəstəklədiyini vurğulayıb. Dövlət başçısı Çinin bütün sahələrdə əldə etdiyi böyük uğurlarla bağlı təbriklərini çatdırıb.

Söhbət zamanı infrastruktur, logistika, energetika, turizm, kənd təsərrüfatı, investisiya, informasiya-kommunikasiya texnologiyaları, təhsil və humanitar sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında əməkdaşlıq və beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpini ölkəmizə səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti yenidən uzadıldı - AZAL 31 May 2020, 15:10 Dünyada və Azərbaycanda orta aylıq əmək haqqı – STATİSTİKA 31 May 2020, 15:05 Koronovirus Venesiya kinofestivalına mane ola bilməyəcək 31 May 2020, 14:59 Bərdədə heyvan leşləri su kanalına atıldı - VİDEO 31 May 2020, 14:52 Qənirə Paşayevadan Ramil Səfərova dəstək - “Yüz minlərlə soydaşın yanındadır” 31 May 2020, 14:46 Jurnalistin anası vəfat etdi 31 May 2020, 14:45 Mübariz Mənsimovun şirkəti müflis olub? - “Palmali Holding”dən AÇIQLAMA 31 May 2020, 14:41 Şəkidəki ayını tutub Altıağac milli parkına apardılar - VİDEO - YENİLƏNİB 31 May 2020, 14:33 Müdafiə Nazirliyindən Vahid Əhmədova CAVAB - Yalan danışmaq deputata yaraşmaz 31 May 2020, 14:30 Qarabağ dünyaya yox, Azərbaycana lazımdır 31 May 2020, 14:23 İranda koronavirusa yoluxanların sayı 150 mini keçdi 31 May 2020, 14:16 Olimpiya İdman Komplekslərinin fəaliyyətinə icazə verildi - RƏSMİ 31 May 2020, 14:10 Məşhur prodüser daha dörd təcavüzdə ittiham olunur 31 May 2020, 14:04 Goranboyda karantin qaydalarını pozan çay evi aşkarlandı 31 May 2020, 13:58 İrşad Electornics-dən ““HONOR”LA YAŞA!” kampaniyası 31 May 2020, 13:52 Cənubi Koreya vətəndaşı Ermənistan həbsxanasında özünü asdı 31 May 2020, 13:46 Saatlıda çətənə yetişdirən şəxs tutuldu - FOTO 31 May 2020, 13:40 Şəki şəhərin mərkəzində dolaşan ayı tutuldu - FOTO 31 May 2020, 13:34 Tailand Kralı İlham Əliyevi təbrik etdi 31 May 2020, 13:28 İyunun ilk günündə hava necə olacaq? - PROQNOZ 31 May 2020, 13:22 Müdafiə Nazirliyi: “Silah gücü düşmənlə danışılacaq yeganə dildir” 31 May 2020, 13:16 İcra başçısı yaylaqada çobanlarla görüşdü - FOTO 31 May 2020, 13:10 Azərbaycanda çay tullantılardan təmizləndi - FOTO 31 May 2020, 13:05 Azərbaycanda daha bir məmur həbs olundu   31 May 2020, 13:00 Deputatdan Müdafiə nazirinə sərt TƏNQİD 31 May 2020, 12:57 “Naxçıvandan xeyli insan Türkiyəyə işləməyə gedir” - Ziyafət Əsgərov 31 May 2020, 12:52 Jurnalistlər binasında koronavirus aşkarlandı 31 May 2020, 12:47 Qarabağda koronavirusa yoluxanların sayı artdı 31 May 2020, 12:42 Azərbaycana 90 günədək səfər edən Türkiyə vətəndaşları üçün viza ləğv olundu 31 May 2020, 12:36 Deputat ABŞ prezidentinin təklifini dəstəklədi 31 May 2020, 12:30 Deputatdan Operativ Qərargaha etiraz: “Naxçıvana gediş-gəliş açılmır, ancaq...”  31 May 2020, 12:25 Qənirə Paşayeva hökuməti Türkiyədəki tələbələrimizi geri qaytarmağa ÇAĞIRDI 31 May 2020, 12:19 Ermənistanda koronavirusa yoluxanların sayı 9 mini keçdi 31 May 2020, 12:18 Spikerdən deputatlara irad: “Yuxarıda əyləşənlər telefondan başını qaldırmır” 31 May 2020, 12:16 “Türkiyə Azərbaycanın xarici ticarət tərəfdaşları arasında ikinci yerdə durur” 31 May 2020, 12:14