Modern.az

\"Qarabağla bağlı özəl diplomatiya ola bilməz\" - Fransalı diplomat

\

26 Aprel 2019, 22:28

Fransanın ayrı-ayrı regionu və ya şəhərinin Qarabağla bağlı xüsusi diplomatiyası ola bilməz.

Modern.az “Report”a  istinadən xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot aprelin 26-da İrəvanda keçirdiyi mətbuat konfransında jurnalistin “Fransanın ayrı-ayrı şəhərləri ilə Qarabağ arasında əməkdaşlıq mümkündürmü” sualına cavabında bildirib.

“Diplomatiya bir olmalı və oyun qaydalarına bir mövqedən cavab verməlidir”, - səfir vurğulayıb.

C.Lakot deyib ki, ATƏT-in Minsk Qrupunda Fransanın iştirakı həm də Ermənistan üçün vacib nailiyyətdir.

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI