Arxiv
2 May 2019, 13:35 | PARLAMENT
“İşığın limitinin artırılması məsələsinə də baxılacaq” - DEPUTATLAR

Tarif (qiymət) Şurasının 30 aprel tarixində keçirilmiş iclasında əhali üzrə təbii qazın güzəştli tariflə illik istehlak limiti 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb.

Beləliklə, mayın 1-dən qüvvəyə minən qərara əsasən, ildə 2200 kubmetrə qədər qazdan istifadəyə görə ödəniş hər kubmetrə görə 10 qəpikdən hesablanacaq. 
İstehlak olunan qazın 2200 kubmetrdən çox olan hissəsi üçün isə hər kubmetrə görə 20 qəpik ödəniləcək.


Tarif Şurasının 30 aprel tarixli qərarından sonra elektrik enerjisinin istehlakı ilə də bağlı analoji addımın atılmasının vacibliyi qeyd oilunur. Hesab edilir ki, hökumət işqıdan istifadəyə görə də vətəndaşların durumunu yüngülləşdirən qərar verməlidir.

Xatırladaq ki, hazırda əhali qrupu üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün tarif 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.


Modern.az
saytı bu dəfə deputatlardan işq limiti ilə bağlı rəy öyrənib.

Çingiz Qənizadə:
“İşığın limitinin qaldırılması Milli Məclisin qərarı ilə həll olunmur. Bu, prezidentin iradəsi və əhalinin sosial durumunun yaxşılaşdırılması ilə bağlı marağı və siyasəti ilə tənzimlənir. Qiymətlərin artırılıb-endirilməsi bildiyimiz kimi, Tarif Şurası vasitəsi ilə həyata keçirilir. Qazın limitinin artırılması ilə bağlı İqtisadiyyat Nazirliyinin açıqlamasında da bildirildi ki, cənab prezidentin mövqeyidir. Qazın limitinin artırılması çox böyük addım idi. Prezident iki gün öncə keçirilən  toplantıda “Azəriqaz”a insanlara süni problem yaratmaları barədə ciddi xəbərdarlıq etdi. Bura qaz sayğaclarına müdaxilə, cərimələrin tətbiq edilməsi kimi məsələlər daxildir ki, bunlar da zamanla yığışdırılacaq. Tək limit məsələsi deyil, həmçinin bu kimi problemlərin də aradan qaldırılması ilə bağlı tapşırıq verildi. Prezident müşavirədə qeyd etdi ki, biz elektrik enerjisi ixrac edən ölkəyə çevrilmişik. Belə olan halda düşünürəm ki, işığın limitinin artırılması məsələsinə baxılacaq. Prezidentin son 5-6 ayda gözlənilməz tapşırıqları buna inam yaradır. İşıq və qaz istifadəsində sərf olunan məbləğ ailələrin büdcəsinə təsir edir, düşünürəm ki, işığın limitinin artırılması məsələsi də həll edilsə, yaxşı olar”.
 

Fazil Mustafa: “İşığın limitinin də artırılmasını təklif etmişik. Həll edilməsi mümkün məsələdir. Çalışacağıq ki, limit artırılsın və  bu məsələ öz həllini tapsın”.

Fəzail Ağamalı: “ Hazırda hər  hansı təklif vermək fikrim yoxdur. Hökumətin Milli Məclisdəki  hesabatı zamanı mən təklif irəli sürmüşdüm. Kütləvi informasiya vaitələrində də bu barədə sualları cavablandırmışam. Tarif Şurası da öz  mövqeyini ortaya qoyub. Bundan sonra əlavə fikir bildirməyə ehtiyac duymuram. Yenidən Milli Məclisdə limitin artırılması ilə bağlı kimsə təklif irəli sürə bilər. Millət vəkili, eyni zamanda bir vətəndaş  kimi limitin artırılması fikri mənim mövqeyimdi, lakin Tarif Şurasının da öz mövqeyi var. Ola bilsin ki, bu məsələ gələcəkdə daha aktual olsun. Tarif Şurasının son qərarını müsbət dəyərləndirirəm və düşünmürəm ki, məsələnin müzakirəsinə son qoyuldu”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Britaniyada koronavirusun “Braziliya ştammı” aşkarlandı 1 mart 2021, 01:00 DİM bu gün “GRE: General Test” imtahanı keçirəcək 1 mart 2021, 00:54 “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat eləmək olar” - Serj Sarkisyan 1 mart 2021, 00:48 ÜST koronavirusla bağlı son statistikanı açıqladı 1 mart 2021, 00:36 Türk xüsusi qrupunun Ermənistana sızması barədə şayiələr təkzib edildi 1 mart 2021, 00:24 Gürcüstan hava sərhədlərini Azərbaycan vətəndaşları üçün açdı 1 mart 2021, 00:10 Gəncədə iki gənc qadın dəm qazından zəhərləndi 28 Fevral 2021, 23:55 Rusiya Müdafiə Nazirliyindən Qarabağ AÇIQLAMASI 28 Fevral 2021, 23:41 Tramp yeni partiya yaradır? 28 Fevral 2021, 23:30 Fransa Xocalı soyqırımını tanıyaraq mövqeyini yenidən balanslaşdıra bilər - “Atlantico” nəşri 28 Fevral 2021, 23:17 Gəncədə ev yandı 28 Fevral 2021, 23:03 “Stenford Bric”də qolsuz heç-heçə 28 Fevral 2021, 22:50 Öldürdüyü insanın ürəyindən yemək hazırladı - FOTO 28 Fevral 2021, 22:41 Samuxda iki nəfər bıçaqlandı 28 Fevral 2021, 22:28 Ermənilər mülki azərbaycanlıları bir-birilərinə bağlayıb, yandırıblar - VİDEO 28 Fevral 2021, 22:19 “Fənərbaxça” çətin səfərdən 3 xalla döndü 28 Fevral 2021, 22:08 Şirvanda maşın yandı 28 Fevral 2021, 21:59 Qarabağda döyüşən Fransa vətəndaşları barədə istintaq başlanıb 28 Fevral 2021, 21:48 İrandan 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası 28 Fevral 2021, 21:33 Şarl Mişel Gürcüstana gəldi 28 Fevral 2021, 21:19 Teledərslərin sabaha olan CƏDVƏLİ 28 Fevral 2021, 21:06 “Meyvəli” bazarında yanğın 28 Fevral 2021, 20:55 “Arsenal” səfərdə qalib gəldi 28 Fevral 2021, 20:40 Bərdədə ağır qəza - 2 ölü, 3 yaralı var - FOTO 28 Fevral 2021, 20:34 Paşinyan Sarkisyana qarşı: “Prezidentin qərarı anlaşılmazdır”   28 Fevral 2021, 20:25 Messinin “Barselona” ilə bağlı gələcək planları açıqlandı 28 Fevral 2021, 20:12 Müdafiə Nazirliyi Xocavəndin Çiraquz kəndinin videogörüntülərini yaydı 28 Fevral 2021, 20:01 Dələduzluqda ittiham olunan prokurorluq əməkdaşı hakim qarşısına çıxacaq 28 Fevral 2021, 18:10 Yəməndə partlayış: Ölən və yaralananlar var 28 Fevral 2021, 18:04 Yunanlar xəzinə axtarışına çıxdı 28 Fevral 2021, 17:51 Paşinyanın fraksiyası Prezidentə qarşı impiçment proseduruna başlayır 28 Fevral 2021, 17:40 Prezidentin mətbuat konfransı xarici ölkələrin mediasında geniş işıqlandırıldı 28 Fevral 2021, 17:30 Gürcüstanda sürücülər yanacağın balaşmasına etiraz etdi - Aksiya 28 Fevral 2021, 17:25 Saakaşvili Kutaisidəki etirazçılara dəstək verdi 28 Fevral 2021, 17:19 "Onların missiyası xəyanətdir" - Deputat "5-ci kalon"dan DANIŞDI 28 Fevral 2021, 17:02