Arxiv
4 May 2019, 11:51 | ÖLKƏ
Əhliman Əmiraslanov: “Tövsiyəm odur ki, həkimlik peşəsinə qayıtsın”

“Əli İnsanovun fəaliyyəti ilə tanışam. Onun bütün fəaliyyəti, inkişafı, pillələrlə yüksəlişi sırf ulu öndərin siyasəti və adı ilə bağlıdır. Hələ onun o zamanlar doktorluq dissetasiyasını yazmaq üçün Moskvaya göndərilməsindən tutmuş səhiyyə naziri vəzifəsinə qədər bütün pillələrdə ulu öndər Heydər Əliyev ona himayədarlıq edib. Hesab edirəm ki, Heydər Əliyev siyasətindən və hakimiyyətindən ən çox bəhrələnən,  ən çox imtiyazlar qazanan insan Əli İnsanovdur. Sonradan Əli İnsanovun bu siyasətə və Heydər Əliyev kursuna  bu formada xəyanət etməsi heç bir çərçivəyə sığmır”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov sabiq səhiyyə naziri Əli İnsanovun “Amerikanın səsi” radiosuna verdiyi müsahibəsinə münasibət bildirərkən deyib.

 

Əhliman Əmiraslanovun sözlərinə görə, əgər keçmişə müraciət etsək, onun çıxışlarında, yazılarında Heydər Əliyev kursu və siyasəti ilə  bağlı dediyi fikirləri üzə çıxartsaq, bir məsələni tam görə bilərik.

“O da onun inkişafının Heydər Əliyevlə bağlı olduğunu etiraf etməsidir. Hesab edirəm ki, belə bir insanın bu gün bu kursa, siyasətə qarşı çıxması riyakarlıqdır”

 

Akademik sabiq səhiyyə nazirinin siyasətlə məşğul olacağı ilə bağlı verdiyi anonsa da münasibət bildirib.

 

“Əli İnsanovun bu günlərdə  “Amerikanın səsi” radiosuna verdiyi müsahibəsinə qulaq asdım. Düzü, gözləyirdim ki, möhtərəm cənab prezidentimizin humanist addım ataraq onu əfv etməsindən sonra azadlığa çıxaraq həkimlik fəaliyyəti ilə, xəstələrə yardım göstərməklə məşğul olacaq. Mənə elə gəlir ki, o zaman daha faydalı olardı. Bunu bir həkim kimi söyləyirəm. Təəssüf ki, həbsxanadan çıxan kimi əks fikirlər səsləndirməyə başladı.  “Amerikanın səsi”nə verdiyi müsahibədən də bəllidir ki, bu, siyasətlə məşğul olmaq istəyir. Siyasətə iddialıdır. Şübhəsiz ki, siyasətlə məşğul olmaq hər hansı qurum, təşkilat yaratmaq hər bir insanın şəxsi işidir. Bu,  Azərbaycanda insanların konstitusion hüququdur. Bunu heç kim inkar edib qadağa qoya bilməz. Siyasətə qayıdanda siyasi işlə məşğul olanda gərək oturub fikirləşsin ki, məni kimlər dəstəkləyəcək? Ümumiyyətlə, məni dəstəkləyən olacaqmı? Çünki Azərbaycan xalqı ayıq xalqdır. Onlar öz siyasi kursuna, onun inkişafında son dərəcə böyük əhəmiyyəti olan Heydər Əliyev və ulu öndər kursuna xəyanət etmiş insanın yanında ola bilməz. Bizim insanlar dürüst  insanın, Azərbaycanın gələcəyinə baxan insanların yanındadırlar. Ancaq bunun müsahibəsindən görünür ki, bu son dərəcə hikkəli və iddialıdır. Təhqirlə, qışqırmaqla siyasət qurmaq olmaz. Siyasətçidə ilk növbədə təmkin, ağıl  olmalıdır. Siyasətə addım atan insanlar  fikirləşməlidir ki, mənim siyasi bazam, dəstəyim varmı?! Hesab edirəm ki, bunların heç biri Əli İnsanovda yoxdur. Bütün bunların hamısını hələ müxtəlif vəzifələrdə olduğu vaxtlarda xərcləyib. Düşünürəm ki, onun bu hərəkətləri, bu sözləri tək məndə deyil, bütövlükdə Azərbaycan xalqının əksəriyyətində ikrah hissi doğurur”.

Deputat Əli İnsanovun müsahibəsi zamanı  Amerika-Azərbaycan münasibətlərindən danışmasına da münasibət bildirib.

“Azərbaycan prezidenti möhtərəm cənab İlham Əliyev Amerika prezidentləri ilə münasibətlərini qeyd edib. Düşünürəm ki, onun toxunduğu məsələlər insanlarda gülüş doğuran fikirlərdir. Bunun üçün siyasətçi olmaq lazım deyil. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, eləcə də İlham Əliyevin hakimiyyəti dövründə nəinki ABŞ, dünyanın inkişaf etmiş qabaqcıl ölkələri ilə Azərbaycan arasında sıx və qarşılıqlı münasibətlər formalaşıb. O cümlədən prezident İlham Əliyevlə Amerikanın bir neçə prezidentləri ilə görüşləri, onlar arasında olan münasibət, Azərbaycana olan yaxınlıq hamıya bəllidir. Hesab edirəm ki, bu gün onu inkar etmək siyasi savadsızlıqdır.

 

Avropaya inteqrasiyamızla, guya münasibətlərimizin qeyri-sağlam olması ilə  bağlı da danışıb. Bu, yalandır. Heydər Əliyev hakimiyyətə gələndən sonra ilk növbədə Avropa yönümlü siyasət həyata keçirməyə başladı. Avropa Şurasına üzv qəbul olunduq. Bu gün bu siyasəti davam etdirən cənab prezident İlham Əliyev Avropa Birliyi ilə əlaqələri qurur. Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında saziş imzalanması ərəfəsindədir. Avropa ilə Azərbaycan münasibərləri genişlənir.

 

Avropadan gələn insanlar Azərbaycanın son dərəcə sürətli inkişafını görür və Azərbaycanın Avropa ölkəsi olduğunu söyləyirlər. Bunu biz demirik. Dünyadan ölkəmizə təşrif buyuran insanlar deyir. Düşünürəm ki, onun o fikirləri də yanlışdır. Şübhəsiz ki, o bunları bilir. Sadəcə olaraq səmimi deyil”.

 

Əhliman Əmiraslanov sabiq səhiyyə nazirinin regionçuluq məsələlərinə də münasibət bildirib

 

“Yalnız zəif insanlar region söhbətini qaldırır. Güclü insanlar  bunu qaldıra bilməz. Bir haşiyə çıxım. 20 il Moskvada çalışmışam. Keçmiş Stalin, sonra dövlət mükafatı almışam. Dövlət mükafatı alarkən nə mən, nə də mənə kimsə deyirdi ki, bu Qərbi Azərbaycandandır?! Sadəcə azərbaycanlıdır deyilirdi. Çünki bütövlükdə Azərbaycanı təmsil edirdim. Ona görə də xalqımızı regionlara bölmək yanlış düşüncədir. İstər ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətinin ilk dövrlərində, istərsə də  İlham Əliyevin hakimiyyəti dövründə Qərbi Azərbaycandan olan insanlar Heydər Əliyev siyasi kursunu və İlham Əliyev siyasətini dəstəkləyir və onlarla bir yerdədir. Dünən bəzi yazılar gözümə dəydi və məni məyus etdi. Bir insan böyük bölgəni təmsil edə bilməz. Heç kimin də haqı yoxdur deyə ki,  “mən bu bölgəni təmsil edirəm”. Əli İnsanovla bağlı yazılarda bütövlükdə o bölgə haqqında zərərli fikirlər gözümə dəydi. O insanlara demək istəyirəm ki, o fikirlərdən əl çəksinlər. Azərbaycanı bölgələrə bölməsinlər.

 

Bu, zərərli addımdır. Düşünürəm ki, bir şəxsə görə bölgə haqqında fikir bildirmək doğru deyil. Hər bölgənin ləyaqətli, vicdanlı insanları var. Təəssüf ki, nankor insanları da var. Hesab edirəm ki, Əli İnsanovun bu müsahibəsi siyasi arenaya gəlməsi yanlış fikirdir. İnanmıram ki, böyük insan kütləsini ətrafına toplayıb hər hansı qurum yaratsın. Bu xam xəyaldır. Heç bir perspektivi yoxdur. Tövsiyəm odur ki, həkimlik peşəsinə qayıtsın. Bəlkə insanlara onun faydası ola bilər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
DİM məktəb rəhbərlərinə müraciət edib 20 May 2019, 10:40 Ermənistan ordusu hərbçisini itirdi 20 May 2019, 10:37 Yerevanda bütün məhkəmələrə giriş-çıxış bağlanıb 20 May 2019, 10:32 Problemli kreditlər – şikayətlər var... 20 May 2019, 10:24 Sənədsiz evlərə görə “əmlak amnistiyası” verilə bilər 20 May 2019, 10:19 “Rayonumuzu təmiz saxlayaq” 20 May 2019, 10:08 Yolların kənarında dayanmış yük avtomobilləri qəza şəraiti yaradır - Yol polisi hara baxır? 20 May 2019, 09:51 Nardaranda dəhşət! Oğul 77 yaşlı anasını öldürüb meyitini yandırdı 20 May 2019, 09:49 Ermənilər kəndlərimizi atəşə tutdu 20 May 2019, 09:48 3 ayda boşanmalar: “Bəzi kişilər qadın, bəzi qadınlarsa kişi kimidir” 20 May 2019, 09:41 Əcnəbilərlə nikaha girən 797 azərbaycanlı boşanıb - RƏSMİ 20 May 2019, 09:30 Ordumuzun genişmiqyaslı təlimləri başlayıb - 10 min əsgər, 150 tank... 20 May 2019, 09:12 İnsan alveri qurbanına çevrilmənin vasitələri hansılardır? - Təcili ZƏNG EDİN! 20 May 2019, 09:01 Zaur Darğallı Marneulinin yeni meri seçilib 20 May 2019, 08:48 Rafiq Hüseynlinin xanımına axırıncı sözü qızı ilə bağlı olub - Məşhurların son günü 20 May 2019, 08:36 Los Ancelesin azərbaycanlı şerifi 20 May 2019, 08:11 Fırtına Azərbaycanın qərb bölgəsinə ziyan vurdu 20 May 2019, 00:39 Azərbaycanlı qazilər Ərdoğanla görüşdü - FOTO 20 May 2019, 00:29 “Tiflisdə seçkilər ikinci tura qalacaq” – Baş nazir 20 May 2019, 00:13 “OPEC plus” öhdəlikləri 168 faiz yerinə yetirib 19 May 2019, 23:59 ABŞ səfirliyi yaxınlığında partlayış 19 May 2019, 23:37 “Qalatasaray”dan növbəti çempionluq 19 May 2019, 22:53 “Qəbələ” kuboku Tale Heydərova həsr edib 19 May 2019, 22:34 “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi 19 May 2019, 22:01 Üç ay öncə itkin düşən şəxsin meyiti İran sərhəddində tapıldı 19 May 2019, 21:39 Saakaşvilidən tərəfdarlarına hücum əmri 19 May 2019, 21:22 AvroLiqanın finalına görə rayon maşınları üç gün Bakıya buraxılmayacaq - XƏBƏRDARLIQ 19 May 2019, 21:04 Misirdə güclü partlayış 19 May 2019, 20:43 Azərbaycanın ən güclü qadını - FOTO 19 May 2019, 20:27 Atatürk Qurtuluş savaşına gedərkən anası ilə belə VİDALAŞDI 19 May 2019, 20:08 “Şəmistan Əlizamanlı ən yüksək dövlət mükafatlarına layiqdir” - Aqil Abbas 19 May 2019, 18:22 Gəncədə gənc oğlan itkin düşüb - FOTO 19 May 2019, 18:10 II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının düzgün CAVABLARI 19 May 2019, 17:51 Alimpaşa Məmmədov Dilqəm Əsgərovun oğluna kişi sözü verdi - FOTOLAR   19 May 2019, 17:33 Şəki sakini Balakəndə narkotik maddə dolu çanta ilə saxlanıldı 19 May 2019, 16:40