Modern.az

Elçin Şıxlı: “Əgər dedikləri düz olsa, istefa ərizəmi yazıb gedərəm”

Elçin Şıxlı: “Əgər dedikləri düz olsa, istefa ərizəmi yazıb gedərəm”

6 May 2019, 09:48

"Azərbaycan Jurnalistlər Birliyi (AJB) qeyri-ciddi təşkilat deyil. Bu quruma qarşı həmin ittihamları səsləndirən şəxs özü qeyri-ciddidir”.

Bu sözləri Modern.az-a açıqlamasında rəhbərlik etdiyi qurumun ünvanına səsləndirilən ittihamlarla bağlı danışan “Ayna - Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı deyib. Amma o, etiraf edib ki, AJB-nin fəaliyyəti olduqca zəifdir:

“Təşkilat 1990-cı ilin 20 yanvar hadisələrindən sonra heç kimdən maddi dəstək almayıb. O zaman heç mən sədr deyildim. AJB-yə qarşı ittiham səsləndirənlər hamilərindən pul alır, digərləri isə KİV-ə Dəstək Fondundan maliyyələşirlər. Amma Jurnalistlər Birliyi heç yerdən pul ala  bilmir. AJB vaxtilə QHT-lərə Dövlət Dəstəyi Şurasından bir neçə layihə qazana bilmişdi. Sonradan KİV-ə Dövlət Dəstəyi Fondu yarandı və bizə dedilər, həmin fonda müraciət edək. Amma KİV-ə Dəstək Fondunun nizamnaməsində jurnalist təşkilatlarına pul ayırmaqla bağlı heç bir müddəa yoxdur. Hazırda xaricdən qrant almaq imkanları da mümkün deyil. Belə şəraitdə AJB-nin fəaliyyətini necə gücləndirmək olar?”.

Elçin Şıxlı iddia edilənin əksinə olaraq, təşkilatın üzvlüyündə qeyri-jurnalistlərin olmadığını qətiyyətlə vurğulayıb:

“Əgər təşkilatın üzvlüyündə qeyri-jurnalistlər varsa, dedikləri düz olsa, istefa ərizəmi yazıb gedərəm”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir