Arxiv
7 May 2019, 00:13 | ALLAH RƏHMƏT ELƏSİN
Şair-publisist, jurnalist Etibar Etibarlı vəfat edib

Tanınmış şair-publisist, jurnalist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Etibar Etibarlı mayın 6-da vəfat edib. Modern.az-ın məlumatına görə, qara xəbəri mərhumun dostları veriblər.

Ədəbi aləmə 60-cı illərin axırlarında gələn Etibar Etibarlı (Aslanov Etibar Zəki oğlu) 2 aprel 1951-ci ildə Şamaxı rayonunun Kürdəmic kəndində (indiki Əhmədli) anadan olub. 1968-ci ildə S. M. Qənizadə adına Şamaxı şəhər 1 saylı orta məktəbi bitirib. Bir müddət "Yeni Şirvan" rayon qəzetində işləyib, sonra isə AzTV- nin "Gənclik" redaksiyasının "Yekun" jurnalında ştatdankənar kiçik redaktor kimi fəaliyyət göstərib. Uşaq yaşlarından şeirə həvəs göstərib. İlk şeirləri hələ məktəbliykən "Göyərçin" jurnalında və rayon qəzetində dərc olunub.
1974-cü ildə M. F. Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki Slavyan Universiteti) bitirib, rayonda müəllim işləyib. Elə həmin vaxtllarda o, "Molodyoj Azerbaydjana" qəzetinin Şamaxı və Ağsu rayonları üzrə ştatdankənar müxbiri olub. Sonrakı uzun illər ərzində isə jurnalist kimi rəsmi mətbuat orqanlarında, o cümlədən dəvət aldığı keçmiş "Kommunist" qəzetində, daha sonra "Xalq qəzeti", "Mülkiyyət", "Respublika" kimi rəsmi qəzetlərdə, həmçinin AzərTAC -da işləyib. Bu illər ərzində o, müxtəlif mövzularda müxtəlif səpgili yüzlərlə məqalə, oçerk və felyeton yazıb və yazıçı-publisist kimi də tanınıb. 

Ağır xəstəliklə əlaqədar səkkiz dəfə cərrahi əməliyyata məruz qalsa da, yeddi il çarpayı dustağı olsa da ədəbi yaradıcılığını davam etdirən E. Etibarlı yüzlərlə şeirin, bir çox poemaların, M. Müşfiq haqqında "Gözdən yaş çıxarmı ürək yanmasa?" pyesinin, həmçinin şeir kitablarının müəllifidir. O, həm də epik-lirik poemalar müəllifi kimi tanınır- "Nisgil", "Taleyimdən keçənlər (irihəcmli), "Bir gecənin poeması", "Ağdama gedən yol", "Dan üzü ağaranda" (Çanqqala döyüşünün 100 illiyinə həsr olunub), "Dünya dağılacaq" (Dialoq-poema) kimi poemaları oxuculara bəllidir. E. Etibarlı mediada - qəzet və jurnallarda həm də bir şair-tənqidçi kimi mütəmadi olaraq, kəskin ədəbi-tənqidi məqalələr yazıb. O, 1-ci qrup əlil olmasına baxmayaraq, ədəbi fəaliyyətini davam etdirirdi.

E. Etibarlı Rəsul RZA adına ədəbi mükafatın laureatıdır. Prezident təqaüdçüsüdür (2017).

Allah rəhmət eləsin...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bazar gününün HAVA PROQNOZU 25 May 2019, 13:40 Deputatlar 28 May bayramını necə qeyd edəcəklər? - SORĞU 25 May 2019, 13:34 "Qızıl buts" 6-cı dəfə ona qismət oldu 25 May 2019, 13:18 Baş nazirin müavini: “Yataqxanalarda təhlükəsizliyi təmin etmək üçün yoxlamalar aparılır” 25 May 2019, 13:16 Prezident İlham Əliyev indoneziyalı həmkarını təbrik edib 25 May 2019, 13:08 Çingiz Qənizadə seçicilərini dinlədi 25 May 2019, 12:52 Goranboyda 400 nəfərin iştirakı ilə iməclik keçirilib 25 May 2019, 12:49 Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq 25 May 2019, 12:47 Azərbaycan dolu düşüb 25 May 2019, 12:35 Fuad Abbasova yeni vəkil tutuldu – Ailəsindən AÇIQLAMA 25 May 2019, 12:19 Ermənistanın keçmiş prezidentləri gizli görüş keçiriblər 25 May 2019, 12:11 “Arsenal” yayda Mxitaryanı satmağa hazırdır 25 May 2019, 11:50 Döydü, sürüyüb mətbəxə apardı, bıçaqla saçını kəsdi və...zorladı? 25 May 2019, 11:34 Bakıda kafe sahibi qətlə yetirildi 25 May 2019, 11:29 Turizm obyektlərində qiymətlər od tutub yanır... - SƏBƏBLƏR 25 May 2019, 11:24 İsmayıllıda avtomobil ustaları heroinlə tutuldular 25 May 2019, 11:10 İcra başçısı vətəndaşların problemlərini dinlədi 25 May 2019, 11:06 Heç bir qüvvə ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə əngəl törədə bilməz 25 May 2019, 10:54 Abşeronda tikinti meydançasında krandan qırılan tros fəhləni öldürdü 25 May 2019, 10:52 Massalıda kəndə təsərrüfatı sistemi sürətlə elektronlaşır 25 May 2019, 10:41 Gəncədə avtomobil 19 yaşlı qızı vurdu 25 May 2019, 10:30 Saakaşvilinin Ukraynaya qayıdacağı tarix AÇIQLANDI 25 May 2019, 10:23 Ali məktəbi bitirənlər niyə dövlət qulluğunda az təmsil olunur? - PROBLEM 25 May 2019, 10:13 Neftçalada 5 uşaq anası olan 30 yaşlı qadın intihar etdi 25 May 2019, 10:06 Cəbhədə gərginlik – Atəşkəs 20 dəfə pozuldu 25 May 2019, 09:59 Rusiyalı nümayəndə heyəti DOST mərkəzi ilə tanış olub 25 May 2019, 09:53 Bu gün Bakıda 28 dərəcə isti olacaq 25 May 2019, 09:36 NATO yeni hərbi strategiya qəbul edir – Rusiyaya görə   25 May 2019, 09:22 “Mxitaryan Bakıya getmək istəmir? Öz işidir...” 25 May 2019, 09:03 Dağıstanda 4,5 bal gücündə zəlzələ olub 25 May 2019, 08:56 Saakaşvilinin Ukraynaya qayıdacağı vaxt açıqlandı 25 May 2019, 00:25 Bu ölkəyə bir ildə 1,2 milyard  dollar investisiya yatırıldı 25 May 2019, 00:21 “SÖZ” layihəsi yeni təqdimatda - FOTOLAR 25 May 2019, 00:05 Azərbaycan nefti ucuzlaşdı 24 May 2019, 23:56 Leyla Əliyevadan “Şəhər ekologiyası”na dəstək - FOTOLAR 24 May 2019, 23:34