Modern.az

Komitə sədri: “Azərbaycanda meyitdən orqan götürülməsinə böyük ehtiyac var”

Komitə sədri: “Azərbaycanda meyitdən orqan götürülməsinə böyük ehtiyac var”

8 May 2019, 09:35

“Hazırda bir neçə qanun layihəsi üzərində çalışırıq. Bunlardan biri “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsidir  ki, bir dəfə müzakirə edib, müxtəlif aidiyyatı qurumlara göndərmişik. Onlardan cavab aldıqdan sonra komitənin iclasında geniş formada müzakirə edəcəyik. Ümid edirəm ki, yaxın vaxtlarda bu qanun layihəsini qəbul edəcəyik”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.


Komitə sədri bildirib ki, adıçəkilən qanun layihəsinin qəbul olunmasına ehtiyac var.


“Çünki ölkəmizdə donorluq bir nömrəli məsələdir. Donor çatışmazlığı üzündən insanlar dünyasını dəyişir. Orqan transplantasiyasını da həyata keçirə bilmirik. Xəstənin yalnız yaxınlardan orqan köçürülməsi baş verir. Onların da sayı azdır”.


Əhliman Əmiraslanovun sözlərinə görə, əsas məsələ meyitdən orqanların götürülməsidir ki, buna böyük ehtiyac var.


“Dünyada bu istiqamətdə çox işlər görülür. Qaraciyər,  ürək, böyrək kimi orqan köçürülmələrinin hüquqi əsası ölkəmizdə işlənib hazırlanmayıb. Hələ ki qanunlarımız meyitdən orqan götürməyə icazə vermir. Yeni qanun layihəsində  onun bütün cəhətləri öz əksini tapıb. Əminəm ki, bu qanun layihəsi qəbul olunduqdan sonra meyitdən orqan götürülməsi məsələsi sayəsində müəyyən proqress əldə edəcəyik. Bu istiqamətdə iş gedir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır