Modern.az

Azərbaycanda 400-ə yaxın II Dünya müharibəsi veteranı var

Azərbaycanda 400-ə yaxın II Dünya müharibəsi veteranı var

8 May 2019, 11:27

Hazırda 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi veteranlarının sayı 400 nəfərə yaxındır. Onlardan 250 nəfəri İkinci Dünya müharibəsi əlilləridir.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

 

F.Talıbov qeyd edib ki, İkinci Dünya müharibəsi əlillərinə, eyni zamanda İkinci Dünya müharibəsinin digər veteranlarına Prezidentin təqaüdləri təyin olunaraq ödənilir:

 

“Prezident İlham Əliyevin 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən müharibə əlillərinə həmin təqaüdlər I dərəcə əlilliyi olanlar üçün 250 manata, II dərəcə əlilliyi olanlar üçün 230 manata, III dərəcə əlilliyi olanlar üçün 210 manata çatdırılıb. Dövlət başçısının 15 aprel 2019-cu il tarixli digər Fərmanı ilə I dərəcə əlilliyi olanlara quluq edənlər üçün aylıq təqaüd (50 manat) də təsis edilib.

 

Prezident cənab İlham Əliyevin 15 aprel 2019-cu il tarixli Sərəncamı ilə İkinci Dünya müharibəsinin veteranlarına (yəni müharibə əlili olmayan) iştirakçılarına Prezident təqaüdünün məbləği isə aprelin 1-dən 150 manata çatdırılıb”.

 

Şöbə müdirinin sözlərinə görə, hər il 9 May - Qələbə günü ərəfəsində Azərbaycan Respublikası Prezidentinin Sərəncamları imzalanmaqla, İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilir.

 

23 aprel 2019-cu il tarixli Sərəncamla da 400-ə yaxın İkinci Dünya müharibəsi iştirakçısının hər birinə 1000 manat, qalanlarına, yəni 8,9 minə yaxın şəxsin hər birinə 500 manat ödənilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı