Arxiv
8 May 2019, 13:19 | PARLAMENT
Bakıda “yaşıl terror” - Deputatlar: “Bu cinayətkarlığa göz yummaq olmaz!”

Son günlər mətbuatın gündəmində olan məsələlərdən biri Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların kütləvi şəkildə kəsilməsi, məhv edilməsidir. 5 may 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət əsasında araşdırılma aparılıb və yaşıllıq sahəsində torpaq mülkiyyətçisi tərəfindən 25 meyvə ağacının kəsildiyi, 2 zeytun ağacının və 96 nar kolunun köçürüldüyü müəyyən edilib.

Nazirlikdən bildirilib ki, fakt cinayət tərkibi yaratdığından torpaq mülkiyyətçisi Həzrət Temirov barəsində toplanmış araşdırma materialları qanunamüvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluğa göndərilib.

Bu, Bakıda “yaşıl soyqırım”la bağlı müzakirələrə səbəb olan ilk belə fakt deyil. Və belə getsə, yəqin ki, sonuncu da olmayacaq. Müvafiq orqanların xəbərdarlıqlarına və nəzarətinə baxmayaraq, paytaxtın yaşıllıq sahələrindən məhrum edilməsi üçün sanki kampaniya aparılır.

Problemlə bağlı bağlı Modern.az-a danışan Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, deputat Kamran Nəbizadə yaşıllığın məhv edilməsini ciddi hadisə kimi pisləyib. O qeyd edib ki, Azərbaycan müstəqillik əldə edəndən indiyə qədər ölkədə, xüsusilə paytaxtda yaşıllığın qorunması ilə bağlı tədbirlər həyata keçirilir:

“Ulu öndərimiz Heydər Əliyev də demişdi ki, ağaclar məhv edilə bilməz. Yaşıllığın qorunması və yaşıllıq ərazilərin artırılması ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyi (İDEA) xüsusi məşğul olur. Bu proseslər təşkilatların nəzarəti altındadır. Qanunsuz ağac kəsimi, yaşıllıqların məhvi ilə bağlı faktlar aşkarlandıqda, dərhal müdaxilə edilir. Gələcəkdə belə halların təkrarlanmaması üçün mühüm addımlar atmaq vacibdir”.


K.Nəbizadə yaşıllığın qorunması ilə bağlı tək aidiyyəti qurumların deyil, vətəndaşların üzərinə də böyük məsuliyyət düşdüyünü vurğulayıb:

“Bu məsələdə ictimai qınaq da ön plana çəkilməlidir. Düzdür, prezident İlham Əliyev yaşıllığın qorunması ilə bağlı mühüm göstərişlər verir, iradlarını səsləndirir. Sadəcə olaraq, aidiyyəti qurumlar hər bir ağacı gündəlik nəzarətə götürə bilməzlər. Ona görə, insanlar belə hallar olanda ictimailəşdirməli, bu faktları qabartmalı, tənqid etməlidirlər. İctimai nəzarət bütün məsələlərdə olduğu kimi, yaşıllığın qorunması işində də vacib amildir”.

Komitənin digər deputatı Mirkazım Kazımov da sözügedən məsələyə münasibət bildirib. O Xətai rayonunda yaşamadığından həmin faktla bağlı məlumatlı olmadığını qeyd edib:


“Bununla belə, hesab edirəm ki, paytaxtda abadlaşdırma, yaşıllaşdırma işləri yüksək səviyyədədir. Belə də davam etməlidir. Yaşıllıq həyatdır. Dövlət rəhbərliyi məsələyə xüsusi diqqət yetirir, yaşıllaşdırma işlərinin artırılması üçün mühüm tədbirlər, layihələr həyata keçirilir”.


Deputat Tahir Kərimli isə bildirib ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda yaşıllığın qorunması, yeni yaşıllıq ərazilərinin salınmasına ciddi diqqət ayırır:

“Nazirin bu məsələdə çox həssas olduğu fəaliyyətindən hiss olunur. Görünür, ölkə başçısı da ona xüsusi tapşırıqlarını çatdırıb. Çünki tək paytaxtda deyil, bütün regionlarda meşələrin, yaşıllıqların qorunması üçün fəaliyyət proqramları həyata keçirilir. Nazirliyin iradəsi olsa da, imkanlı adamlar, bəzi məmurlar özlərinin maddi qazancı naminə yaşıllıqları məhv edirlər. Xüsusilə Bakıda insanlara çox vacib olan yaşıllıq ərazilərə qarşı terror həyata keçirirlər.

Bu yaxınlarda xarici telekanalların birində Asiyada yaxın illərdə tikiləcək arxitektura nümunələri haqqında süjet izləyirdim.  Sujetdə Asiya ölkələrində binaların, yaşayış komplekslərinin üzərində ağacların əkilməsi əks olunurdu.  Yaxın illərdə həyata keçiriləcək infrastruktur layihələrində yaşıllığın saxlanmasına xüsusi önəm veriləcəyi ifadə edilirdi. İnsanlar yaşıllığı artırmağın qayğısına qalmağa çalışdığı dönəmdə ölkəmizdəki ağac cinayətkarlığına göz yummaq olmaz. Mən aidiyyəti orqanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyini, Respublika Prokurorluğunu dəvət edirəm ki, ağac kəsiminə qarşı amansız davransınlar. Bir ağac 20-30 ilə əmələ gəlir, kimsə onu öz şəxsi məqsədləri naminə dibindən kəsir, oksigen mənbəyini məhv edir. Bakıda nə qədər parklar, yaşıllıqlar salınsa da, yaşıllıqların miqdarına görə həm ölkə miqyasında, həm də paytaxt miqyasında dünya standartlarından çox geri qalırıq.  Çalışaq elə vəziyyət yaranmasın ki, məsələ Milli Məclisdə qaldırılacaq dərəcədə ciddiləşsin”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rüstəm Xəlilov: “Kiminsə qarşısında öhdəliyim yoxdur” - MÜSAHİBƏ 20 May 2019, 11:11 Zelenski andiçmə mərasiminə piyada getdi 20 May 2019, 11:07 Saakaşvilinin həyat yoldaşı mer seçkilərində uduzdu 20 May 2019, 11:01 BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə dəfə baş çəkdi 20 May 2019, 10:45 DİM məktəb rəhbərlərinə müraciət edib 20 May 2019, 10:40 Ermənistan ordusunün əsgəri öldü 20 May 2019, 10:37 Yerevanda bütün məhkəmələrə giriş-çıxış bağlanıb 20 May 2019, 10:32 Problemli kreditlər – şikayətlər var... 20 May 2019, 10:24 Sənədsiz evlərə görə “əmlak amnistiyası” verilə bilər 20 May 2019, 10:19 “Rayonumuzu təmiz saxlayaq” 20 May 2019, 10:08 Yolların kənarında dayanmış yük avtomobilləri qəza şəraiti yaradır - Yol polisi hara baxır? 20 May 2019, 09:51 Nardaranda dəhşət! Oğul 77 yaşlı anasını öldürüb meyitini yandırdı 20 May 2019, 09:49 Ermənilər kəndlərimizi atəşə tutdu 20 May 2019, 09:48 3 ayda boşanmalar: “Bəzi kişilər qadın, bəzi qadınlarsa kişi kimidir” 20 May 2019, 09:41 Əcnəbilərlə nikaha girən 797 azərbaycanlı boşanıb - RƏSMİ 20 May 2019, 09:30 Ordumuzun genişmiqyaslı təlimləri başlayıb - 10 min əsgər, 150 tank... 20 May 2019, 09:12 İnsan alveri qurbanına çevrilmənin vasitələri hansılardır? - Təcili ZƏNG EDİN! 20 May 2019, 09:01 Zaur Darğallı Marneulinin yeni meri seçilib 20 May 2019, 08:48 Rafiq Hüseynlinin xanımına axırıncı sözü qızı ilə bağlı olub - Məşhurların son günü 20 May 2019, 08:36 Los Ancelesin azərbaycanlı şerifi 20 May 2019, 08:11 Fırtına Azərbaycanın qərb bölgəsinə ziyan vurdu 20 May 2019, 00:39 Azərbaycanlı qazilər Ərdoğanla görüşdü - FOTO 20 May 2019, 00:29 “Tiflisdə seçkilər ikinci tura qalacaq” – Baş nazir 20 May 2019, 00:13 “OPEC plus” öhdəlikləri 168 faiz yerinə yetirib 19 May 2019, 23:59 ABŞ səfirliyi yaxınlığında partlayış 19 May 2019, 23:37 “Qalatasaray”dan növbəti çempionluq 19 May 2019, 22:53 “Qəbələ” kuboku Tale Heydərova həsr edib 19 May 2019, 22:34 “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi 19 May 2019, 22:01 Üç ay öncə itkin düşən şəxsin meyiti İran sərhəddində tapıldı 19 May 2019, 21:39 Saakaşvilidən tərəfdarlarına hücum əmri 19 May 2019, 21:22 AvroLiqanın finalına görə rayon maşınları üç gün Bakıya buraxılmayacaq - XƏBƏRDARLIQ 19 May 2019, 21:04 Misirdə güclü partlayış 19 May 2019, 20:43 Azərbaycanın ən güclü qadını - FOTO 19 May 2019, 20:27 Atatürk Qurtuluş savaşına gedərkən anası ilə belə VİDALAŞDI 19 May 2019, 20:08 “Şəmistan Əlizamanlı ən yüksək dövlət mükafatlarına layiqdir” - Aqil Abbas 19 May 2019, 18:22