Arxiv
11 May 2019, 00:28 | ÖLKƏ
“Bundan sonra yalnız və yalnız uğurlar və qələbələr yolu ilə gedəcəyik” – İlham Əliyev

“Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür. Bu gün Azərbaycan xalqı bir daha Ulu Öndərin əziz xatirəsinə hörmət və ehtiramını bildirir. Azərbaycan xalqı Heydər Əliyevi sevirdi, ona inanırdı, ona həmişə dəstək olurdu. O isə öz həyatını Azərbaycan xalqına həsr etmişdir. Bütün dövrlərdə Heydər Əliyev öz xalqına ləyaqətlə xidmət edib. Həm sovet dövründə, həm müstəqillik illərində Azərbaycanın inkişafı üçün çox böyük fədakarlıq göstərib. Təkcə onu demək kifayətdir ki, sovet dövründə - 1970-ci illərdə, 1980-ci illərin əvvəllərində Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə ən geridə qalmış respublikalardan birindən ən qabaqcıl respublikalardan birinə çevrilib”.  

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunan təntənəli mərasimdə çıxışı zamanı bildirib.

 

İlham Əliyev qeyd edib ki, məhz o illərdə çox möhkəm sənaye potensialı yaradılıb, infrastruktur layihələri icra edilib: “ O layihələr ki, bu gün də müstəqil Azərbaycana xidmət göstərir. Heydər Əliyevin yüksək şəxsi keyfiyyətlərini və Azərbaycanda əldə edilmiş nəticələri nəzərə alaraq, 1982-ci ildə o, Moskvaya dəvət olundu, yüksək vəzifəyə - Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Bu vəzifədə də uğurla çalışırdı, o cümlədən Azərbaycanın inkişafı ilə bağlı verdiyi tapşırıqlar, qəbul etdiyi qərarlar o vaxt da ölkəmizin inkişafına xidmət göstərirdi. Yəni, o, Azərbaycanla daim maraqlanırdı, Azərbaycanda gedən işlərə böyük maraq və dəstək göstərirdi. 1987-ci ildə vəzifədən gedəndən sonra xalqımız, respublikamız üçün problemlər başladı. İki həftə də keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana verilməsi haqqında iddia qaldırdılar. Güclü Heydər Əliyev amili imkan vermirdi ki, bu məsələ bundan əvvəlki dövrdə qaldırılsın. Halbuki, belə cəhdlər, belə meyillər var idi. Ancaq Heydər Əliyev amili buna imkan vermirdi.

Deyə bilərəm ki, əgər Heydər Əliyev o vaxt Azərbaycanın rəhbərliyində olsaydı, heç şübhəsiz ki, Dağlıq Qarabağ problemi heç vaxt yaranmazdı. O vaxtdan xalqımız üçün böyük problemlər başladı. Dağlıq Qarabağda xüsusi idarəetmə komitəsi yaradıldı və separatçı meyillər geniş vüsət aldı. Pensiyada olan Heydər Əliyev Moskvada yaşayırdı və hər zaman Azərbaycan haqqında düşünürdü. Görürdü ki, respublikada vəziyyət kifayət qədər mürəkkəbdir, xoşagəlməz hallar baş verir, respublika tənəzzülə uğrayır. Hadisələrin gələcək inkişafı göstərdi ki, onun təhlili demək olar tam dəqiq və düzgün idi.

 

Qanlı Yanvar faciəsindən dərhal sonra Heydər Əliyev öz səsini ucaltdı, öz xalqı ilə birlikdə olduğunu bildirdi və yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransında çıxış edərək sovet rəhbərliyinin bu qəddar aktını qətiyyətlə pislədi. Mən bunun əyani şahidiyəm. Yadımdadır ki, biz daimi nümayəndəliyə gələndə orada çox böyük kütlə var idi, insanlar toplaşmışdılar, çox həyəcanlı idilər. Heydər Əliyevi görəndə onlar canlı dəhliz yaratdılar, kənara çəkildilər və Heydər Əliyev binaya daxil oldu. O vaxt Heydər Əliyev pensiyaçı idi, ona qarşı müxtəlif dövrlərdə qarayaxma kampaniyaları aparılırdı. Ancaq xalqın qəlbində o, lider, görkəmli şəxsiyyət, Azərbaycan xalqının böyük oğlu kimi yaşayırdı. Həmin gün ona göstərilən hörmət əlbəttə ki, həmişə bizim yadımızda qalacaqdır.

 

O vaxt Sovet İttifaqının dağılmasına hələ iki il var idi. Bəlkə də heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı dağıla bilər. Ona görə məhz o anda, xalqımız üçün ən ağır anda Heydər Əliyevin bu addımı, bu bəyanatı əlbəttə ki, böyük cəsarət tələb edirdi, bir daha onu göstərirdi ki, o, hər zaman Azərbaycan xalqı ilə bir yerdədir. Ondan sonra bu qanlı cinayətə etiraz olaraq uzun illər ərzində üzvü olduğu kommunist partiyasının sıralarını tərk etdi. Bu da böyük cəsarət tələb edirdi. Təbii ki, ondan sonra ona və onun ailə üzvlərinə qarşı təzyiqlər, təqiblər başlamışdır. Bu təzyiqlərin müxtəlif formaları var idi. Bir sözlə, ona təzyiq etmək və cəzalandırmaq üçün praktiki addımlar atılırdı. Hətta bizdə məlumat var idi ki, onun həbsi ilə bağlı məsələ müzakirə edilirdi.

 

Bakıya gəldi, ovaxtkı rəhbərlik ona Bakıda yaşamağa imkan vermədi, doğulduğu Naxçıvan Muxtar Respublikasına üz tutdu. O da tarixin hökmü idi. Çünki o vaxt Naxçıvan çox ağır vəziyyətdə idi. Erməni separatçılarının və onların havadarlarının Azərbaycana qarşı məkrli planlarında Naxçıvanın işğalı da var idi. Məhz Heydər Əliyev amili, onun iradəsi, xalqın ona olan inamı Naxçıvanı bu böyük bəladan qurtara bildi. O vaxt onun rəhbərliyi ilə Naxçıvanda səfərbərlik işləri aparılmışdır. Sərhəddə şiddətli döyüşlər gedirdi və Naxçıvan öz torpağını qoruya bildi”.

 

Dövlət başçısı vurğulayıb ki, Naxçıvanda digər yaddaqalan hadisə Azərbaycanın tarixində qızıl hərflərlə yazılıb: “Məhz Heydər Əliyevin təşəbbüsü və sədrliyi ilə Naxçıvan Ali Məclisinin - ovaxtkı Ali Sovetin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı elan edildi. Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, oxşar qərar ölkə miqyasında qəbul edilsin. Yəni, bu, tarixdir. Bu tarix bir daha göstərir ki, Heydər Əliyev hər zaman Azərbaycan xalqının yanında idi. Xalq ona böyük dəstək verirdi, o da gücü xalqın inamından, məhəbbətindən alırdı.

 

Azərbaycanda ovaxtkı vəziyyət bizim yadımızdadır. O vaxt - 1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş AXC-Müsavat cütlüyü ölkəmizi, gənc, müstəqil dövləti uçuruma aparırdı. Xaos, anarxiya, özbaşınalıq, total böhran hökm sürürdü, talançılıq, rüşvətxorluq baş alıb gedirdi, ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Siyasi, iqtisadi, hərbi böhran gənc dövlətin dayaqlarını sarsıdırdı. Azərbaycan xalqı bu xəyanətkar hakimiyyətə bir il dözə bildi. Bir ildən sonra onlar tarixin arxivinə göndərildi. O vaxt torpaqlarımız işğal altına düşdü. Şuşa, Laçın, Kəlbəcər rayonlarının işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı.

 

Azərbaycan öz inkişaf yolunu Heydər Əliyevin simasında görürdü və müraciət edərək onu dəvət etdi. Heydər Əliyevin o vaxt 70 yaşı var idi, ömrünün böyük hissəsi geridə qalmışdı. Ancaq xalq sevgisi, xalqa olan məhəbbət və böyük məsuliyyət hissi onu bu dəvəti qəbul etməyə sövq etdi. Beləliklə, müstəqil Azərbaycanın müstəqil həyatı başladı. Çünki tam qətiyyətlə deyə bilərəm ki, 1993-cü ilə qədər bizim dövlət müstəqilliyimiz şərti xarakter daşıyırdı. Atributlar var idi, ancaq ölkə müstəqil siyasət apara bilmirdi. 1993-cü il dönüş nöqtəsi oldu. Məhz Heydər Əliyevə xalq tərəfindən göstərilən inam, etimad imkan verdi ki, ölkə bu ağır vəziyyətdə, vətəndaş müharibəsinin fəsadlarından ləyaqətlə çıxa bilsin və belə də oldu. Sabitlik yaradıldı, inkişafa yol açıldı, bütün sahələrdə, ilk növbədə, siyasi sahədə islahatlar icra edilməyə başlandı. Çünki o vaxt Azərbaycanda siyasi sistem hələ formalaşmamışdı. Siyasi sistemin formalaşmasında 1992-ci ildə Naxçıvanda yaradılmış Yeni Azərbaycan Partiyasının rolunu qeyd etməliyəm. Onu da bildirməliyəm ki, özlərini demokrat adlandıran şəxslər o vaxt imkan vermədilər ki, Yeni Azərbaycan Partiyasının təsis qurultayı Bakıda keçirilsin. Bir qrup vətənpərvər ziyalı Naxçıvana gedərək Heydər Əliyevin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis qurultayını keçirdilər.

 

Heydər Əliyevin təşəbbüsü ilə senzura ləğv edildi. O vaxt Azərbaycanda mətbuat azadlığı yox idi. Senzuranın ləğvi də Ulu Öndərin gələcəyə yönəlmiş baxışlarını tam əks etdirirdi”.

 

“Ordu quruculuğu prosesi başlamışdır. Çünki o vaxta qədər nizami ordu yox idi. İqtisadi sahədə çox ciddi islahatlar aparılmışdır, o cümlədən kənd təsərrüfatı sahəsində. O islahatlar ki, bu gün bizim apardığımız islahatlar üçün gözəl zəmin yaradır. Sənaye potensialının inkişafı ilə bağlı önəmli addımlar atılmışdır. Sərmayə qoyuluşu Azərbaycanda artıq bir amil kimi mövcud oldu. “Əsrin kontraktı”nın imzalanması əlbəttə ki, tarixi hadisədir. 1994-cü ilin sentyabrında bu kontraktın imzalanması bu gün müstəqil Azərbaycanın inkişafını böyük dərəcədə təmin etmişdir. Bu kontraktdan əldə edilən gəlirlər ölkəmizin bütün sahələrində özünü büruzə verir - insanların rifah halının yaxşılaşması, ordu potensialının gücləndirilməsi, məcburi köçkünlərin problemlərinin həlli, infrastruktur layihələrinin icrası. Əgər bizim maliyyə imkanlarımız olmasaydı, bu işləri nəyin hesabına görə bilərdik? Bu maliyyə imkanlarını bizə “Əsrin kontraktı” yaratdı. Mən o dövrü yaxşı xatırlayıram. O vaxt Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi digər yoldaşlarla bu məsələ ilə ciddi məşğul idim. Bu kontrakt Azərbaycan üçün ən məqbul şərtlərlə imzalanmışdır və bu, bugünkü reallıqda özünü göstərir. Bu yaxınlarda kontraktın müddəti 2050-ci ilə qədər uzadıldı. Azərbaycan bu kontraktın faydasını görəcəkdir.

Yəni, bu, tarixi hadisə idi, Heydər Əliyevin xalq, bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətlərindən biridir. Bu, böyük cəsarət tələb edirdi. Çünki o vaxt bölgədə geosiyasi vəziyyət çox mürəkkəb idi və bu kontraktın imzalanması o qədər də asan məsələ deyildi. Kontraktın imzalanmasından sonra baş vermiş hadisələr onu göstərdi. Ancaq Heydər Əliyevin dəmir iradəsi, qətiyyəti və gələcəyə yönəlmiş addımları bugünkü Azərbaycanın reallıqlarını böyük dərəcədə müəyyən edir.

 

2003-cü ildə prezident seçkiləri ərəfəsində mən bəyan etmişdim ki, əgər xalq etimad göstərərsə, Heydər Əliyev siyasətini davam etdirəcəyəm və xalq Heydər Əliyev siyasətinə səs verdi. O vaxtdan bu günə qədər Azərbaycan böyük və uğurlu yol keçdi, müstəqillik daha da möhkəmləndi. Azərbaycanda sabitlik təmin olunub, sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Bizim beynəlxalq mövqelərimiz böyük dərəcədə möhkəmləndi. Bu gün Azərbaycan dünya miqyasında çox müsbət nüfuza malik olan bir ölkədir. Dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir və bu dəstək BMT Təhlükəsizlik Şurasında keçirilmiş səsvermədə özünü büruzə verdi, 155 ölkə bizi dəstəklədi. Yəni, bu da tarixi nailiyyətimizdir. Bir çox beynəlxalq təşkilatlar bu dövrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətə əsaslanan, bizim mövqeyimizi müdafiə edən qərar və qətnamələr qəbul etmişdir, o cümlədən BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar. Bu, bizim böyük diplomatik və siyasi uğurumuzdur”,- deyə Prezident qeyd edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saakaşvilinin Ukraynaya qayıdacağı vaxt açıqlandı 25 May 2019, 00:25 Bu ölkəyə bir ildə 1,2 milyard  dollar investisiya yatırıldı 25 May 2019, 00:21 “SÖZ” layihəsi yeni təqdimatda - FOTOLAR 25 May 2019, 00:05 Azərbaycan nefti ucuzlaşdı 24 May 2019, 23:56 Leyla Əliyevadan “Şəhər ekologiyası”na dəstək - FOTOLAR 24 May 2019, 23:34 Azərbaycanlılar yaşayan ərazidə zəlzələ 24 May 2019, 23:17 “Azərişıq” hava şəraiti ilə bağlı gücləndirilmiş rejimdə işləyir 24 May 2019, 22:58 Azərbaycanda ilk dəfə banan yetişdirildi - VİDEO 24 May 2019, 22:41 Bakıda Argentinanın milli günü qeyd edildi 24 May 2019, 22:17 Daşkəsəndə təbii fəlakət 24 May 2019, 22:01 Fransada partlayış törədildi 24 May 2019, 21:46 Nursultan Nazarbayev Fəxri prezident oldu 24 May 2019, 21:27 Ermənilərin cəbhə xəttində törətdiyi yanğını yağış söndürdü 24 May 2019, 21:13 “Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxdı 24 May 2019, 20:59 Sərhədlə bağlı məsələlər Gürcüstanla razılaşdırıldı 24 May 2019, 20:45 İnterpol qətl törədən azərbaycanlını axtarır 24 May 2019, 20:28 Nazirlikdə bilik yarışı keçirilib - FOTOLAR 24 May 2019, 20:16 İmperator İlham Əliyevi təbrik etdi 24 May 2019, 20:05 Azərbaycanlı ailə Almaniyadan deportasiya olundu 24 May 2019, 20:03 Erməni polkovnikin yalanı - Müdafiə Nazirliyi məlumat yaydı 24 May 2019, 19:55 “Qəhrəmanlar unudulmur” Şamaxıda - FOTOLAR   24 May 2019, 19:46 Məşhur futbolçular Bakıda Azarkeş Festivalında iştirak edəcək 24 May 2019, 19:34  “Azərbaycanla danışıqların birinci mərhələsi başa çatıb” - XİN başçısı  24 May 2019, 19:25 Bakıda Zayed Humanitar Günü Qeyd Edilir - FOTOLAR   24 May 2019, 19:14 Şabranda oğurluq edən şəxs tutulub   24 May 2019, 19:05 Məcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanır 24 May 2019, 18:56 Avroliqanın finalı ilə əlaqədar Bakı metrosunda könüllülər çalışacaq - FOTO 24 May 2019, 18:44 DİM hökumətin ali məktəblərə müsabiqədənkənar qəbulla bağlı qərarını şərh etdi 24 May 2019, 18:35 Tramp İlham Əliyevə məktub yazdı: “Xalqın mənafeyinə xidmət edəcək bütün addımları alqışlayırıq” 24 May 2019, 18:24 Koçaryanı azadlığa buraxan hakim istefa verdi   24 May 2019, 18:14 Deputatdan mitinq keçirmək istəyənləırə TÖVSİYƏ: “Gedib bir işin qulpundan yapışsınlar"” 24 May 2019, 18:04 İlham Əliyev İordaniya kralını təbrik edib 24 May 2019, 17:47 Manat və dolların 3 günlük MƏZƏNNƏSİ 24 May 2019, 17:27 Leyla Əliyeva uşaqların müalicəsi ilə maraqlandı - FOTOLAR 24 May 2019, 17:25 Prezident bu dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI 24 May 2019, 17:25