Modern.az

3 nəfər başqasının yerinə imtahana girməyə cəhd etdi - RƏSMİ

3 nəfər başqasının yerinə imtahana girməyə cəhd etdi - RƏSMİ

Təhsil

12 May 2019, 18:00

I və IV fənn blokuna daxil olan ixtisaslar üzrə qəbul imtahanı artıq  yekunlaşıb. Hər zamankı kimi imtahandan kənarlaşdırılanlar da olub.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin “Təşkilati metodiki təminat və təlimlər” sektorunun müdiri Adıgözəl Həbibov abituriyentlər üçün təşkil edilən canlı yayım zamanı deyib.

 

O, təəssüflə bildirib ki, bu imtahanda da hər hansı abituriyentin yerinə imtahan verməyə cəhd edənlər olub. 3 nəfər başqasının yerinə imtahan girməyə cəhd etsə də, üz tanıma cihazı vasitəsilə aşkarlanıb və imtahana buraxılmayıblar.

 

Bundan əlavə, imtahan binasına telefon keçirmə cəhdləri də uğursuzluqla nəticələnib. 2 abituriyent imtahan zalında telefondan istifadə etmək istəyərkən aşkarlanıb. Sektor müdiri onların da imtahandan xaric edildiklərini bildirib.

 

Cavab vərəqlərini imtahan binasından çıxardığına görə isə 4 abituriyentin nəticələri ləğv edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır