Arxiv
13 May 2019, 13:30 | İQTİSADİYYAT
Azərbaycanda mənzillərin qiymətləri optimallaşdırılacaq

Havalar isindikcə daşınmaz əmlak bazarında da müəyyən canlanma müşahidə edilir. Yay mövsümündə adətən dənizkənarı ərazilərdə bağ evləri kirayə götürənlərin sayı artır, bunun üçün ölkə xaricindən də gələnlər də olur. Bəs görəsən hazırda daşınmaz əmlak bazarında vəziyyət necədir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı Rəşad Həsənov deyib ki, daşınmaz əmlak bazarında qiymətlərdə ciddi bir dəyişiklik yoxdur.

 

“Xüsusilə yeni tikililərə çıxarışların verilməsi ilə əlaqədar görüləcək işlər artıq yeni tikililərdə mənzillərin qiymətinə təsir göstərməkdədir. Artıq növbəti aylardan etibarən Azərbaycanda daşınmaz əmlak bazarında sənədli yeni tikililərin təklifi artacaq. Bu isə öz növbəsində qiymətlər üzərində təzyiq formalaşdırır. Bu baxımdan da qiymətlərdə optimallaşdırma gedir. Digər istiqamət isə kirayə mənzil bazarı ilə bağlı olacaq”.

 

Rəşad Həsənov bildirib ki, kirayə mənzil bazarında da müəyyən dəyişikliklərin olması gözlənilir.

 

“Bakıda və ətraf rayonlarda müəyyən qədər kirayə qiymətlərində ucuzlaşma hiss olunacaq. Bununla yanaşı müəyyən istirahət zonanlarında, xüsusilə dənizkənarı yerlərdə - Mərdəkan, Şüvəlan, Novxanı, Pirşağı, Fatmayı və başqa yerlərdə bağların kirayə qiymətlərində artım müşahidə olunacaq. Demək olar ki, bu prosesə hazırlıq davam edir, indidən tələb formalaşmaqdadır. Ailələr öz qərarlarını qəbul edirlər və istirahət üçün bağ axtarışına çıxırlar. Tələbin formalaşması da qiymətlərə öz təsirini göstərməkdədir”.

 

İqtisadçının sözlərinə görə, bazarda aktivlik o qədər də yüksək deyil.

 

“Son iki-üç ayda çox ciddi passivlik hiss olunur.  Bunu daşınmaz əmlak dəlları da təsdiqləyir, biz onlarla danışıqlar aparmışıq. Bu da sənədli yeni mənzillərin qiymətinin ucuzlaşması ilə bağlı proqnozlaşdırmadan ortaya çıxır. Digər tərəfdən isə əhalinin alcılıq imkanları çox aşağı düşüb. Bununla yanaşı bazarda yeni aktyorlar var. Aktyorlardan biri də Mənzil İnşaatı Dövlət Agentliyidir.  Agentlikdən də bazara kütləvi şəkildə mənzillərin təklif edilməsi ehtimal olunur. Strategiyada ildə 3000 mənzilin təklifi müəyyənləşdirilib. Hələlik bu baş tutmasa da, növbəti aylarda aktivliyin nisbətən artması gözlənilir. Çünki iki yaşayış binası üzrə işlər tamamlanmaqdadır. Digər istiqamətlərdə də yeni layihələr başlanılıb. Digər bir məsələ isə İpoteka Fondu tərəfindən həyata keçiriləcək yeni layihə , yəni kirayə şərtləri ilə verilən mənzillərin sonda satılmasıdır. Bu da insanlarda gözləmə mövqeyinin artmasına gətirib çıxarır. Bu da passivliyi şərtləndirən əsas məsələlərdən biridir”.

 

Ekspert deyib ki, bazarda passivliyin qalıcı olmasına başqa səbəblər də təsir edir.

 

“Bir çox yerlərdə pilot layihə çərçivəsində köhnə binalar, evlər sökülüb yerində yeni bina inşa olunur. Əvvəllər sökülən mənzilin, obyektin yerinə pul verilirdisə indi indi mənzil verilir. Bu da bazarda aktivliyə təsir edən məqamlardandır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda bıçaqlanan 28 yaşlı gənc öldü 4 Avqust 2020, 09:51 Deputat Fəttah Heydərov vəfat etdi 4 Avqust 2020, 09:43 Ermənistan atəşkəsi 30 dəfə pozdu 4 Avqust 2020, 09:32 Nazir müşaviri: “Tanınmış ailədən olmaq mənim üçün böyük məsuliyyətdir” - MÜSAHİBƏ 4 Avqust 2020, 09:17 Deputatlar tətildən geri ÇAĞIRILIBLAR 4 Avqust 2020, 08:39 Azərbaycanda stilist intihar etdi - FOTO 4 Avqust 2020, 00:51 Bakıda 38 yaşlı kişi bıçaqlandı 4 Avqust 2020, 00:34 Bu ölkədə hər gün 50 min insan koronavirusa yoluxur 4 Avqust 2020, 00:23 Rusiyada miqrantlara iş icazəsi verilməsi proseduru çətinləşir 4 Avqust 2020, 00:06 Salyandakı zəncirvari qəzada baş həkim ağır xəsarət aldı   3 Avqust 2020, 23:56 Qarabağ BMT idarəçiliyinə verilsin - Amerikalı diplomat 3 Avqust 2020, 23:45 Samur-Abşeron kanalından meyit tapıldı 3 Avqust 2020, 23:33 Uçan taksi sınaqdan keçirildi - VİDEO 3 Avqust 2020, 23:18 İrəvanın qəbul edilən gerbinin mənası... 3 Avqust 2020, 23:07 Jurnalist onu mühafizə edən polislə birgə GÜLLƏLƏNDİ 3 Avqust 2020, 22:47 Gəncədə yataqxanada qadın bıçaqlandı 3 Avqust 2020, 22:34 Şəkidə 360 aztəminatlı ailəyə ərzaq yardımı çatdırıldı - FOTOLAR 3 Avqust 2020, 22:26 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 3 Avqust 2020, 22:09 Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi vəfat etdi 3 Avqust 2020, 21:53 Şagirdlər üçün “Microsoft Teams” proqramı ilə bağlı təlim keçirilib 3 Avqust 2020, 21:41 Türkiyədə daha 19 nəfər koronavirusdan öldü 3 Avqust 2020, 21:29 Cəlalabadda həbsxanaya hücum: 29 nəfər öldü 3 Avqust 2020, 21:12 Çimərlik ərazilərdə istifadə qaydaları ilə bağlı VİDEOTƏLİMAT 3 Avqust 2020, 20:57 Çindən Azərbaycana tibbi ekspert qrupu göndəriləcək 3 Avqust 2020, 20:44 Kürdəmirdə ağır qəza: xəsarət alanlar var 3 Avqust 2020, 20:30 Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatdı 3 Avqust 2020, 20:17 İtaliyadan Azərbaycana həkimlər ağır xəstələrin müalicəsinə cəlb olunacaq 3 Avqust 2020, 19:41 Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd 3 Avqust 2020, 19:30 Tələbləri pozan 7629 obyekt cərimələnib 3 Avqust 2020, 19:18 İsveç azərbaycanlılarından TƏKZİB: Yayılan məlumat tamamilə yanlışdır 3 Avqust 2020, 19:14 Hikmət Hacıyev: Toy mərasimlərinin bərpası koronavirusun artmasına səbəb ola bilər 3 Avqust 2020, 18:57 Yaqut Qarayeva qızıl mağazalarının bağlı qalmasına aydınlıq gətirdi 3 Avqust 2020, 18:39 Məktəblər sentyabrın 15-də açılacaq? - Operativ Qərargahdan REAKSİYA 3 Avqust 2020, 18:34 TƏBİB: “İxtisas baxımından həkimlərimiz ən riskli qrupa daxildir” 3 Avqust 2020, 18:24 Hikmət Hacıyev: “Qarabağa dəstək aksiyası olmasaydı, yoluxma daha aşağı ola bilərdi” 3 Avqust 2020, 18:20