Modern.az

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni TƏYİNAT

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni TƏYİNAT

14 May 2019, 12:05

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni mətbuat katibi təyin olunub. 
Bu vəzifəyə tanınmış jurnalist Günel Gözəlova gətirilib. 


Modern.az xəbər verir ki, bu təyinata qədər Günel Gözəlova “Azərpoçt” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri olub.

Qeyd edək ki, Günel Gözəlova Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 2000-2003-cü illərdə Azərbaycan Dövlət Televiziyasında aparıcı-jurnalist, 2003-2016-cı illərdə Lider TV-də jurnalist, televiziya və radio aparıcısı, redaktor, “Gənclər” redaksiyasının rəhbəri, “Lider xəbər” departamentinin rəis müavini vəzifələrində çalışıb. Günel Gözəlova eyni zamanda 6 il pedaqoji fəaliyyətlə də məşğul olub. 


“Bir inci xanım”, “Mübariz”, “Şahinlər”, “Hünərin gücü”, “İnibahn zirvəsi”, “İkinci həyat”, “Xilaskar” kimi bir sıra sənədli filmlərin ssenari müəllifi və redaktoru olub. 


Televiziya və radio sahəsində xidmətlərinə görə 2016-cı ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı