28 Sentyabr 2021, Çərşənbə axşamı
Arxiv
16 May 2019, 11:48 | AKTUAL
Gəncənin başçısı sakinləri dinlədi, tapşırıq verdi  

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə görüşüb. Məhsəti Gəncəvi Mərkəzində baş tutan görüşdə Prezident Administrasiyasının Ərazi-Təşkilat Məsələləri Şöbəsinin sektor müdiri Vəfadar Bağırov da iştirak edib.

 

Modern.az xəbər verir ki, görüşdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncədə həyata keçirilən abadlıq və quruculuq işlərindən söz açıb. O bildirib ki, şəhərin avtomobil yollarının tikintisi, yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilir. Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı 35 çoxmənzilli binanın 75 ədəd lifti yenisi ilə əvəz ediləcək. Şəhərin Heydər Əliyev prospektində eyvanların təmir edilməsi işləri, Ş.İ.Xətai prospektində 63,65, 113 və 115 saylı binaların fasadlarının təmiri işləri davam etdirilir. 50 ədəd 3, 4 və 5 mərtəbəli çoxmənzilli binaların dam örtüyünün təmiri işləri istiqamətində müvafiq tədbirlər görülür.

“Açıq mikrofon” formatında təşkil olunan görüş səmimi söhbət şəraitində keçib. Görüşdə iştirak edən sakinlər müraciətlərini dilə gətirib, irad və təkliflərini bildiriblər. Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdalıq ifadə edən sakinlər, aparılan abadlıq-quruculuq işlərinin davamlı olacağına inandıqlarını bildiriblər. Görüşdə iştirak edən Azərbaycan Texnologiya Universitetinin fəal tələbələri ali məktəb tələbələri üçün yeni yataqxana binasının inşasını istəyiblər. Sakinlər arasında işlə bağlı müraciət edənlər də olub.

Sakinlərin müraciət və təkliflərini dinləyən Prezident Administrasiyasının Ərazi-Təşkilat Məsələləri Şöbəsinin sektor müdiri Vəfadar Bağırov qeyd edib ki, bu tip görüşlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilir və məqsəd vətəndaşları dinləmək, onları narahat edən problemləri öyrənmək və aradan qaldırmaqdır. Vəfadar Bağırov sakinlərə səmimi çıxışlar və səsləndirilən təkliflər üçün təşəkkür edib. O qeyd edib ki, gəncəlilər hər zaman dövlət və dövlətçiliyə xidmət ediblər, hər zaman ölkə rəhbərinin yanında dayandıqlarını göstəriblər. “Sözsüz ki, şəhərdə görüləsi işlər çoxdur, hələ də yenidən qurulması vacib olan yollar, təmirə ehtiyac duyulan məktəb binaları var. Təbii ki, bütün bu problemlərin aradan qaldırılması üçün müəyən bir vaxt lazımdır. Zamanla bütün problemlər öz həllini tapacaq”, - deyə Vəfadar Bağırov bildirib.

Görüş zamanı dilə gətirilən bir çox problem öz həllini tapıb, bəzi məsələlərin isə araşdırılması tapşırılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan daha 3 erməni hərbçinin cəsədini təhvil verdi 28 Sentyabr 2021, 21:29 “Əfqanıstan ordusunun sürətli çöküşü gözlənilməz idi” - Oustin 28 Sentyabr 2021, 21:21 TÜRKPA ölkələrinin parlament sədrləri mətbuat konfransı keçirdi 28 Sentyabr 2021, 21:10 Misir mumiyalarının 3D rekonstruksiyası yaradılıb 28 Sentyabr 2021, 20:59 “Revanşizm səylərindən vaz keçmək üçün onlara xəbərdarlıq etmək vaxtıdır” – İlham Əliyev 28 Sentyabr 2021, 20:41 Orduda müharibənin ildönümü ilə bağlı tədbir - VİDEO 28 Sentyabr 2021, 20:28 İlham Əliyev XİN başçılarının ABŞ-dakı görüşündən DANIŞDI 28 Sentyabr 2021, 20:18 Prezident: “Azərbaycan xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur” 28 Sentyabr 2021, 20:03 “Biz münaqişənin həll olunduğunu hesab edirik” - Prezident 28 Sentyabr 2021, 20:00 Dövlət başçısı: “Bütün hərbi əsirlər Ermənistana qaytarılıb” 28 Sentyabr 2021, 19:58 İlham Əliyev: “Muxtariyyət artıq müzakirə mövzusu deyil” 28 Sentyabr 2021, 19:49 Prezident Fransa ilə münasibətlərdən DANIŞDI 28 Sentyabr 2021, 19:44 Mehmandarovların Şuşadakı malikanəsi təmir olunur 28 Sentyabr 2021, 19:40 İlham Əliyev “France 24” telekanalına müsahibə verib - YENİLƏNİB 28 Sentyabr 2021, 19:35 Suriyada terakt törədildi: Ölən və yaralananlar var 28 Sentyabr 2021, 19:28 Quterreş: “Nüvə təhlükəsinin səviyyəsi 40 ildə maksimuma çatıb” 28 Sentyabr 2021, 19:23 Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası oldu 28 Sentyabr 2021, 19:14 Vətən müharibəsinin tarixini təhrif edən direktor DANIŞDI 28 Sentyabr 2021, 19:00 Xudafərin-Qubadlı-Laçın yolunun inşası davam edir - FOTO 28 Sentyabr 2021, 18:52 Azərbaycan və Ermənistan arasında qarşılıqlı inam gücləndirilməlidir  - Baş katib 28 Sentyabr 2021, 18:46 İki ölkə arasında saziş imzalanacaq 28 Sentyabr 2021, 18:40 Goranboyun xurma bağlarında zərərvericilər tapıldı 28 Sentyabr 2021, 18:33 Ərdoğan Baydenlə görüşəcək 28 Sentyabr 2021, 18:26 CAREC Proqramının Gömrük Əməkdaşlığı Komitəsinin iclası keçirilib 28 Sentyabr 2021, 18:20 Rusiya daha 5 müəssisənin alma ixracına icazə verdi 28 Sentyabr 2021, 18:14 İlham Əliyev Paşinyanla görüşə ETİRAZ ETMƏDİ 28 Sentyabr 2021, 18:07 Bakı-Sumqayıt qatarlarının həftəsonu hərəkət CƏDVƏLİ 28 Sentyabr 2021, 18:00 Yaponiyada fövqəladə vəziyyət ləğv olunur 28 Sentyabr 2021, 17:54 Bakının Yasamal və Sabunçu rayonlarında evləri su basdı - VİDEO 28 Sentyabr 2021, 17:48 Ombudsmanın əməkdaşları Şəkidə uşaq evində olublar  28 Sentyabr 2021, 17:42 İrakli Qaribaşvilinin Bakı səfərindən gözləntilər... - Deputat ŞƏRH ETDİ 28 Sentyabr 2021, 17:36 3 kəndin qazlaşdırılması ilə bağlı tapşırıq verildi   28 Sentyabr 2021, 17:30 Rezidenturaya qəbulun II mərhələsinin NƏTİCƏLƏRİ 28 Sentyabr 2021, 17:26 Zakir Həsənov sülhməramlıların yeni komandanı ilə GÖRÜŞDÜ 28 Sentyabr 2021, 17:20 “Köfteci Ramiz” restoranı CƏRİMƏLƏNDİ 28 Sentyabr 2021, 17:15
SORĞU Hansı vaksinə etibar edirsiniz?