Arxiv
16 May 2019, 14:03 | İQTİSADİYYAT
Azərbaycanda gülçülük yenidən dirçəlir

XX əsrin 70-ci illərində Azərbaycanda böyük gülçülük təsərrüfatları olub. Həmin dövrdə Bakı kəndlərindən Zabrat, Maşatağa, Naradarn, Bilgəh, Mərdəkan və Şüvəlanda gülüçülük sovxozları fəaliyyət göstərib. Hansı ki, onlar həm Azərbaycanı, həm də SSRİ-ni güllə təmin edirdi.

Şəki-Zaqatala bölgəsində isə respublikada ilk dəfə olaraq sənaye xarakterli gülçülük təsərrüfatı yaradılmışdı. Sovet İttifaqı dağılandan sonra Azərbaycanda gülçülük təsərrüfatları tənəzzülə uğradı.

Hazırda Azərbaycanda bu səhə ilə məşğul olan təsərrüfatların sayı elə də çox deyil. Fəaliyyət göstərən təsərrüfatlar yenə də əsasən Bakı kəndlərindədir, amma əvvəlkindən xeyli kiçikdirlər. Hazırda həmin təsərrüfatlarda zambaq, nərgizgülü, qızılgül, xrizantema, kala yetişdirildiyi bildirilir.

 

Amma ekspert Nicat Nəsirli Modern.az-a bildirib ki, son illər Azərbaycanda gülçülük inkişaf tempindədir:

“Həm Bakı kəndlərində, həm regionlarda, konkret olaraq Şəmkir rayonun Sarıtəpə kəndində gülçülük istixanaları salınıb. Bakıda satılan güllərin 60 faizi yerli istehsaldır. Güllərin toxumu vaxtilə Hollandiyadan gətirilib və hazırda bu sahəyə kifayət qədər böyük maraq var.

Bu gün dünyanın ən böyük gül istehsalçısı olan Hollandiya, Fransa və digərlərində güllər sənaye üsulu ilə istehsal olunduğuna görə, məhsulun maya dəyəri ucuz başa gəlir. Biz istənilən sahəni qura bilərik, amma onun rəqabətə nə qədər davam gətirə biləcəyini göz önünə almalıyıq.

Bununla belə, ümumiyyətlə gülçülük sahəsində mövqeyimiz indi pis deyil, ciddi tendensiya gedir, bu sahəyə böyük maraq var. Çünki gülçülük iqtisadi baxımdan çox rentabellidir. Yəni əkdikdən qısa müddət sonra yığıb satışa çıxara bilirik”.

 

N.Nəsirli qeyd edib ki, hazırda Şəmkirdə və Bakı kəndlərində müxtəlif gül sortları yetişdirilir:

“Xüsusi sahibkarlar investisiya qoyur, müəyyən hissə dövlət güzəştlərindən faydalanaraq, gülçülüyü inkişaf etdirir. Gülçülükdə dövlətin nəzarətində olan istehsal sahəsi yoxdur.

Ümumiyyətlə, gülçülükdə iki istiqamət var: mərasim gülçülüyü və ilin bütün fəasillərində, tədbirlərdə tələbat olan gülçülük. Qərənfil 1990-cı il hadisələrindən sonra “mərasim gülü” oldu. Bu gül Abşeron yarımadasında həyətyanı sahələrdə, o da faciə günü yaxınlaşanda yetişdirilir. Qərənfil əkilməsində iqtisadi maraq yoxdur. Mən əksəriyyət vaxt görmüşəm ki, yetişdirdikləri qərənfili pulla satmırlar. Çox cüzi hissəsi Rusiya və Ukraynaya göndərilir.

Daha çox tələbat olan güllərə gəldikdə, burada qızılgülün müxtəlif növləri üstünlük təşkil edir. Həmin güllərə ölkəmizdə böyük tələbat var. Bilirsiniz, Hollandiya gülçülüyün intensiv yetişdirilməsinə nail olub. Əvvəl istixanlarda tərəvəz yetişdirirdilər, indi meyvə də yetişdirirlər, eləcə də gül. Bu ölkələrdə elmi-texniki nəaliyyətlər o qədər inkişaf edib ki, istənilən sahənin yüksəldilməsini bacarırılar. Bitki üçün lazım olan biomühiti evdə də versən, o yetişəcək.

Hollandiya il ərzində kənd təsərrüfatından 60 milyard dollar qazanırsa, onun 15-20 milyardı gülçülüyün payına düşür. Belə bir rəqabətin qabağında Azərbaycan kimi balaca ölkənin dayanması asan deyil. Ölkəmizdə maraq var, istehsal sahələri qurulur. Doğrudur, istehsal sahələrinin qurulması prosesi sürətli getmir. Bu da obyektivdir. Çünki bu sahənin inkişafı üçün toxumçuluğu inkşaf etdirmək, kadr tapmaq, texnogiyasını hazırlamaq kifayət qədər vaxt alır”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputatdan Qarabağ icması ilə bağlı TƏKLİF 15 Oktyabr 2019, 12:29 Metronun Xocəsəndə tikilən yeni deposu nə vaxt AÇILACAQ? 15 Oktyabr 2019, 12:27 Leyla Əliyevanın “Sanki bir alovsan” adlı şeirlər toplusu Ankarada nəşr olunub 15 Oktyabr 2019, 12:21 Suriyanın şimalında kim hara nəzarət edir? - XƏRİTƏ 15 Oktyabr 2019, 12:17 Övladını digər məktəbə dəyişmək istəyən valideyn nə etməli? 15 Oktyabr 2019, 12:17 Rusiyada həbs olunan Orxan Zeynalovun atası NARAZIDIR 15 Oktyabr 2019, 12:15 Ermənistan Suriyaya qoşun göndərdi – TƏCİLİ 15 Oktyabr 2019, 12:09 Rövşən Lənkəranskidən bəhs edən “Böyük qardaş” kitabı satışa çxarıldı 15 Oktyabr 2019, 12:05 Təhsil idarəsinin müdiri paytaxt məktəblərində süni şagird sıxlığından DANIŞDI 15 Oktyabr 2019, 12:04 İlham Əliyev Yaponiyanın Baş Nazirinə başsağlığı  verib 15 Oktyabr 2019, 12:03 Ermənilər tanınmaz hala saldıqları Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR 15 Oktyabr 2019, 11:55 Nazirlər Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna gəldilər - FOTOLAR 15 Oktyabr 2019, 11:48 Bakı Ali Neft Məktəbinin tələbələri dünyanın nüfuzlu neft-qaz yarışında Azərbaycanı təmsil ediblər 15 Oktyabr 2019, 11:45 Kataloniyada etirazlar: 78 nəfər yaralandı 15 Oktyabr 2019, 11:44 Həbsdəki müğənni Fədayə Laçından yeni XƏBƏR VAR 15 Oktyabr 2019, 11:41 Vəsiqəsini girov qoyan eks-deputatın SENSASİON SƏS YAZISI: “Rafael işdən çıxıb, indi türməyə gedir” 15 Oktyabr 2019, 11:34 Etibar Məmmədov nəhayət ki, siyasətə qayıtmağından danışdı: “Şərhə hazıram” 15 Oktyabr 2019, 11:32 KapitalBank-ın Satış inzibatçısı: “Məqsədimiz sahibkarların yaxın dostu olmaqdır” 15 Oktyabr 2019, 11:27 Bakıda 10 məktəb direktoru işdən çıxarıldı 15 Oktyabr 2019, 11:26 Havanı çirkləndirən metaləritmə sexinə 3000 manat CƏRİMƏ 15 Oktyabr 2019, 11:20 Rəsmi Moskva: “Suriya və Türkiyə ordusunun toqquşmayacağına ümid edirik” 15 Oktyabr 2019, 11:12 Erməni yaraqlıları Türkiyəyə qarşı vuruşmaq üçün kürdlərə qoşulur 15 Oktyabr 2019, 11:06 Rektor: “Azərbaycanda hər il 400-dək insan öz həyatına son qoyur” 15 Oktyabr 2019, 11:02 Bitkilər necə mühafizə olunmalıdı? - AQTA MAARİFLƏNDİRİR 15 Oktyabr 2019, 10:40 “Bala Tofiq” ləqəbli leş ət satan daha bir dələduz ifşa edildi - FOTOLAR 15 Oktyabr 2019, 10:40 “İtirilmiş  torpaqlarımız...” silsiləsindən V YAZI - (Qazax rayonu) 15 Oktyabr 2019, 10:34 Vaşinqtonla Ankara arasında qalmaqal - ABŞ türk nazirləri “qara siyahı”ya saldı 15 Oktyabr 2019, 10:33 İşdən qanunsuz çıxarılan 82 nəfər əvvəlki işlərinə bərpa edilib 15 Oktyabr 2019, 10:31 Çirkaba batıb, çamur atanlar... 15 Oktyabr 2019, 10:27 “Avro-2020”nin seçmə mərhələsi - Bu gün daha 9 oyun keçiriləcək 15 Oktyabr 2019, 10:24 Trampdan Türkiyəyə qarşı sanksiya QƏRARI  15 Oktyabr 2019, 10:13 Türk əsgərinə salam olsun! – Türkiyə millisindən möhtəşəm ADDIM 15 Oktyabr 2019, 10:03 “Xaqibis” 66 can aldı 15 Oktyabr 2019, 09:56 Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub 15 Oktyabr 2019, 09:55 DİQQƏT! Bu küçə və yollarda rənglənmə işləri aparılacaq 15 Oktyabr 2019, 09:50