Modern.az

Təhsil Nazirliyi Ramanadakı mağazaya kitab hədiyyə etdi - FOTOLAR

Təhsil Nazirliyi Ramanadakı mağazaya kitab hədiyyə etdi - FOTOLAR

Aktual

16 May 2019, 15:32

Bir müddət əvvəl Bakının Ramana qəsəbəsində yerləşən “İki qardaş” mağazasının həyata keçirdiyi aksiya medianın diqqət mərkəzində oldu. Aksiyaya əsasən, şagirdlər gündəliklərində həmin gün aldıqladırı əla qiymətləri satıcıya göstərib, əvəzində istədikləri hədiyyəni əldə edirlər. Gündəlik təxminən 20-30 şagirdin yararlandığı bu aksiyaya Təhsil Nazirliyi də dəstək göstərib.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirliyin sektor müdiri Cəsarət Valehov feysbuk hesabında məlumat verib.

 

O, statusunda bir müddət əvvəl Yeni Ramana qəsəbəsində “İki qardaş” mağazasında yaxınlıqdakı məktəbin əla qiymət alan şagirdlərinə kitab hədiyyə edildiyini xatırladıb.

 

Bildirib ki, Təhsil Nazirliyi də bu təşəbbüsü dəyərləndirərək həmin mağazaya 30-dək kitab hədiyyə edib.

 

O, mağazada olduğu zaman əla qiymət alan şagirdlərin də hədiyyəsini aldığını bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır