Modern.az

Azərbaycan “Eurovision 2019”un finalında - NƏTİCƏLƏR

Azərbaycan “Eurovision 2019”un finalında - NƏTİCƏLƏR

Mədəni̇yyət

17 May 2019, 01:11

Azərbaycan təmsilçisi Çingiz Mustafayev Tel-Əvivdə (İsrail) keçirilən "Eurovision-2019" mahnı müsabiqəsinin final mərhələsinə çıxıb. 

Modern.az xəbər verir ki, o, yarımfinal mərhələsində "Truth" mahnısını ifa edib. Azərbaycanla yanaşı, Şimali Makedoniya, Hollandiya, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə və Malta da mayın 18-də keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.


Mayın 18-də keçiriləcək finalda iştirakçılar aşağıdakı ardıcıllıqla çıxış edəcəklər:


Malta, Albaniya, Çex Respublikası, Almaniya, Rusiya, Danimarka, San Marino, Şimali Makedoniya, İsveç, Sloveniya, Kipr, Niderland, Yunanıstan, İsrail, Norveç, Böyük Britaniya, İslandiya, Estoniya, Belarus, Azərbaycan, Fransa, İtaliya, Serbiya, İsveçrə, Avstraliya, İspaniya.


Azərbaycanı müsabiqədə "Truth" mahnısı ilə Çingiz Mustafayev təmsil edir. 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir