Modern.az

Zağulbadakı yanğında 2 FHN əməkdaşı xəsarət aldı

Zağulbadakı yanğında 2 FHN əməkdaşı xəsarət aldı

Aktual

18 May 2019, 22:36

Bakının Xəzər rayonunun Zağulba qəsəbəsindəki "Favorit" ticarət mərkəzinin yerləşdiyi binanın zirzəmisində, tekstil şöbəsində baş vermiş yanğın zamanı xəsarət alanların sayı artıb.

Modern.az  "Report"a istinadən  xəbər verir ki, hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) iki əməkdaşı da xəsarət alıb.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.

Qeyd edək ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Binada olan insanlar təxliyə edilib.

Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir