Modern.az

Azərbaycanda çəkilən “Stalinin qaranlıq keçmişi” filmi 4 festivalda uğur qazanıb

Azərbaycanda çəkilən “Stalinin qaranlıq keçmişi” filmi 4 festivalda uğur qazanıb

19 May 2019, 10:24

Azərbaycanın “SSP Production” şirkətinin ekranlaşdırdığı “Stalinin qaranlıq kecmişi” filmi İtaliyanın Cefalù Film Festival 2019 festivalının proqramına daxil edilib. Festival iyun ayından başlayacaq. Filmin yaradıcı heyəti adıçəkilən festivaldan dəvət alıb.

Bu barədə Modern.az-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib:

““Stalinin qaranlıq kecmişi” sənədli filmi təqdim olunduğu 6 beynəlxalq festivaldan 4 festivalın müsabiqə proqramına daxil edilib. Beləliklə, drdüncü filmim də kino tariximizdə ilk baxışda iz qoydu, kino mədəniyyətimizi, ölkəmizi xaricdə tanıdır”.


“Stalinin qaranlıq keçmişi” filminin seçildiyi festivallar aşaağıdakılardır:

Cefalù Film Festival (Italiya) - 15 may

International Shorts (Avstraliya) - 10 aprel

The Lift-Off Sessions (Böyük Britaniya) - 8 aprel

First-Time Filmmaker Session (Böyük Britaniya) - 11 aprel

 

Cəlaləddin Qasımov deyir ki, “Stalinin qaranlıq keçmişi”nə ilk baxış Kannda keçirilib.

Sənədli filmin redaktoru Əkbər Qoşalıdır, mətni Eldost Bayram oxuyub.

 

Tarix Stalini qəddar, kapitalizmin ən böyük düşməni, minlərlə insanın ölümünün baiskarı kimi tanıyır. İosif Vissorionoviç Cuqaşvilinin (Stalin) anası onu din xadimi kimi görmək istəyirmiş. Lakin tale elə gətirib ki, Stalin din xadimi yox, böyük imperiyanın ən böyük diktatoru olub. 

O dövrdə Stalin deyirmiş ki, onun həyat məktəbi Bakı olub. O, Azərbaycan dilində də danışa bilirmiş. Stalin Bakı qoçularının ətrafında birləşərək neftxudalardan böyük miqdarda pullar toplayıb.

 

Stalin Bakıda 7 dəfə çar ordusu tərəfindən həbs edilsə də, o, Bakı qoçularının köməyi ilə Bayıl türməsindən qaça bilib. Buna baxmayaraq 28 aprel 1920-ci ildə - Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra “Koba” ləqəbli Stalini şəxsən tanıyan 200-dən çox Bakı qoçusu bir-bir güllələnib...

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir