Arxiv
22 May 2019, 16:16 | AKTUAL
Ceyrançöl və Küdrüdə zərəvericilərlə mübarizə aparılır  

 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri ölkədə fitosanitar vəziyyəti nəzarətdə saxlamaq, karantin və xüsusi təhlükəli zərərvericilərin yayılma arealını müəyyən etmək məqsədi ilə fitosanitar müşahidələri davam etdirirlər.

 

Modern.az xəbər verir ki, hazırda çəyirtkəkimilərlə sirayətlənmiş Saatlı, İmişli, Sabirabad, Biləsuvar və Salyan rayonlarını əhatə edən Küdrü düzü ərazisində, Tovuz, Aqstafa, Şəmkir, Samux rayonlarını əhatə edən Ceyrançöl ərazilərində, eləcə də Qarasu-Padarçöl ərazilərində mütəmadi müşahidələr aparılır və mübarizə tədbirləri həyata keçirilir.

 

Respublika ərazisində çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri başlayandan bu günə qədər adıçəkilən zərərverici ilə sirayətlənmiş əraziləri aşkar etmək məqsədi ilə 130319 hektar sahədə fitosanitar müşahidələr aparılıb. Küdrü düzü ərazisini əhatə edən 21542 hektar sahədə, Ceyrançöl ərazisini əhatə edən 3010 hektar, Qarasu-Padarçöl ərazilərini əhatə edən 260 hektar və Lapatin ərazisini əhatə edən 300 hektar sahədə kimyəvi mübarizə tədbirləri aparılıb.

 

Cari ildə çəyirtkələrin ilk sürfələrinin çıxışı Küdrü düzu ərazisində aprel ayının ilk ongünlüyündə, Ceyrançöl  ərazisində isə aprel ayının üçüncü ongünlüyündə müşahidə edilib. Aprel ayının üçüncü ongünlüyündən Küdrü düzü ərazisində, may ayının  birinci ongünlüyündə isə Ceyrancöl ərazisində mübarizə işlərinə start verilib.

 

Bu ilin aprel, may aylarında yağıntının çox olması səbəbindən ot bitkiləri çox yaxşı inkişaf etdiyi üçün çəyirtkələrin qidalanması üçün münbit şərait yaranıb. Qeyd edilən ərazilərdə çəyirtkənin sürfələri II, III və IV  yaş mərhələsindədir və mübarizə tədbirləri operativ sürətdə həyata keçirilir.

 

Çəyirtkələrə qarşı mübarizə zamanı “Chrysamed Dedex” və “Arrivo 25 ES” preparatlarından, eləcə də  ultra kiçik həcmli “AU 8115 M” markalı çiləyicidən və 2000 litrlik qoşqulu çiləyicilərdən istifadə olunur. Ultra kiçik həcmli çiləyici ilə gün ərzində 500 hektara qədər sahədə çəyirtkəkimilərə qarşı mübarizə aparmaq mümkündür.   Çiləyicinin əsas üstünlükləri onun yüksək iş sürəti, bioloji səmərəsi, yüngül və mobil olması, asan istifadəsi və təhlükəsiz olmasıdır.

 

Hazırda qeyd edilən bölgələrdə çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri davam etdirilir və mübarizə işləri səhər və axşam saatlarında həyata keçirilir.

 

Qeyd edək ki, bu il may ayının ikinci ongünlüyündə Samux rayonunun ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aid olan meşə zolaqlarında da çəyirtkələr aşkar edilib və kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

 

Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən respublikanın bütün regionlarında mübarizə tədbirləri ilə yanaşı, kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərinə qarşı mübarizə tədbirləri barədə fermerlər və digər torpaq mülkiyyətçiləri arasında mütəmadi maarifləndirmə işləri aparılır, onlara lazımi metodiki köməkliklər göstərilir. Ölkədə  fitosanitar vəziyyətin sabitliyini qorumaq, eləcə də regionalarda həyata keçirilən mübarizə tədbirlərinin vaxtında və çevik həyata keçirilməsi və məhsul itkisinin qarşısının alınması üçün Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssiləri bütün bilik və bacarıqlarını nümayiş etdirərək var gücləri ilə çalışırlar.

 

Çəyirtkəkimilərlə mübarizə işlərinin səmərəli təşkili Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin ciddi nəzarətindədir. Respublikanın çəyirtkəkimilərlə siraytlənmiş ərazilərində aparılmış monitorinqlər barədə məlumatlar həm Kənd Təsərrüfatı Nazirliyinə, eləcədə məlumatların toplanmasının avtomatlaşdırılması sistemi vasitəsi ilə FAO-ya təqdim edilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib   17 İyul 2019, 19:04 Qazaxda üçotaqlı ev yanıb   17 İyul 2019, 18:55 6 ay ərzində hava nəqliyyatı ilə 1,1 milyondan çox sərnişin daşınıb   17 İyul 2019, 18:53 Hava limanında qanunsuz telefonlar və elektronika malları aşkarlanıb 17 İyul 2019, 18:47 BDU-da yeni fənn tədris olunacaq   17 İyul 2019, 18:35 6 ayda 655 məhkum cəzaçəkmədən azad olunub 17 İyul 2019, 18:32 Nazirlik  sosial şəbəkələrin çökməsi ilə bağlı məlumat YAYDI 17 İyul 2019, 18:15 Bərdədə antisanitar pendir sexi AŞKARLANDI - FOTOLAR 17 İyul 2019, 18:05 Bu il İİV-yə yoluxan 343 nəfərin 34-ü narkotik istifadəçisi olub 17 İyul 2019, 17:43 56  əcnəbi narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilib 17 İyul 2019, 17:41 Dünyanın ən zəngin 100 iş adamı – Siyahıdakı yeganə azərbaycanlı... 17 İyul 2019, 17:31 Gədəbəydə 1 tona yaxın çətənə kolu məhv edildi   17 İyul 2019, 17:18 Türkiyədə dilənçidən 3 min lirə, 5 min dollar götürüldü 17 İyul 2019, 17:12 Manat və dolların sabahkı məzənnəsi 17 İyul 2019, 17:12 “Yay məktəbi”nin iştirakçıları Lerik rayonu ilə tanış olublar - FOTOLAR 17 İyul 2019, 17:00 Ağdaşda qanunsuz limonad sexi aşkarlandı 17 İyul 2019, 16:53 Sosial şəbəkələr çökdü 17 İyul 2019, 16:49 Türkiyədə daha 43 nəfərə ömürlük həbs cəzası verildi 17 İyul 2019, 16:48 Bakı və Abşeronun bəzi əraziləri susuz qalacaq 17 İyul 2019, 16:36 İraqda türkiyəli diplomatlar öldürüldü 17 İyul 2019, 16:16 ADU-da müəllimlər üçün təlim yekunlaşdı   17 İyul 2019, 16:09 Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu 17 İyul 2019, 16:07 O, azərbaycanlıdır! - Akademik Əhəd Canəhmədov haqqında düşüncələr... 17 İyul 2019, 15:56 Avropa Gənclər Yay Olimpiya Festivalında bunlar qadağan olunacaq 17 İyul 2019, 15:45 “Avroviziya”ya ev sahibliyi üçün 2 şəhər yarışır 17 İyul 2019, 15:33 Bakcell yenə də ən yüksək nəticə göstərdi 17 İyul 2019, 15:18 “Təxribata uymayan Azərbaycan əsgərinə təşəkkür edirik” – Gürcüstanın azərbaycanlı deputatları 17 İyul 2019, 15:13 Nazirlik Gəncədə Təlim-Tədris Mərkəzi istifadəyə verəcək 17 İyul 2019, 14:36 50 milyon manatlıq istiqrazlar... 17 İyul 2019, 14:23 Avropa gənclərini Bakıya toplayacaq festivalın ÖZƏLLİKLƏRİ 17 İyul 2019, 14:19 59 vakant vəzifə - 24 namizəd uğur qazanıb 17 İyul 2019, 14:16 Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib 17 İyul 2019, 14:14 “Meyvəli”də yumurtadan kütləvi zəhərlənmə - 3 nəfər xəstəxanaya yerləşdirildi 17 İyul 2019, 14:02 Şəhid övladları üçün yay düşərgəsi təşkil olundu 17 İyul 2019, 13:45 Avtomobildə gizlədilən spirtli içkilər və siqaretlər aşkarlandı 17 İyul 2019, 13:24