Arxiv
25 May 2019, 10:13 | AKTUAL
Ali məktəbi bitirənlər niyə dövlət qulluğunda az təmsil olunur? - PROBLEM

Ölkəmizdə ən çox müşahidə etdiyimiz hallardan biri ali məktəbi bitirən milyonlarla gəncdən dövlət işlərində sayının az olmasıdır.Yəni ətrafımızda kifayət qədər ali məktəbləri bitirib və buna görə də diplomla mükafatlanan , amma aldığı savad, biliyə görə yox, başqa işlərlə məşğul olan gənclər çox görürük.

Modern.az bu məsələnin başlıca səbəblərini araşdırmaq üçün sosioloq Sahib Məmmədov və sosioloq Əhməd Qəşəmoğlunun fikirlərinin öyrənib. 

 

Sahib Məmmədov bu haqda test sisteminin təsirini vurğulayıb:

 “Əgər söhbət dövlət qulluğu və dövlət qulluğunun xüsusi formalarından gedirsə, məslən,  hüquq mühafizə orqanları kimi yerlərdə  sırf ixtisas tələb edən peşələr olur. Bəzilərində isə yalnız dövlət qulluğunda, ali təhsil tələb olunur. Belə hallarda məsələn, bir nəfər ADPU-nu bitirib və gəlib dövlət qulluğunda hansısa bir nazirlikdə imtahan verir və  qəbul olub orda işləyir. Digər bir səbəb odur ki, ümumiyyətlə problem seçim məsələsində olur, yəni abituriyentin topladığı bala uyğun olaraq o yalnız qrupu seçir. Qrupun içində isə topladığı bala uyğun olaraq hər bir ixtisas düşə bilir, yəni hüquqşünas olmaq istəyən, elə olur ki, tarixçi olur. Test sistemini ilə olan bu qəbul prossesi nəticəsində abituriyent arzu etdiyi ixtisası yox, məcbur başqa ixtisasa yönəlir. Bu da öz növbəsində onun gələcək kareyerasına mənfi təsir göstərir. Səbələrdən biri də  iş yerlərinin azlığı ilə əlaqədardır”.

 

Sosioloq Əhməd Qəşəmoğlu isə ali məktəblərin verdiyi diplomu təhsil haqqının qəbzi adlandırıb:

“Mən ali məktəblərdəki dərs proseslərindən xəbərdaram. Mən tez-tez deyirəm ki, bizim ali məktəblərdə təəssüf ki, təhsil arzu olunan səviyyədə deyil, yəni ali məktəblərin bir çoxunun verdiyi diplom ali savad diplomu deyil, bu  təhsil haqqı qəbzinin ödənişidir. Bilirsiniz niyə belədir, çünki abituriyentlər test üsulu ilə qəbul olurlar və bir çoxuda arzu etmədiyi ixtisası oxumalı olur”.

 

Sosioloqumuz bəzi tələbələrin oxumaqla iş olmayacaq fikrinə düşdüklərini də bildirib:

Digər bir səbəb odurki, tələbələrdən soruşanda ki, yüksək balla qəbul olmusunuz universitetə, bəs niyə oxumursunuz? Onların əksəriyyəti deyir ki, oxumaqla nə olacaq ki. Yəni tələbələrin bəziləri bu fikirdədir ki, işə düzəlmək tək oxumaqla olmur. Bir tərəfdən də mütəxəssislərin səviyyəsi arzu olunan deyil. Paytaxtımızda xeyli iş axtaran var, digər tərəfdə də bundan çox işçi axtaran var, amma biri, o birinə uyğun deyil. İşçi axtaran yüksək səviyyəli mütəxəssis axtarır ki, onun işini rahat şəkildə apara bilsin. Dövlət strukturu elə qurub ki, həm yüksək savad, həmdə qabiliyyətli olanları işə götürür. Əlavə olaraq onuda deyim ki, tələbələrdə belə bir məlumat da vardır ki, savad, qabiliyyət olsa belə, onlarda belə bir fikir formalaşıb ki, onlar bəzi işlərə girə bilməzlər, buda onlarda ruh düşkünlüyü yardır. Buna görə də gənclər univertitetlərdə verilən təhsili önəmli saymırlar.

 

Novruz NOVRUZLU

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə terrorda şübhəli bilinən 10 nəfər saxlanıldı 18 Avqust 2019, 21:01 "Düşmənin fəaliyyəti müxtəlif kalibrli silahların nişangahı altındadır" - Müdafiə Nazirliyi 18 Avqust 2019, 20:44 Xarici İşlər Nazirliyindən Sudana təbrik 18 Avqust 2019, 20:30 Vilayət Eyvazov iki rayona rəis təyin etdi 18 Avqust 2019, 20:17 Yanğın 15 min evi külə döndərdi: 50 min insan küçələrdə qaldı - VİDEO 18 Avqust 2019, 20:01 Bakıda intiharın qarşısı alındı 18 Avqust 2019, 18:02 Qənirə Paşayeva afrikalı siyasətçilərə köçkün qadınlardan danışıb    18 Avqust 2019, 17:30 DİM dövlət qulluğuna qəbul imtahanının nəticələrini açıqladı 18 Avqust 2019, 17:23 Ordumuz düşməni nişangah altında saxlayır - Müdafiə Nazirliyi 18 Avqust 2019, 17:08 “İsgəndər Həmidovu ölüm cəzası gözləyirdi” - Sabiq nazirin vəkili DANIŞDI 18 Avqust 2019, 16:28 Mehriban Əliyevadan şəhidlərə böyük ehtiram - FOTOLAR 18 Avqust 2019, 15:58 Əxlaqsız qadınların Bakıdan Dubaya axını azalıb - SƏBƏBLƏR 18 Avqust 2019, 14:56 “Linfild”-“Qarabağ” oyununun hakimləri bəlli oldu 18 Avqust 2019, 14:32 Şeyxülislamın 40 ildə imza atdığı İLKLƏR - Qorbaçovu rüsvay edib, vəhdət namazı qıldırıb, imam üçün qan verib... 18 Avqust 2019, 14:03 Şair Oqtay Rza vəfat etdi 18 Avqust 2019, 13:38 Oğlunu, arvadını və qayınanasını yandıran şəxs tutuldu – RƏSMİ 18 Avqust 2019, 13:30 Şəmkirdəki yanğının TƏFƏRRÜATI – Ata evə od vurdu, oğlu öldü, arvadı yandı... 18 Avqust 2019, 12:57 Sabah 39 dərəcəyə qədər isti olacaq - PROQNOZ 18 Avqust 2019, 12:31 Tanınmış jurnalist nazirə müraciət etdi: “Torqovı” biabırçılıqdı... 18 Avqust 2019, 12:16 İslam təslimiyyət kimi - Ağalar Qutun YAZISI 18 Avqust 2019, 11:57 Bakıda 66 yaşlı qadın ölümdən xilas edildi 18 Avqust 2019, 11:30 Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olub 18 Avqust 2019, 11:20 Bir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTO 18 Avqust 2019, 11:01 Bakıda ağırçəkili sakini 8-ci mərtəbədən kranla düşürdülər 18 Avqust 2019, 10:58 Şəmkirdə dəhşətli YANĞIN: körpə öldü, ana və nənə xəsarət aldı - YENİLƏNİB 18 Avqust 2019, 10:55 Toyda partlayış – ölü sayı 60-ı ötdü 18 Avqust 2019, 10:02 Neftaçalada 24 yaşlı oğlan özünü asdı 18 Avqust 2019, 09:58 Ermənistan atəşkəsi 21 dəfə pozdu 18 Avqust 2019, 09:41 Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir 18 Avqust 2019, 09:39 “Ögey ana”da başlayıb “Fəryad”la bitən tale - Ceyhun Mirzəyevə sui-qəsd… 18 Avqust 2019, 09:17 Ağsuda 4 yaşlı uşağı maşın vurdu 18 Avqust 2019, 00:29 “6 adam öldürən cinayətkarın ilk dəfə Baş prokurora danışdığı qətl...”- VƏKİL SİRLƏRİ AÇIR 18 Avqust 2019, 00:11 “Qarabağ”ın ilk oyununu isveçrəli hakimlər idarə edəcək 17 Avqust 2019, 23:42 “Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə naziri 17 Avqust 2019, 23:26 Dənizdə batan 3 nəfər xilas edildi 17 Avqust 2019, 23:09