Arxiv
25 May 2019, 10:54 | AKTUAL
Heç bir qüvvə ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə əngəl törədə bilməz

Azərbaycan bu gün dünyada sabitlik adası, əmin-amanlığın hökm sürdüyü təhlükəsiz ölkə kimi məşhurdur. Dünyada baş verən qanlı münaqişələr, toqquşmalar, müharibələr, risqlər və təhdidlər fonunda ölkəmiz inkişaf edib, beynəlxalq aləmdə söz sahibinə çevrilib.

 

Ölkəmizdə sabitliyin və təhlükəzsizliyimizin təminatçısı xalq və onun hakimiyyətlə olan monolit birliyidir. Bu birliyin kökündə isə xalqın öz Prezidenti İlham Əliyevə olan inamı, etimadı və etibarı dayanır. Xalqının sevgisini qazanmağın əsas amil isə ölkə Başçısının məhz xalqın mənafeyindən irəli gələn bir siyasəti həyata keçirməsidir. Prezident İlham Əliyevin praqmatik siyasi kursu nəticəsində Azərbaycan regionun ən güclü və əhəmiyyətli ölkəsinə, işğalçı Ermənistan istisna olmaqla bütün qonşuları ilə əməkdaşlığın mərkəzi məkanına çevrilib. Həm də bu əməkdaşlıq yalnız sərhəd qonşularımızla məhdudlaşmayıb, Asiyanın və Avropanın bir sıra dövlətlərini də bu əməkdaşlıq müstəvilərinə cəlb etməyə nail olub.

 

Azərbaycan ikitərəfli və çoxtərəfli regional əməkdaşlıq formatlarının əsas hərəkətverici həlqəsi kimi fəal siyasəti ilə diqqət mərkəzində olması, mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının məhz ölkəmizdə keçirilməsi anti-Azərbaycan qüvvələrini hərəkətə keçirir. May ayının 29-da Bakıda UEFA Avropa Liqasının final matçının keçiriləcəyi ərəfədə əvvəllər də ölkəmizin imicinin üzərinə kölgə salmağa çalışan “Amnesty İnternational” təşkilatını“ fəallaşdırıb”. Bəzi xarici dairələrin əlində sadəcə alət rolunu oynayan bu təşkilat yenə ara qatmağa, ürək bulandırmağa başlayıb. Əslində “Amnesty İnternational”ın fəaliyyəti, onun qərəzli fikirləri bu təşkilatın müəyyən siyasi maraqlara xidmət etdiyini və ayrı-ayrı ölkələrlə, o cümlədən Azərbaycanla bağlı konkret olaraq sifariş yerinə yetirdiyini göstərir. Bununla da Azərbaycana qarşı qərəzli mövqe tutan, ölkəmizin dünyadakı artan nüfuzuna və imicinə qısqanc yanaşan, uğurlarımızı, nailiyyətlərimizi gözü götürməyən daurələrin mövqeyini ifadə etmiş olur. Həmin qüvvələr isə hər vəchlə Azərbaycan dövlətini dünya birliyinin, beynəlxalq ictimaiyyətin gözündən salmağa, onun nüfuzuna, imicinə zərbə vurmağa çalışanlardır.

 

Aydındır ki, “Amnesty İnternational” təşkilatının arxasında Azərbaycanın beynəlxalq miqyasda getdikcə artan nüfuzuna zərbə vurmaq məqsədi daşıyan ermənu lobbisi və bəzi anti-Azərbaycan dairələr dayanır.

Ancaq heç bir qüvvə nə qədər çəhd etsə də ölkəmizin uğuruna, inkişafına, beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə əngəl törədə bilməz. Əvvəlki beynəlxalq tədbirlər kimi UEFA Avropa Liqasının final matçı da yüksək səviyyədə keçiriləcək. Bu dəfə də ölkəmizə qarşı ləkəyaxma kampaniyası aparanların planları alt-üst olacaq.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Suriyada Türkiyənin müşahidə məntəqəsi atəşə tutulub 16 İyun 2019, 16:29 Binəqədidə üçmərtəbəli yaşayış binasında YANĞIN   16 İyun 2019, 16:01 9-cular üçün buraxılış imtahanının ikinci mərhələsi başa çatıb 16 İyun 2019, 15:23 Azərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblər - FOTOLAR 16 İyun 2019, 15:06 OPEC-in növbəti görüşünün keçiriləcəyi vaxt açıqlandı 16 İyun 2019, 14:41 Prezident təmirə 40 milyon manat ayırdı - Məktəblərdə yenə də şagirdlərdən pul yığılır 16 İyun 2019, 14:10 Türkiyədə 8 terrorçu məhv edildi 16 İyun 2019, 13:42 Qeyri-neft sektorunda məhsul istehsalı 15 faiz artıb   16 İyun 2019, 13:13 Azərbaycanda ən çox bəraət hökmü çıxaran iki hakim kimdir? - DOSYE 16 İyun 2019, 13:01 Sabah 38 dərəcə isti olacaq – HAVA PROQNOZU 16 İyun 2019, 12:15 Bərdədə ev avtomobillə birlikdə yandı 16 İyun 2019, 11:54 Yaponiya ABŞ-dan İranın tankerlərə hücumu ilə bağlı sübut tələb edib   16 İyun 2019, 11:26 Lənkəranda zəlzələ olub 16 İyun 2019, 10:42 “Azərbaycanda bəzi kəndlərdə oğlanlar evlənməyə qız tapmır” 16 İyun 2019, 10:38 Yeni Zellandiya 7,2 ballıq zəlzələ ilə silkələndi 16 İyun 2019, 10:16 Türkiyəli media rəhbəri: “Ermənicə TV-nin açılmasına etirazımız düz deyil”   16 İyun 2019, 10:07 Ermənilər cəbhədə təxribatlara davam edir 16 İyun 2019, 09:55 Din tiryəkdirmi? 16 İyun 2019, 09:43 İsmayıllıda kafe YANDI 16 İyun 2019, 09:31 Qubada yol qəzası: Bir nəfər ölüb  16 İyun 2019, 09:19 Yüz illərin açılmayan kələfi... - Cümhuriyyət səfirinin FACİƏSİ 16 İyun 2019, 09:10 Bu gün 32 mindən çox şagird buraxılış imtahanı verir   16 İyun 2019, 09:05 İcra başçısı sakinlərin şikayətlərini dinlədi 16 İyun 2019, 09:03 Kanadada yaşayan azərbaycanlılar yeni cəmiyyət yaratdılar - FOTOLAR 16 İyun 2019, 08:56 Sumqayıtın 70 yaşına və ya mənim gənc şəhərim 16 İyun 2019, 08:49 Lotereyada 14.2 milyon uduldu 16 İyun 2019, 01:03 Ukrayna dünya çempionu oldu 16 İyun 2019, 00:47 VII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏR 16 İyun 2019, 00:26 İran Britaniya arasında diplomatik qalmaqal 15 İyun 2019, 23:54 25 “Taliban” silahlısı məhv edildi 15 İyun 2019, 23:32 Mikayıl Cabbarov prezident seçildi 15 İyun 2019, 23:13 Trampdan təhdid: Prezident seçilməsəm... 15 İyun 2019, 22:58 “Nə üçün sənin aliment borclarını biz ödəməliyik?” - Murad Köhnəqala 15 İyun 2019, 22:54 Qurban Qurbanovun oğlu “Qarabağ”ın əsas heyətində 15 İyun 2019, 22:39 Dövlət Baxçalıdan Elçibəy ailəsinə başsağlığı 15 İyun 2019, 22:20