Modern.az

Komitə sədri Balakəndə şikayətləri dinlədi

Komitə sədri Balakəndə şikayətləri dinlədi

25 May 2019, 20:59

Dövlət Gömrük Komitəsinin rəhbərliyi Balakən, Zaqatala və Qax şəhərlərində bu bölgələrin sakinlərini, eləcə də bu bölgələrdə məskunlaşan məcburi köçkünləri qəbul edib.

 

Komitənin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, DGK sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin qəbulu Balakən şəhərində keçirilib.

 

Qəbulda vətəndaşların yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Müraciətlər əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

 

Həmin gün Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Zaqatala şəhərində, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev isə Qax şəhərində vətəndaşları qəbul ediblər.

 

Qəbullar zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir