Modern.az

İcra Hakimiyyəti hesabat verdi - Horadizdə  7200 nəfər yaşayır

İcra Hakimiyyəti hesabat verdi - Horadizdə  7200 nəfər yaşayır

Aktual

26 May 2019, 10:27

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Horadiz şəhərində keçirilib.


Səyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.


Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirib. Alı Alıyev deyib ki, hazırda rayonun mərkəzi hesab olunan Horadiz şəhərində  7200 nəfər yaşayır. Şəhərdə əhalinin işıq, su, qaz, yol və digər sosial problemləri  tam həll olunub, şəhər sakinlərinin hər birinə çörək pulu və kommunal xərclərə görə 60 manat olmaqla ayda 325620 manat vahid aylıq müavinət ödənilir. Prezident İlham Əliyevin rəhbərliyi altında rayonun işğaldan azad olunmuş bütün yaşayış məntəqələri, o cümlədən Horadiz qəsəbəsində geniş bərpa-tikinti və abadlıq-quruculuq işləri aparılıb, ölkə başçısının 23 oktyabr 2007-ci il tarixli  sərəncamı ilə Horadizə şəhər statusu verilib. Horadiz şəhərində təhsil, səhiyyə, idman, mədəniyyət və digər sosial yönümlü obyektlər tikilib, işğal dövrü yandırılmış və dağıdılmış evlər, küçələr bərpa olunub, yollar, qaz, elektrik, içməli su xətləri çəkilmiş, digər mühüm infrastruktur layihələri yerinə yetirilib, bütövlükdə Horadiz şəhərinin sosial-iqtisadi həyatında əsaslı dönüş yaranıb.



Qeyd olunub ki, hazırda rayonun işğaldan azad olunmuş ərazisində mövcud olan 100-dən artıq  infrastrukturdan 61-i Horadiz şəhərində fəaliyyət göstərir. Şəhərdə 3 tam orta məktəb, 2 uşaq bağçası, tibb məntəqəsi, poçt, kitabxana, telekommunikasiya, bir sözlə rayonun bütün idarə müəsissə və təşkilatları burada fəaliyyət göstərir.


Bildirilib ki, Horadiz şəhərində 730 nəfər rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarında işləyir, 714 nəfər isə pambıq, barama, müxtəlif istehsal sahələrində çalışmaqla məşğulluqlarını təmin edir.


Alı Alıyev qeyd edib ki, Prezident İlham Əliyevin apardığı sosial-iqtisadi siyasətin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır. Son vaxtlarda imzalanan fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.


Səyyar qəbulda rayonun xidmət təşkilatlarının gördükləri işlərə dair hesabatları dinlənilib. Rayon elektrik şəbəkəsi, Qaz İstismar sahəsi, Su-Kanal idarəsi və digər  xidmət təşkilatlarının rəhbərləri şəhər  sakinləri qarşısında hesabat veriblər.


Ayrı-ayrı sahələrə dair şəhər sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.

         
Səyyar qəbul zamanı çıxış edən şəhər sakinləri vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü