Modern.az

Bakıda gənc qız və oğlan özlərini binadan atıblar

Bakıda gənc qız və oğlan özlərini binadan atıblar

26 May 2019, 18:45

Bakıda iki gəncin ölümü ilə nəticələnən intihar hadisələri baş verib.

Modern.az xəbər verir ki, Səhiyyə Nazirliyi Mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovun "Report"a bildirdiyinə görə, intiharlardan biri paytaxtın Nizami rayonunda qeydə alınıb.

Q.Qarayev küçəsi, 81 A ünvanında 19 yaşlı oğlan özünü 9-cu mərtəbədən atıb. O, hadisə yerindəcə dünyasını dəyişib.

Digər analoji hadisə Bakının Nərimanov rayonunda, Aşıq Molla Cümə küçəsi, bina 7A ünvanında olub. Burada 25 yaşlı qız özünü binanın yuxarı mərtəbəsindən yerə atıb. O da aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Ölənlərin şəxsiyyəti hələ ki, məlum deyil.

 

Sizə yeni x var
Keçid et
İcra başçıları nəzarətdə - Ölkə üzrə geniş əməliyyat başlayır