Arxiv
29 May 2019, 11:11 |
Eyruz Məmmədovdan Sumqayıtın yubileyinə dəyərli töhfə - “Sumqayıtım, dünənə boylan!”

"Azəri" nəşriyyatında respublikanın Əməkdar jurnalisti, yazıçı-publisist Eyruz Məmmədovun "Sumqayıtım, dünənə boylan!" adlı tarixi-publisistik kitabı nəşr edilmişdir.

 
Kitabda müəllifin hələ gənc yaşlarında ikən - şəhər qəzetində çalışarkən bir jurnalist "şakəri" olaraq Sumqayıta dünyanın, xüsusilə də SSRİ-nin hər yerindən qonaq gələn elm, ədəbiyyat və incəsənət xadimləri və digər məşhur adamlarla görüşüb, qəribə bir uzaqgörənlik edərək, yeri düşdükcə onlardan müsahibə almış və şəhər qəzetində dərc etdirmişdir. Həmin müsahibələr bizə və bugünkü gənc nəslə Sumqayıtımızın sosial-mədəni həyatının dünənini aydınlığı ilə göstərir. O müsahibələr ilk növbədə ona görə maraq doğurur ki, müəllif özünün müsahibini çox yaxşı tanıyaraq və bəzən də bir fanat kimi sevərək verdiyi sualların özü maraqlı, düşündürücü olmaqla qeyri-adidir. Bütün müsahibələrdə və kitabda dərc edilmiş digər məqalələrdə Eyruzun böyüyüb, boya-başa çatdığı bu şəhərə - doğma Sumqayıta, onun adamlarına böyük, sonsuz sevgisi çox aydın hiss olunur. 

Kitabda kimlər və nələr yoxdur, kimlərdən və nələrdən söhbət açılmır?!. SSRİ Elmlər Akademiyasının prezidenti, böyük elmi nailiyyətlərinə görə hələ çox gənc ikən - 35 yaşında Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş Lenin mükafatı laureatı Mstislav Keldış, türk əsilli əfsanəvi ikinci sovet kosmonavtı German Titov, SSRİ-nin çox sevilən aktyorları Vsevolod Sanayev, Nikolay Olyalin, Natalya Fateyeva, Stanislav Lyubşin, görkəmli sovet bəstəkarları Tixon Xrennikov, Dmitri Kabalevski, məşhur müğənnilər Lev Leşşenko, Vaxtanq Kikabidze, Əfqanıstanın sabiq dövlət başçısı Babrak Karmalın həyat yoldaşı Məhbubə Karmal, Sumqayıtın qardaşlaşdığı Lüdviqshafen şəhərinin meri Doktor Lüdviq, SSRİ-nin futbol üzrə yığma komandasının kapitanı İqor Netto, Azərbaycanın məşhur sənət adamları - Əliağa Ağayev, Nəsibə Zeynalova, böyük vətənpərvər yazıçı Mirzə İbrahimov, şair Nəriman Həsənzadə, Sumqayıtın ilk rəhbərlərindən olmuş Kamran Hüseynov, sumqayıtlı xalçaçı rəssam Fazil Abbasquluzadə və digərləri.

Topluda Eyruzun ədəbi düşüncələrinə, müxtəlif müsahibələrə, Sumqayıt hadisələrinə, 20 Yanvar faciəsinə və digər mövzularda məqalələrə də geniş yer ayrılmışdır.  Nəşrin redaktoru tanınmış yazıçı-publisist Arif Ərşaddır. 

Kitabla tanış olanlar Sumqayıtın dünəninə xeyli, həm də iftixarla "boylanmaq" imkanı əldə edəcəklər. 

Müəllifə yalnız bir ciddi irad bildirmək olar: belə bir qiymətli, nəfis şəkildə tərtib olunmuş kitab çox az, cüzi tirajla nəşr edilmişdir. Təbii ki, bir sponsor kimi irəli duran olarsa, onu yenidən və daha çox tirajla da nəşr etmək olar. Çünki belə bir kitaba tələbatın böyük olacağı şəksizdir. Onun heç olmasa 2-3 min tirajla nəşr edilməsi mümkün olarsa, bu, Sumqayıtın 70 illiyi ərəfəsində sumqayıtlılar üçün həqiqətən çox gözəl, dəyərli bir töhfə olar.

 

Rəhman ORXAN

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağdaşda bir tondan çox narkotik məhv edildi  28 May 2020, 10:28 Bakıda 40 yaşlı kişi ürəyindən bıçaqlandı 28 May 2020, 10:16 Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yeni korpusu açıldı - FOTOLAR 28 May 2020, 10:08 Mayk Pompeodan Azərbaycan xalqına Respublika günü TƏBRİKİ 28 May 2020, 09:59 Məhəmməd Əmin Rəsulzadədən yadigar qalan tar - Cümhuriyyətin yaşıdı... 28 May 2020, 09:46 28 may Respublika günüdür! 28 May 2020, 09:32 Atəşkəs 23 dəfə pozulub 28 May 2020, 09:23 Milli dövlətçilik tariximizin qürur mənbəyi: Azərbaycan Xalq Cümhuriyyəti 28 May 2020, 09:12 ABŞ uyğur türkləri ilə bağlı QƏRAR VERDİ – Çinə sanksiyalar tətbiq olunacaq 28 May 2020, 09:09 Azərbaycanlı həkim həyəcan təbili çaldı: “Karantin davranışları sərtləşdirilməlidir, əks halda…” - MÜRACİƏT 28 May 2020, 09:06 Fransada silahlı şəxs 3 nəfəri öldürdü 28 May 2020, 08:57 Hollandiyanın Bakıdakı səfiri: “Azərbaycan islahatları davam etdirməlidir” - MÜSAHİBƏ 28 May 2020, 08:46 Sosial məsafəyə görə təyyarədə dava düşdü 28 May 2020, 00:53 Gürcüstandan daha 30 nəfər Azərbaycana təxliyə edildi 28 May 2020, 00:42 Türkiyəyə meteorit düşdü - VİDEO 28 May 2020, 00:27 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi 28 May 2020, 00:12 Şərqin ilk demokratik respublikası: 102 il öncə verilən tarixi qərar 28 May 2020, 00:01 Abşeronda yanğın oldu 27 May 2020, 23:53 Bakıda qayın yeznəsini bıçaqladı 27 May 2020, 23:41 İstanbul rəmzləri Azərbaycan bayrağı rəngləri ilə işıqlandırıldı - FOTO 27 May 2020, 23:24 Cəlilabadda xəsarət alanların kimliyi bilindi 27 May 2020, 23:11 Koronavirus peyvəndi ilin sonunadək hazır olacaq - İDDİA 27 May 2020, 22:58 Karantin rejiminin müddəti iyunun 14-dək uzadıldı 27 May 2020, 22:44 İcra başçısı  Şəmkir  maşın kanalına baxış keçirdi - FOTO 27 May 2020, 22:32 Bakıda avtomobil maneəyə çırpıldı: xəsarət alanlar var 27 May 2020, 22:19 Bu ölkədə COVİD-19 qurbanlarının sayı 37 460-ya çatıb 27 May 2020, 22:01 Türkiyə İdlibdə şəhid verdi 27 May 2020, 21:48 Tovuzda gənc oğlanın bilək damarı kəsilib 27 May 2020, 21:40 Türkiyədə koronavirusa yoluxanların sayı yenidən artdı 27 May 2020, 21:27 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA 27 May 2020, 21:14 “AİHM-in qərarı erməni “təbliğat maşını”nın növbəti fiaskosudur” - Azay Quliyev 27 May 2020, 20:57 Tramp qoşunların Əfqanıstandan çıxarılmasını istəyir 27 May 2020, 20:41 “Qarabağın 30 il işğal altında qalması bizim kimi Türkiyəni də alçaldır” - Deputat 27 May 2020, 20:33 “Azərbaycana dil uzadanlar layiqli cəzalarını alacaqlar” - DEPUTATLARDAN REAKSİYA 27 May 2020, 20:17 Xorvatiyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib 27 May 2020, 20:02