Arxiv
29 May 2019, 11:26 | DİASPOR
İndianada yaşayan bütöv Azərbaycan sevdalısı

ABŞ-da elə azərbaycanlılar var ki, sözün əsl mənasında Azərbaycan mədəniyyətinin bu ölkədə təbliğinə ömür sərf edir, fədakarlıq göstərirlər. Onlardan biri də "Azərbaycan-Amerika Mədəniyyət və Təhsil Fondu"nun rəhbəri Şahyar Danişgərdir. Əslən İranın Mərənd şəhərindən olan bu soydaşımız bütöv Azərbaycan sevdası ilə yaşayanlardandır. Atası Mirzəvəli Danişgər Pişəvəri hərəkatının fəal üzvlərindən biri olub. Milli mücadilə dövründə zabit kimi döyüşlərdə iştirak edib...

Haqqında söhbət açdığım bu soydaşımız 1974-cü ildə, 20 yaşında olarkən İrandan Almaniyaya gedərək orada kollecə qəbul olunub. Kollec təhsilini başa vurduqdan sonra 1978-ci ildə ABŞ-a gəlib. Bir müddət Nyu York ştatında məskunlaşıb. 1980-ci ildən İndiana ştatının Bluminqton şəhərində yaşayır. İndiana Universitetini bitirib, sonradan filalogiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib.

Şəhriyar müəllimin elmi işi Azərbaycan atalar məsəllərinin izahı və elmi təsnifatı üzrə olub. Elə o vaxtdan da özünü Azərbaycan mədəniyyətinin təbliğinə həsr edib. O qədər işlər görüb ki, adam heyrətlənməyə bilmir. Ali musiqi təhsili olan, peşəkar musiqiçilərdən və ən başlıcası müxtəlif millətlərin nümayəndələrindən ibarət “İpək yolu” ansamblı yaradaraq uzun illərdir ki, ABŞ-ın müxtəlif ştatlarında konsertlər verib, Azərbaycan musiqisini amerikalılara sevdirməyə çalışır.

Evi sanki musiqi alətləri muzeydir. Dəfələrlə milli musiqi nümunələrindən ibarət zövqlə qablaşdırılmış bir neçə disk buraxdırıb. Qapağının altında da Azərbaycan mədəniyyətindən, musiqi tarixindən bəhs olununan ingilis dilli kitabçalar. Neçə illərdir ki, o, ərsəyə gətirdiyi həmin diskləri təmənnasız olaraq amerikalılara hədiyyə edir...

Azərbaycan dilində Təbriz-Naxçıvan ləhcəsi ilə danışan bu insan, ingilis, alman, fars, ərəb, özbək, türkmən, rus dillərini mükəmməl bilir. Hazırda M.F.Axundovun pyeslərinin ingiliscəyə tərcüməsi ilə məşğuldur. Tezliklə həmin piyesləri kitab halında ictimaiyyətə təqdim etməyi planlaşdırır...

Ötən əsrin əvvəllərində işıq üzü görən “Molla Nəsrəddin” satirik jurnalının ilk buraxılışından sonuncuyadək bütün saylarını əldə edib. Həmin jurnallardakı karikaturaların üzərindəki sözləri ingiliscəyə tərcümə edərək albom-kitab çıxarmağı düşünür. İngilisdilli tələbələrə Azərbaycan-Türk dillərini tədris etməkdən ötrü yeni dərslik kitab ərsəyə gətirmək istəyir…

2003-cü ildə ABŞ-da yaşayan bir neçə azərbaycanlı soydaşımızla "Azərbaycan-Amerika Mədəniyyət və Təhsil Fondu"nu yaradaraq xeyli işlər görən Şahyar müəllim DAK-ın o vaxt Los Anceles ştatında keçirilən qurultayına Amerikada yaşayan azərbaycanlı soydaşlarımızın cəlb olunmasında böyük fəallıq göstərib…

Evində çox insanlar qonaq olub. Tanınan musiqiçilərdən Alim Qasımov, Çingiz Sadıqov, Munis Şərifov, Rəhman Əsədullahi, Cavid Təbrizli, Abbasqulu Nəcəfzadə, alimlərdən Cavad Heyət, Doktor Ənsari, şairlərdən xalq şairi Fikrət Qoca, Türkmən şairi İlyas Malayev və s.. 

Deyir ki,- "Ekalogiya və Təbii Sərvətlər naziri işləmiş Hüseynqulu Bağırov nazir təyin olunmamışdan bir müddət əvvəl, İndiana Universitetində ezamiyyətdə olarkən, mənim qonağım olub. Çox savadlı və intelektual ziyalı olduğunu xüsusi vurğulamaq istəyirəm"…

Son dəfə görüşümüz Bluminqton şəhərinin rəsm qalereyasında oldu. Bura bir növ həm də auksionu xatırladırdı. Nümaiş etdirilən rəsmlər satışa çıxarılır, şəhərin elit təbəqəsinin nümayəndələri onları qiymətləndirir, daha çox pul verən isə istədiyi rəsmə yiyələnə bilirdi. Şahyar müəllim isə bu fürsətdən Azərbaycan musiqisinin təbliği naminə istifadə edərək, rəhbəri olduğu “İpək yolu” ansamblının İndiana Universitetinin incəsənət sarayında verəcəyi konsertə dəvətnamələr paylayırdı...

Bəli, ABŞ-ın İndiana ştatının Bluminqton şəhərində Azərbaycandan gələcək hər bir adamın üzünə qapıları açıq olan bir ev vardır- bütöv Azərbaycan sevdalısı Şahyar Danişgərin evi…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək 28 May 2020, 10:51 Türkiyə səfirliyi Azərbaycanı Respublika günü münasibətilə təbrik edib 28 May 2020, 10:45 Las Veqas, Honolulu və Monterey şəhərlərində “Azərbaycan Milli Günü” elan edilib 28 May 2020, 10:37 Ağdaşda bir tondan çox narkotik məhv edildi  28 May 2020, 10:28 Bakıda 40 yaşlı kişi ürəyindən bıçaqlandı 28 May 2020, 10:16 Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yeni korpusu açıldı - FOTOLAR 28 May 2020, 10:08 Mayk Pompeodan Azərbaycan xalqına Respublika günü TƏBRİKİ 28 May 2020, 09:59 Məhəmməd Əmin Rəsulzadədən yadigar qalan tar - Cümhuriyyətin yaşıdı... 28 May 2020, 09:46 28 may Respublika günüdür! 28 May 2020, 09:32 Atəşkəs 23 dəfə pozulub 28 May 2020, 09:23 Milli dövlətçilik tariximizin qürur mənbəyi: Azərbaycan Xalq Cümhuriyyəti 28 May 2020, 09:12 ABŞ uyğur türkləri ilə bağlı QƏRAR VERDİ – Çinə sanksiyalar tətbiq olunacaq 28 May 2020, 09:09 Azərbaycanlı həkim həyəcan təbili çaldı: “Karantin davranışları sərtləşdirilməlidir, əks halda…” - MÜRACİƏT 28 May 2020, 09:06 Fransada silahlı şəxs 3 nəfəri öldürdü 28 May 2020, 08:57 Hollandiyanın Bakıdakı səfiri: “Azərbaycan islahatları davam etdirməlidir” - MÜSAHİBƏ 28 May 2020, 08:46 Sosial məsafəyə görə təyyarədə dava düşdü 28 May 2020, 00:53 Gürcüstandan daha 30 nəfər Azərbaycana təxliyə edildi 28 May 2020, 00:42 Türkiyəyə meteorit düşdü - VİDEO 28 May 2020, 00:27 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi 28 May 2020, 00:12 Şərqin ilk demokratik respublikası: 102 il öncə verilən tarixi qərar 28 May 2020, 00:01 Abşeronda yanğın oldu 27 May 2020, 23:53 Bakıda qayın yeznəsini bıçaqladı 27 May 2020, 23:41 İstanbul rəmzləri Azərbaycan bayrağı rəngləri ilə işıqlandırıldı - FOTO 27 May 2020, 23:24 Cəlilabadda xəsarət alanların kimliyi bilindi 27 May 2020, 23:11 Koronavirus peyvəndi ilin sonunadək hazır olacaq - İDDİA 27 May 2020, 22:58 Karantin rejiminin müddəti iyunun 14-dək uzadıldı 27 May 2020, 22:44 İcra başçısı  Şəmkir  maşın kanalına baxış keçirdi - FOTO 27 May 2020, 22:32 Bakıda avtomobil maneəyə çırpıldı: xəsarət alanlar var 27 May 2020, 22:19 Bu ölkədə COVİD-19 qurbanlarının sayı 37 460-ya çatıb 27 May 2020, 22:01 Türkiyə İdlibdə şəhid verdi 27 May 2020, 21:48 Tovuzda gənc oğlanın bilək damarı kəsilib 27 May 2020, 21:40 Türkiyədə koronavirusa yoluxanların sayı yenidən artdı 27 May 2020, 21:27 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA 27 May 2020, 21:14 “AİHM-in qərarı erməni “təbliğat maşını”nın növbəti fiaskosudur” - Azay Quliyev 27 May 2020, 20:57 Tramp qoşunların Əfqanıstandan çıxarılmasını istəyir 27 May 2020, 20:41