Modern.az

Fuad Abbasovun işindən nə xəbər var...

Fuad Abbasovun işindən nə xəbər var...

30 May 2019, 12:21

“Rusiyada saxlanılan azərbaycanlı jurnalist Fuad Abbasovla bağlı vəziyyət olduğu kimi qalır, hazırda apellyasiya şikayətinə baxılmasını gözləyirik”.

Bunu Modern.az-a açıqlamasında F.Abbasovun hüquqlarını müdafiə edən vəkil Elman Paşayev bildirib.

Müvəkkililə görüşdüyünü bildirən hüquq müdafiəçisi, onun səhhətinin normal olduğunu deyib:

“Hər şey çox yaxşıdır, saxlanma şəraitilə bağlı heç bir şikayəti yoxdur”.

Qeyd edək ki, Ximki şəhər məhkəməsinin Fuad Abbasovun deportasiyasına dair qərarından Moskva vilayət məhkəməsinə apellyasiya şikayəti verilib.

Xatırladaq ki, azərbaycanlı jurnalist və bloger Fuad Abbasov bu il mayın 16-da Ximki şəhərində miqrasiya qanunvericiliyini pozmaqda ittiham olunaraq saxlanılıb. Hazırda jurnalist Korolyovdakı xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzindədir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır