Arxiv
5 İyul 2021, 10:57 | MƏDƏNİYYƏT
5 iyul tarixi Nəsib bəy Yusifbəylinin GÜNÜDÜR

5 iyul tarixi Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli dövlət xadimi, maarifçi, publisist Nəsib bəy Yusifbəylinin doğum günüdür.

Yusifbəyli (Yusifbəyov, Usubbəyov) Nəsib bəy Yusif oğlu - 1881- ci il iyulun 5-də ziyalı ailəsində anadan olub. 1920-ci il may ayının 31-də bir cox Cümhuriyyət qurucuları kimi qətlə yetirilib. Amma bəzi mənbələrdə bu tarix də şübhə altına alınır.

Nəsib bəy Yusifbəyli Azərbaycanın görkəmli dövlət və siyasi xadimi, Azərbaycan Cümhuriyyətinin banilərindən və Azərbaycan Cümhuriyyətinin hökumət başçılarından biri idi.

Gəncə klassik gimnaziyasını bitirmiş, 1902-ci ildə Odessa Universitetinin hüquq fakültəsində təhsil almışdı.

N.Yusifbəyli Azərbaycan Cumhuriyyəti ”İstiqlal bəyannamə"sini imzalayanlardan və müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olub.

Azərbaycan Cumhuriyyəti qurulduqdan sonra Fətəli xan Xoyskinin təşkil etdiyi 1-ci hökumət kabinəsində N.Yusifbəyli maliyyə və xalq maarifi naziri vəzifəsini, Xoyskinin 2-ci və 3-cü hökumət kabinələrində də xalq maarifi və dini etiqad naziri vəzifələrini tutmuşdu.

Xalq maarifi nazirliyinin həyata keçirdiyi ilk tədbirlərdən biri Azərbaycan dilinin dövlət dili elan edilməsi olub. Bu vəzifəni həyata keçirmək üçün isə təhsil sistemini milli zəmin üzərində tamamilə yenidən qurmaq və Azərbaycan dilini mükəmməl bilən ixtisaslı milli kadrlar yetişdirmək tələb olunurdu. Məhz buna görə N.Yusifbəylinin təqdimatı ilə hökumət 1918-ci il avqustun 28-də Azərbaycan məktəblərinin milliləşdirilməsi haqqında qərar qəbul etmişdi. Xalq Maarifi Nazirliyinin səyləri nəticəsində artıq 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 637 ibtidai və 23 orta ixtisas təhsili məktəbi fəaliyyət göstərmişdi. 

1919-cu ildə 4-cü hökumət kabinetinin təşkili Yusifbəyliyə tapşırılmış və aprelin 14-də elan olunan tərkibdə o, baş nazir vəzifəsindən əlavə, daxili işlər naziri vəzifəsini də tutmuşdu. 

Yusifbəyli hökumətinin qəbul etdiyi son qərarlardan biri hərbi ordenlərin, milli himnin, dövlət gerbi və möhürü layihələrinin hazırlanması haqqında 1920-ci il 30 yanvar tarixli qərar olmuşdu. 

Azərbaycan Cümhuriyyəti Hökuməti öz planlarını axıra qədər həyata keçirə bilmədi. Diplomatik əlaqə yaratmaq haqqında Azərbaycan hökumətinin bütün təkliflərini cavabsız qoyan sovet Rusiyası tərəfindən təhlükənin artdığı və işğal üçün zəmin hazırlayan daxili qüvvələrin fəallaşdığı şəraitdə Yusifbəylinin başçılıq etdiyi hökumət 1920-ci il martın 30-da istefa verməyə məcbur oldu. Məmməd Həsən Hacınskinin isə yeni hökumət (6-cı kabinə) təşkil etmək cəhdi uğursuzluqla nəticələndi.

1920-ci il aprelin sonlarında sovet Rusiyasının beynəlxalq hüquq normalarını kobudcasına tapdalayan hərbi müdaxiləsi nəticəsində XI qızıl ordu hissələri Paris Sülh Konfransının (1919-1920) iştirakçısı olan dövlətlər tərəfindən tanınmış müstəqil Azərbaycan dövlətini - Azərbaycan Cümhuriyyətini devirdi və ərazisi işğal olundu. 

Bakının XI qızıl ordu tərəfindən işğalından sonra təqibdən yaxa qurtarmaq məqsədilə şəhəri tərk edən Yusifbəyli yolda –Kürdəmir yaxınlığndakı stansiyada faciəli surətdə qətlə yetirildi. Qəbri naməlumdur.

Bəzi erməni qaynaqlarında onun da "Nemezis" qisas planı çərçivəsində terror yolu ilə aradan götürüldüyü iddia olunur.

Nəsib bəyin birinci xanımı Şəfiqə Qaspralı xatirələrində yazırdı:

“Şəhadəti haqqında bir neçə rəvayət var. Biri Kür çayı sahilində Əyricə kəndinin sakinləri tərəfindən Bakı milyonçularından zənn edilərək öldürülməsidir. Bu rəvayəti burada mənə Qarxunlu Əşrəf adlı bir şəxs söyləmişdi. Başqa rəvayətə görə, yenə Kür sahilindəki bir kənddə, əvvəlcədən hazırlanmış evdə gecələyibmiş. Salla nəhrin qarşı tərəfinə keçməli imiş. Bərk tələsir, səbirsizlik göstərirmiş. Nəhayət, sal hazırlanmış, gecənin qaranlığında yola çıxmışlar. Amma çayın o biri sahilində dayananlar salı görməmişdilər. Üçüncü rəvayət də cinayətin elə Qarxunlu Əşrəfin öz əli ilə törədilməsidir. Amma bunların hamısı sadəcə söz-söhbətdir. Yeganə doğru olan şey yalnız Kürdəmirə sağ-salamat çatması haqqında aldığım o kiçik məktubdur. Başqa bir xəbər də eşitmişəm. Guya böyük qardaşı gedib o yerləri axtarıb, hətta məzarını da tapıb. Amma həmin məlumatın doğruluğu ilə bağlı şübhələrim çox böyükdür”.

Azərbaycanən Macarıstandakı səfiri, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Vilayət Quliyev Nəsib bəy Yusifbəyli ilə bağlı araşdırmalarında yazır ki, Türk kommunisti Mustafa Sübhinin 1920-ci ilin mayında, Gəncə üsyanının başlanmasından təxminən iki həftə əvvəl Qafqaz Cəbhəsi Hərbi-İnqilab Şurasının sədri S.Orconikidzeyə göndrədiyi "Gəncəyə səfərimin nəticələri haqqında məruzə" adlı sənəd Nəsib bəyin sağ-salamat Kürün sağ sahilinə keçdiyini və Gəncə üsyanına hazırlıq işləri ilə məşğul olduğunu düşünməyə əsas verir.

"Onun məlumatına görə, 100 il əvvəl təxminən bu tarixlərdə keçmiş baş nazir Nəsib bəy Usubbəyov, Gəncə general-qubernatoru Əmir xan Xoyski, keçmiş daxili işlər naziri Mustafa bəy Vəkilov, Nuru Paşa, üsyan rəhbərlərindən polkovnik Cahangir bəy Kazımbəyov Samuxda, zəngin torpaq sahibi Şahmalıyevlərin mülkündə görüşərək, üsyana hazırlıqla bağlı məsələləri müzakirə etmişdilər.

Mühacirət dövründə Gəncə üsyanı ilə bağlı xatirələrini qələmə alan polkovnik Cahangir bəy Kazımbəyov bu barədə heç nə yazmır.

Nəsib bəyin birinci xanımı Şəfiqə  iddia edir ki, üsyanın məğlubiyyətindən sonra Gürcüstana keçməyə müvəffəq olan Mustafa bəy Vəkilov Tiflis bankında Nəsib bəyin hesabındakı bütün pulları götürərək mənimsəyib. Yəni onun artıq həyatda olmadığını dəqiq bildiyi üçün bu addımı atıb.

Məncə başqa ehtimallar kimi, Nəsib bəyin Gəncə üsyanı zamanı öldürülməsi versiyasında da müəyyən həqiqət payı ola bilər".

Nəsib bəy harada, nə zaman, necə şəraitdə öldürülmüşdü?

Ehtimallar çox olsa da, dəqiq cavab hələ də yoxdur...


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Beyrutda 19 nəfər saxlanıldı 16 Oktyabr 2021, 00:52 İranın Baş Qərargah rəisi Moskvaya gedir 16 Oktyabr 2021, 00:33 Gəncədə prorektor öldü 16 Oktyabr 2021, 00:08 Türkiyənin koronavirus statistikası 15 Oktyabr 2021, 23:55 "Qarabağ"ın futbolçusu Krımda evlənir- FOTOLAR 15 Oktyabr 2021, 23:25 Rusiya həbsxanasında qiyam 15 Oktyabr 2021, 23:07 AFFA-dan məşhur serialla bağlı AÇIQLAMA 15 Oktyabr 2021, 22:45 Rusiyaya qanunsuz geyim keçirmək İSTƏDİLƏR   15 Oktyabr 2021, 22:40 "Biz"ə MÜKAFAT verildi 15 Oktyabr 2021, 22:27 Pentaqon rəhbəri Zelenski və Qaribaşvili ilə görüşəcək 15 Oktyabr 2021, 22:17 İtaliyada COVID sertifikatlarına ETİRAZ 15 Oktyabr 2021, 22:08 Üç ölkə parlament komissiyalarının İCLASI 15 Oktyabr 2021, 21:51 Komitə sədri: “Radikal qruplaşmaların asayişi pozmaq imkanları sıfırdan aşağıdır” 15 Oktyabr 2021, 21:38 Ölkəmizdə “Formula-1”  bu tarixlərdə keçiriləcək 15 Oktyabr 2021, 21:27 Nərimanovda intihara CƏHD 15 Oktyabr 2021, 21:09 Ermənistan YALAN məlumat yayıb 15 Oktyabr 2021, 20:54 Polşa Türkiyədən yeni silahlar alacaq 15 Oktyabr 2021, 20:34 Onların Azərbaycana giriş-çıxışına İCAZƏ VERİLDİ 15 Oktyabr 2021, 20:18 Türkiyədə 2 terrorçu zərərsizləşdirildi 15 Oktyabr 2021, 20:09 İlham Əliyev Müstəqillik Günü haqqında qanunu TƏSDİQLƏDİ 15 Oktyabr 2021, 19:52 Güneydəki həbslərlə bağlı BƏYANAT 15 Oktyabr 2021, 19:51 ABŞ səfiri Fərid Qayıbovla görüşdü 15 Oktyabr 2021, 19:41 Ceyhun Bayramov fransızlara Ermənistanın cinayətlərindən DANIŞDI 15 Oktyabr 2021, 19:28 Azərbaycandan Gürcüstana gedənlər ARTIB 15 Oktyabr 2021, 19:17 Britaniyalı deputat bıçaqlandı 15 Oktyabr 2021, 19:12 Ağdamda yeni mərkəz açıldı 15 Oktyabr 2021, 19:00 Bu şəxslər daha 5 il vergi və gömrük rüsumu ödəməyəcək  15 Oktyabr 2021, 18:52 Qanunsuz ov edən cəzalandırıldı 15 Oktyabr 2021, 18:45 Hərbi sirr kimi gizlədilən telekanal REYTİNQLƏRİ 15 Oktyabr 2021, 18:38 Müdafiə Nazirliyi MAXE qəbulu elan etdi 15 Oktyabr 2021, 18:22 BMT Baş katibinin müavini Fuad Hüseynova təşəkkür etdi 15 Oktyabr 2021, 18:15 Rusiyadan gətirilən 67 ton kartof məhv edildi 15 Oktyabr 2021, 18:07 Telman İsmayılov Rusiyaya ekstradisiya olunacaq... 15 Oktyabr 2021, 18:01 Xarici valyutaların üç günlük MƏZƏNNƏSİ 15 Oktyabr 2021, 17:55 Noyabrda 10 gün iş olmayacaq 15 Oktyabr 2021, 17:50