Modern.az

Dinşünas oruc tutmağı bir heyvanın digərini ovlaması ilə müqayisə etdi 

Dinşünas oruc tutmağı bir heyvanın digərini ovlaması ilə müqayisə etdi 

1 İyun 2019, 17:13

İslama görə, oruc tutulması məsələsində qadınla kişiyə heç bir fərq qoyulmur.

 

Bu haqda Modern.az-a dinşünas alim Sabirə Dünyamalıyeva bildirib. O qeyd edib ki, orucluq orqanizmi təzələmək üçündür.

 

“Yapon alimi təsdiq edib ki, orucluq insan sağlamlığı üçün çox vacib amildir. Buna misal olaraq təbiətdə ac heyvanların ova çıxmasını göstərib. Ac heyvanlar ovunun arxasınca qaçanda təbii ki, ən zəif, xəstə olan ovunu tuta bilir. Məhz orucluq da belədir. Gün ərzində insanın ac olan hüceyrələri yanındakı xəstə hüceyrəni yeməyə başlayır. Beləcə insan orqanizmi yenilənir”-deyə S.Dünyamalıyeva qeyd edib.

 

O söyləyib ki, bunu sübüt edən alim Nobel mükafatı alıb.

 

“Buna görə də orucluğun qadın və ya kişi arasındakı fərqi çox məntiqsiz bir fikirdir. İslamda qadın və kişi arasında fərq qoyulmur. Lakin qadınları qorumaq kişilərə tapşırılıb. Qadın kişiyə Allahın əmanəti sayılır”.

 

Nuranə DAXİLQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi