Arxiv
3 İyun 2019, 08:19 | DİASPOR
Amerikada Azərbaycan təşkilatına 1 milyon dollarlıq bina alan azərbaycanlı

Bu gün Azərbaycan xalqının böyük oğlu Şapur Ənsarinin doğum günüdür

O da Azərbaycanın bütövlüyünü arzulayan aydınlarımızdan biridir. Böyük Azərbaycan sevdalısıdır. Bütün varlığı ilə Azərbaycana, millətinə bağlı adamdır…

Əsilzadələrə xas olan mədəniyyəti, kübar davranışı, iti zəkası ilə minlərlə insanın rəğbətini qazanıb. Onunla həmsöhbət olarkən azərbaycanlı olduğundan mənəvi zövq alırsan…

Əlli altı ildir ki, ABŞ-da yaşayır. Buna baxmayaraq, fikir və düşüncələrini ana dilində səlist, mükəmməl ifadə edə bilir…

Bəli, o da kifayət qədər maddi imkanı geniş olan yüzlərlə soydaşımızdan biridir, amma maddi imkanlarını milli mənəvi dəyərlərin təbliğinə xərcləməyi bacaran nadir insanlardandır…

Cəsarətli ziyalıdır. 2015-ci ildə BMT-nin İnsan Hüquqları Komissiyasının iclasında geniş nitq söyləyib. Təqiblərdən qorxmayaraq çıxışında cənubda yaşayan azərbaycanlıların haqlarının İran dövləti tərəfindən kobudcasına pozulduğunu kəskin tənqid edib və bu problemi dünya ictimaiyyətinin nəzərinə çatdırıb...


1999-cu ildə öz şəxsi hesabından 1 milyon dollar ödəyərək, ABŞ-dakı Amerika-Azərbaycan Ticarət Palatası üçün bina alıb. Üç rəngli bayrağımız bu gün də həmin binanın üstündə dalğalanır…


O, 1997-ci ildə xalq artisti, məşhur pianoçu Çingiz Sadıqovun müşayiəti ilə Fidan və Xuraman bacılarının ABŞ-da konsertini təşkil edib və ABŞ-ın nüfuzlu orkestrlərindən birini kirayələməklə konsertin bütün maliyyə xərclərini özü ödəyib…

Azərbaycanda bir-neçə dəfə olub. Heç vaxt da əliboş getməyib. ABŞ-da müasir texnologiyalara uyğun, yüksək keyfiyyətli, 10 min tirajla audio disk buraxdıraraq, Bülbülün 100 illiyi münasibəti ilə Bakıda təşkil olunan yubiley tədbirinə hədiyyə edib…

O, 1974-cü ildə ABŞ-ın Miçiqan ştatı, Monro şəhərində yaratdığı özəl xəstəxananı 1994-cü ildən qocalar evinə çevirib və məhz onun maddi imkanları hesabına orada ahıl yaşlı insanların yaşaması ilə yanaşı, müalicəsi də yüksək səviyyədə təmin olunur. Qırx nəfərlik xidməti personalı olan həmin qocalar evi iki dəfə Miçiqan ştatında birinci yerə çıxıb…

Bu siyahını uzatmaq da olar, amma onun xeyirxah əməlləri saymaqla tükənməz. Kim bilir, Allahla öz arasında sirr kimi qalan neçə-neçə xeyirxah əməlləri vardır...

Yaş fərqlərinə baxmayaraq Cavad Heyətlə uzun illər dostluq edib və dostunun fəaliyyətinə də biganə qalmayıb, dəfələrlə maddi dəstək göstərib…

Deyir ki, - “Doktor Cavad Heyətlə bizi bir-birimizə bağlayan Azərbaycan sevgisi olub. O da mənim kimi Azərbaycan aşiqi idi. Doktor ömrünün son illərində Azərbaycanda tez-tez olurdu. Heydər Əliyevlə dostluq əlaqələri var idi. Heydər Əliyev ona çox həssas yanaşırdı. Hətta onun tapşırığı ilə Cavadın Bakıda yaşamasına şərait də yaratmışdılar. Bakıya səfərlərimin birində ona təklif etdim ki, Əbülfəz Elçibəylə görüşüb, onu ziyarət edək. O vaxt Elçibəy Kələkidən Bakıya təzə gəlmişdi. Cavad dedi ki, birdən bizim bu ziyarətimiz yaxşı qarşılanmaz. Doğrusu, nə mən, nə də o, Elçibəyi yaxından tanıyırdıq. Amma İran dövlətinin azərbaycanlılara qarşı ögey münasibətini tənqid etməsi, onların hüquqlarının pozulması haqqında dedikləri çox xoşuma gəlmişdi. Dedim, narahat olma, heç nə deməzlər, o da Azərbaycan tarixinin bir parçasıdır. Nədənsə razılaşmadı, özüm gedib Elçibəylə görüşdüm”...

Heydər Əliyev ilk dəfə ABŞ-da olarkən onun Vaşinqtonda, Çikaqoda Azərbaycan diasporu ilə keçirilən görüşlərində yaxından iştirak edib, onunla şəxsən görüşə bilib...

Deyir ki, - “Heydər Əliyevə həmişə rəğbətim olub. Hələ sovet dönəmində Moskvada işləyərkən onun varlığından qürur duyurdum. Fəxr edirdim ki, SSRİ kimi nəhəng bir dövlətin başında duran insanlardan biri də Azərbaycan oğludur”...


O vaxt Azərbaycanın ABŞ-da səlahiyyətli səfiri olmuş Hafiz Paşayevlə bu gün də dostluq əlaqələrini saxlamaqdadır. “Hafiz müəllim yüksək intilektə malik, sözün əsl mənasında ziyalı, insanpərvər, işıqlı şəxsiyyətlərdəndir. Çox şadam ki, “Bir səfirin monifesti” kitabında mənə də yer ayırıb”, - söyləyir...


Haqqında söhbət açdığım bu xeyirxah insan - ABŞ-da çox məşhur ürək cərrahı, professor Şapur Ənsaridir. Onunla ABŞ-ın Bloomfield Hill şəhərindəki evində - Xalq artisti, muğam ustası Alim Qasımovun üç il bundan öncə ABŞ-a səfəri zamanı, xalq artistinin gəlişi şərəfinə düzənlədiyi ziyafətdə tanış olduq. ABŞ-da yaşayan əllidən çox azərbaycanlının iştirak etdiyi bu məclisə məni də dəvət etmişdi. Dostluğumuz bu gün də davam edir...


O, 1936-cı ildə, iyunun 2-də Cənubi Azərbaycanın Marağa şəhərində mülkədar ailəsində dünyaya gəlib. 

1956-1963-cü illərdə Tehran Tibb Universitetində ali təhsil alıb. 1963-cü ildə İranda ABŞ-ın səfirliyində təşkil olunmuş müsabiqədən uğurla keçərək, bu ölkəyə dəvət alıb. 1963-1968-ci illərdə ABŞ-ın Veysteti Tibb Universitetində ürək cərrahı ixtisasına yiyələnib. 1968-1971-ci illərdə Vaşinqtonda Corc Taun Universitetində təhsilini davam etdirib. 1971-ci ildə Miçiqan ştatının Monro şəhərinə dəvət almaqla həmin şəhərin iki böyük xəstəxanasında həkim-cərrah kimi çalışıb. Tezliklə kardiologiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1980-ci ilədək həmin vəzifədə işləyib.

1980-ci ildə Kanadaya dəvət alaraq bir il orada cərrah kimi fəaliyyət göstərib. 1981-ci ildə Vesqansen ştatının Mirvaki şəhər xəstəxanasında dünyaca məşhur amerikalı ürək-damar cərrahları ilə birlikdə beş il ürək damarlarının dəyişdirilməsi ilə məşğul olub və cərrahiyənin bu sahəsinə mükəmməl yiyələnib. O vaxta qədər dünya səhiyyəsində yalnız həmin xəstəxanada ürək damarlarını dəyişdirə bilirmişlər. Beləliklə o, ABŞ-da bu əməliyyatı apara bilən beş cərrahdan biri olur. 

1986-1989-cu illərdə Ohayo ştatında çalışır. 

1989-cu ildə İran İslam Respublikasına dəvət alır, iki il ərzində orada bir neçə mütəxəssis yetişdirməklə ürək damarlarının dəyişdirilməsi cərrahiyə əməliyyatlarının təməlini qoyur. 
1992-ci ildə yenidən ABŞ-a qayıdaraq Miçiqan ştatında çalışır. Ötən bu müddət ərzində o, elmi fəaliyyətlə də məşğul olub, ABŞ-ın müxtəlif universitetlərində bu elmin sirlərini tədris edib, tibb elməri doktoru, professordur…

Deyir ki, - “İran Azərbaycanında doğulsam da, özümü müstəqil Azərbaycanın bir parçası sayıram. Çünki azaddır, millətimin dili dövlət dilidir, insanları ana dilimizdə məktəbə gedir, bu dildə danışır. Harada olsam, hansı mühitə düşsəm də Azərbaycanla fəxr edirəm, azərbaycanlı olduğumdan qürur duyuram”...

Bu gün böyük azərbaycanlı Şapur Ənsarinin doğum günüdür. Onu bu münasibətlə təbrik edir, Ona möhkəm can sağlığı, ağrı-acısız günlər arzulayırıq.

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müəllimlərin işə qəbulu üzrə müsabiqə başladı 20 İyun 2019, 11:18 Əmək pensiyaları ARTIRILIR 20 İyun 2019, 11:16 Əsl ağdamlı Qara qayanın suyunu içməli və… 20 İyun 2019, 11:15 Bakı və Yerevan Vaşinqtona hansı gündəliklə gedir? - Rusiyalı ekspertin ŞƏRHİ 20 İyun 2019, 11:10 Bakı Ali Neft Məktəbinin startapı 2-ci oldu 20 İyun 2019, 11:07 Qərbi Kaspi Universiteti Daşkənd Dövlət İqtisad Universiteti ilə əməkdaşlığa başlayır 20 İyun 2019, 11:05 Ağcabədidə ölmüş heyvan cəmdəyini satmaq istədilər... 20 İyun 2019, 10:59 Məmur olmaq istəyənlər imtahana çəkilir 20 İyun 2019, 10:51 Qubanın ucqar kəndində  dərs deyən müəllim - VİDEO 20 İyun 2019, 10:47 İyunda 11 nəfəri ilan sancıb 20 İyun 2019, 10:37 Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı saxlanıldı 20 İyun 2019, 10:30 Deputat Rüstəm Xəlilov seçicilərin problemlərini dinlədi 20 İyun 2019, 10:26 Bakıda mövsümi meyvələrin qiyməti “od tutub yanır” - Rusiyaya aparılır... 20 İyun 2019, 10:20 Novruz Məmmədov xidməti heyətin maaşlarını artırdı 20 İyun 2019, 10:01 Sabahdan II Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək 82 idmançı kimlərdir? - SİYAHI 20 İyun 2019, 10:00 Partiyaların bağlanması haqda məlumatlar dövlət reyestrinə daxil ediləcək - QƏRAR 20 İyun 2019, 09:58 UNEC-də dövlət müəssisələrinin korporativ idarə edilməsinin əsas istiqamətləri müzakirə olundu 20 İyun 2019, 09:50 Polisin axtardığı qız tapıldı - “70 yaşlı kişiyə ərə verirdilər, evdən qaçdım” - VİDEO 20 İyun 2019, 09:49 “Münaqişədən daha çox ziyan görən erməni icmasıdır” – Gəncəliyevdən BƏYANAT 20 İyun 2019, 09:48 Uşaqlarda nitq PROBLEMİ – daha çox oğlanlarda olur… 20 İyun 2019, 09:44 Baş nazir qurumların siyahısında dəyişiklik etdi 20 İyun 2019, 09:36 Ermənilər iriçaplı silahlarla mövqelərimizi atəşə tutdu 20 İyun 2019, 09:34 İran ABŞ-ın pilotsuz aparatını vurdu 20 İyun 2019, 09:04 ABŞ Dövlət katibinin müavini Qarabağ münaqişəsi barədə məlumatlandırıldı 20 İyun 2019, 08:19 Məmmədyarov həmsədrlərlə görüşdü 20 İyun 2019, 08:13 Adını “Forbes” jurnalında görmək istəyən sumqayıtlı məktəbli 20 İyun 2019, 08:09 Toğrul Əsgərov millinin heyətindən kənarlaşdırıldı 20 İyun 2019, 00:54 ABŞ-dan Rusiyaya qarşı yeni sanksiya 20 İyun 2019, 00:42 Mingəçevir su anbarı yaxınlığındakı yanğın söndürüldü - Yenilənib 20 İyun 2019, 00:17 “Böyük inflyasiya təzyiqləri görmürük” - Samir Şərifov 20 İyun 2019, 00:01 Azərbaycan nefti bahalaşdı 19 İyun 2019, 23:45 Bakıda yeniyetmə bədbəxt hadisənin qurbanı oldu 19 İyun 2019, 23:31 Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlara baş çəkdi -  FOTO 19 İyun 2019, 23:17 Bolqarıstan parlamentinin sədri Bakıda 19 İyun 2019, 23:00 FED uçot dərəcəsi ilə bağlı qərarını açıqladı 19 İyun 2019, 22:46