Arxiv
4 İyun 2019, 11:00 | HADİSƏ
“4 iyun hadisələri” və qiyamçı Surət Hüseynov

Bu gün 1993-cü ildə baş vermiş “4 iyun Sürət Hüseynov qiyamı”nın 26 ili tamam olur.

 

Modern.az saytı xəbər verir ki, “4 iyun hadisələri” illər keçdikcə, yenə də müzakirə obyektidir. 

1993-cü ilin 4 iyununda Gəncədə Azərbaycan ordusunun o vaxtkı korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. O zamankı korpus komandiri Surət Hüseynovun nəzarətində olan  709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı hökumətin həyata keçirdiyi  əməliyyat uğursuzluqla nəticələndi. Məlum hadisə nəticəsində qiyamçı hərbi qüvvələrlə hökumət qüvvələri arasındakı toqquşmada ümumilikdə  35 nəfər həlak olub.


“Gəncə hadisələri” kimi tarixə düşən 4 iyun olayı Azərbaycanda Elçibəy hakimiyyətinin yıxılması ilə nəticələnib.


Hələ 1993-cü ilin fevralında prezident Əbülfəz Elçibəy 709 saylı hərbi hissənin ləğvi haqqında sərəncam vermişdi. Ancaq bu sərəncamı həmin hissəyə faktiki rəhbərlik edən Sürət Hüseynov icra etməkdən imtina etmişdi.

O, nəinki sərəncamda qeyd edildiyinin əksinə olaraq Yevlax Yun Zavoduna rəhbərlik etməyə getmədi, üstəlik Kəlbəcərin işğalından sonra, prezidenti həmin hərbi hissənin bərpasına inandıra bildi. 

Şahidlərin sözlərinə görə, Sürət Hüseynov Elçibəyə demişdi ki, əgər Qarabağda komandanlıq ona verilməsə və 709 saylı hərbi hissə bərpa edilməsə, ermənilər Gəncəni tutacaq. Prezident Gəncənin müdafiəsi və Sürət Hüseynovu neytrallaşdırmaq məqsədi ilə bu sərəncamı verdi. Sürət Hüseynovun yaxın adamlarından biri həmin hissəyə komandir təyin edildi…


Ancaq bu sərəncamdan heç bir ay keçməmiş Sürət Hüseynov prezidentə yazılı ultimatum göndərərək onu tanımadığını açıqca bəyan etdi…


Prezident 709 saylı hərbi hissənin rəhbərliyinin dəyişdirilməsi və onun Ağcabədi rayonuna köçürülməsi haqqında yeni bir sərəncam verdi. Gəncədə bu sərəncamı da yerinə yetirməkdən imtina etdilər, üstəlik ora gələn hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri girov götürüldülər.

Şahidlərin deməsinə görə, 709 saylı hərbi hissəyə silahlarının «maqazin»lərini təhvil verib geri qayıtmaq istəyən Prezident Qvardiyasının komandiri və 18 əsgər avtobusdaca gülləbaran edildi. Bu isə Azərbaycanın həmin vaxt qüvvədə olan qanunvericiliyinə görə hakimiyyəti zorla ələ alma və ya saxlama - yəni bir sözlə qiyam adlandırılırdı.


Azərbaycan tarixinə qara ləkə kimi həkk olunan “4 iyun qiyamı”nın banisi, sonradan bir müddət Azərbaycanın baş naziri olan Surət Hüseynov bir neçə rayonumuzun işğal edilməsində günahkar bilinir.

 A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Parlament sabah iclas keçirəsi olmadı 27 İyun 2019, 14:23 Lombardlara müddətsiz lisenziya veriləcək 27 İyun 2019, 14:16 “BOKT-lar zəifləyib” – Komitə sədri 27 İyun 2019, 14:14 İşə düzəlməklə bağlı DƏYİŞİKLİKLƏR 27 İyun 2019, 14:05 Milli Məclis kredit ittifaqları ilə bağlı qadağanı təsdiqlədi 27 İyun 2019, 13:55 Yol hərəkətinin nizamlanması üçün yeni nişanlar tətbiq olunacaq 27 İyun 2019, 13:50 Bakı ermənisi Kiyevin qubernatoru oldu 27 İyun 2019, 13:47 1 milyonluq saatı oğurlanan azərbaycanlının kimliyi bilindi 27 İyun 2019, 13:44 Sabah yağış yağacaq - HAVA PROQNOZU 27 İyun 2019, 13:34 May ayı üzrə bank sektorunun icmal göstəriciləri - RƏQƏMLƏR 27 İyun 2019, 13:28 Ermənistan Rusiyadan yeni silahlar alacaq 27 İyun 2019, 13:27 Təhsil müəssisələri ilə bağlı dövlət rüsumu müəyyənləşdi 27 İyun 2019, 13:17 Deputat Xəzərin sahilinin hasarlanmasını PİSLƏDİ: “Bir neçə ailənin ixtiyarına verilə bilməz” 27 İyun 2019, 13:14 Abdulla Gül yeni partiya yaradır – Ərdoğana növbəti rəqib gəlir 27 İyun 2019, 13:11 Azərbaycan daha bir beynəlxalq sənədə qoşuldu 27 İyun 2019, 13:02 Parlament minimum pensiyanın artırılmasına “HƏ” dedi 27 İyun 2019, 13:00 Tahir Kərimli deputatlarla bağlı çağırış etdi 27 İyun 2019, 12:57 Prezidentin təyyarəsindən 40 kiloqram narkotik çıxdı 27 İyun 2019, 12:54 “Gənc liderlər məktəbi”nin üzvləri mədəniyyət naziri ilə görüşüblər 27 İyun 2019, 12:54 Məhkəmə hakimlərinin də maaşı artırılır 27 İyun 2019, 12:45 Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalmayıb - RƏSMİ   27 İyun 2019, 12:39 Təqaüdçü deputatların pensiyası artacaq 27 İyun 2019, 12:35 Deputat maliyyə amnistisiyası elan etməyə çağırdı 27 İyun 2019, 12:26 Bu ilin büdcəsində dəyişiklik olacaq - Milli Məclis “HƏ” dedi 27 İyun 2019, 12:11 Parlament büdcənin icrası ilə bağlı sənədi 3-cü oxunuşda təsdiqlədi 27 İyun 2019, 12:08 Azərbaycanda turizm polisi yaradılacaq 27 İyun 2019, 12:03 Macarıstanda təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqləndi 27 İyun 2019, 11:57 Merkel yenə titrədi 27 İyun 2019, 11:56 MDB-də daha bir eks-prezident həbsə göndərilə bilər 27 İyun 2019, 11:54 20 nəfərin dönərdən zəhərlənməsinə görə cinayət işi başlandı 27 İyun 2019, 11:50 “Dünya irsi. Gənc Peşəkarlar Forumu” Qobustan qoruğunda davam edib 27 İyun 2019, 11:49 “Azərenerji” xəbərdarlıq video çarxı yaydı 27 İyun 2019, 11:43 İstixanadan 244 kiloqramlıq çətənə kolu aşkarlandı 27 İyun 2019, 11:40 Nazirlikdən XƏBƏRDARLIQ: 41 dərəcədən çox istidə bütün işlər dayandırılmalıdır 27 İyun 2019, 11:34 Fuad Abbasovun evini əlindən aldılar 27 İyun 2019, 11:31