Arxiv
4 İyun 2019, 13:59 | PARLAMENT
Mübariz Mənsimov Azərbaycana nə dərəcədə bağlıdır? - Deputat RƏYLƏRİ

Xarici ölkələrdə yaşayan azərbaycanlı iş adamları, varlı biznesmenlərə Azərbaycan ictimaiyyətində birmənalı münasibət yoxdur. Səbəb onların vətən üçün etdiklərinə bağlıdır.  Onlar arasında Azərbaycan üçün mühüm işlər görənlər də var, yalnız öz maraqlarını qoruyanlar da.


Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimov ölkəmizdə də yaxşı tanınır. “Palmali” Şirkətlər Qrupunun sahibi 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənclik illəri maddi baxımdan elə də əlverişli keçməsə də, M.Mənsimov 3 nəfər dostu ilə birlikdə balıqçı gəmisi kirayəyə götürərək, öz işini qurmağa başlayıb. Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən və illik dövriyyəsi 3 milyard dollar olan "Palmali" Şirkətlər Qrupunu isə 1998-ci ildə Türkiyəyə gətirib.

Məşhur milyarderin doğulub boya-başa çatdığı ölkəyə - Azərbaycana, öz xalqına nə dərəcədə can yandırdığını azərbaycanlı deputatların dilindən eşidək... Millət vəkilləri onu necə tanıyırlar?


Deputat Rasim Musabəyov Modern.az saytına xatırladıb ki, Mübariz Mənsimov Türkiyədə fəaliyyət göstərən azərbaycanlı biznesmen kimi işini qurub. O düşünür ki, M.Mənsimovun əsas işi biznesini inkişaf etdirmək, bu sahədə irəliləməyə çalışmaqdır:

“Yəni Azərbaycanı dünyaya tanıtmaq, Azərbaycan həqiqətlərini təbliğ etmək onun vəzifəsi deyil. Bu iş mətbuatımızın, Azərbaycan diasporunun üzərinə düşür. Ola bilər, Mübariz Mənsimov müəyyən humanitar layihələrlə azərbaycanlılara dəstək versin. Amma onun Azərbaycanı təbliği haqqında nə isə deməkdə çətinlik çəkirəm".



Deputat Fazil Mustafa
isə bu məsələ ilə bağlı konkret bir şəxsin simasında fikir bildirməkdə çətinlik çəkir:


“Konkret kimlərinsə fəaliyyətini qiymətləndirməyi düzgün hesab etmirəm. Çünki xaricdə yaşayan azərbaycanlılardan kimlərin hansı sahədə, hansı istiqamətdə işlər gördüyü barədə məlumatlı deyiləm. Mətbuatda çox zaman bu məqamların işıqlandırılması reklam xarakteri daşıyır. Ona görə, sözügedən mövzuda bilgi yetərsizliyi hiss edirəm. Amma hesab edirəm ki, xaricdə yaşayan hər hansı azərbaycanlının fəal olması müsbət addımdır. Humanitar məsələlərin, xaricədə təhsil alan azərbaycanlılarla bağlı layihələrin işlənməsi, hətta Azərbaycan cəmiyyətinə müəyyən mesajların ötürülməsi təqdirəlayiqdir.


Azərbaycanda diaspor işi bir qədər çətindir. Çünki kim irəli çıxırsa, xarici ölkədə hansısa addım atmağa çalışırsa, hər kəsdə bir növ şübhə elementi baş qaldırır. Hər kəsin əməlində hansısa mənfi xüsusiyyəti qabartmağa çalışırlar. Amma biz insanların, eləcə də xaricdə yaşayan azərbaycanlıların müsbət addımlarını, onların müsbət işlərini qabartmağa can atmalıyıq. Dediyim kimi, konkret məlumatım olmadan bir fərd haqqında fikir söyləyə bilmərəm. Amma ümumilikdə düşüncəm budur”.


Deputat Tahir Kərimli
isə Mübariz Mənsimovun humanitar addımlarını yüksək qiymətləndirir. O bildirib ki, “Palmali” şirkətinin rəhbəri xaricdə yaşasa da, Azərbaycanla nəfəs alır:


“Onun həm Türkiyədə yaşayan azərbaycanlılara dəstək olması, həm də ölkəmizdə bir çox insana əl tutması müsbət qiymətləndirilməlidir. Mübariz Mənsimov hətta Rusiyada azərbaycanlı jurnalist Fuad Abbasov təhqir olunanda da ona dəstək oldu. İnşa etdirdiyi gəmilərə azərbaycanlı liderlərin adlarını verir. O, həmçinin prezident İlham Əliyevin siyasətini də dəstəklədiyini dəfələrlə bəyan edib.

Mübariz Mənsimovu digər xaricdə yaşayan azərbaycanlılardan, diaspor nümayəndələrindən fərqləndirmək lazımdır. Məsələn, bu yaxınlarda “Rusiya neftinin atası” olan həmyerlimiz Fərman Salmanovun nəvəsi çıxış edərək, Vahid Ələkbərov və Rusiyada yaşayan digər həmyerlilərimizə müraciətini səsləndirdi. O, adlarını çəkdiyi azərbaycanlı biznesmenlərin Azərbaycanı Rusiyada təbliğ üçün iş görmədiyini diqqətə çatdırdı. Amma Mübariz Mənsimov həmin iş adamlarından seçilir. Dediyim kimi, o Azərbaycana bağlı insandır”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gürcü alimi erməni sürüsünün silsilə riyakarlığı barədə  20 Sentyabr 2020, 09:24 Koronavirusa ən yüksək yoluxma baş verən daha bir ölkə 20 Sentyabr 2020, 09:18 Bir “Əsrin müqaviləsi” kimi imzalandı, iki əsrin müqaviləsi oldu… 20 Sentyabr 2020, 09:14 Bakıda ağır QƏZA: “Mitsubishi” yol kənarındakı maneəyə çırpıldı 20 Sentyabr 2020, 09:08 Kosmik turizm başlayır... 20 Sentyabr 2020, 09:07 Bakının mərkəzində bina uçub - Sakinlərin harayına yetişən yoxdu – FOTO 20 Sentyabr 2020, 08:56 Abituriyentlərə XƏBƏRDARLIQ: Bu gün sonuncu gündür 20 Sentyabr 2020, 08:29 Prezident küçələrdən siqaret kötükləri topladı 20 Sentyabr 2020, 00:59 İsveçrə ATƏT-in sədrliyi postuna namizəd irəli sürməyib 20 Sentyabr 2020, 00:43 Trampa qarşı qəsdin qarşısı alındı 20 Sentyabr 2020, 00:26 “Əsrin müqaviləsi”nin 26 ili tamamlandı 20 Sentyabr 2020, 00:09 Qubada polis postu quruldu 19 Sentyabr 2020, 23:58 6 futbol hakimi koronavirusa yoluxdu 19 Sentyabr 2020, 23:42 Əfqanıstanda terror: 1 ölü, 5 yaralı 19 Sentyabr 2020, 23:31 Bakıda kürəkən qaynanasını avtomobillə vurdu 19 Sentyabr 2020, 23:17 Bombardmançı təyyarə dünya rekordu qırdı 19 Sentyabr 2020, 23:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 390 358 nəfərə çatıb 19 Sentyabr 2020, 22:47 FETÖ ilə əməkdaşlıqda şübhəli bilinənlər saxlanıldı 19 Sentyabr 2020, 22:33 “Sumqayıt” lider oldu 19 Sentyabr 2020, 22:17 Amur çayı daşdı: balıqlar şəhərdə üzür – VİDEO 19 Sentyabr 2020, 22:01 Gəncədə gənc oğlan bıçaqlanıb 19 Sentyabr 2020, 21:44 BDU professorun universitetə buraxılmamasının SƏBƏBİNİ AÇIQLADI 19 Sentyabr 2020, 21:30 Türkiyədə koronavirusdan sağalanların sayı 266 117-yə çatıb  19 Sentyabr 2020, 21:17 Mahir Abbaszadə seçicilərlə növbəti videoqəbul keçirib 19 Sentyabr 2020, 20:58 “Bu işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir” - Tural Gəncəliyev 19 Sentyabr 2020, 20:45 Qərbi Kaspi Universitetinin tələbələri Virtual Tələbə Uğur Forumuna qatılıb 19 Sentyabr 2020, 20:31 “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” - İlham Əliyev 19 Sentyabr 2020, 20:18 Yol qəzası mərkəzi prospektdə tıxac yaratdı 19 Sentyabr 2020, 20:01 Nazirlikdən intihar edən müəllimə başsağlığı: “Qeyri-dəqiq məlumatların təqdimatı təəssüf doğurur” 19 Sentyabr 2020, 19:36 Xuraman Şuşalı 100 min xərclədiyi evini satışa çıxardı - VİDEO 19 Sentyabr 2020, 19:25 BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB 19 Sentyabr 2020, 19:11 Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev 19 Sentyabr 2020, 19:03 Prezident Qarabağ barədə DANIŞDI: “Xalq bilməlidir nələr baş verir” 19 Sentyabr 2020, 18:28 Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı 19 Sentyabr 2020, 18:20 Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır" 19 Sentyabr 2020, 18:12