Modern.az

Sabiq prezident həbs olundu

Sabiq prezident həbs olundu

10 İyun 2019, 21:49

Sabiq prezident həbs olunub.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Pakistanın hüquq-mühafizə orqanları saxta bank hesablarından istifadə etməkdə şübhəli bilinən ölkənin keçmiş prezidenti və Pakistan Xalq Partiyasının həmsədri Asif Əli Zərdarini həbs edib.

 

Qeyd edək ki, məhkəmə girov müddətinin artırılmasını və bununla da azadlıqda qalmağı istəyən sabiq prezident və bacısı Faryal Talpurun apelyasiya şikayətini rədd edib.

 

Məlumata görə, siyasətçi həbsi ilə bağlı çıxarılmış orderdən Ali Məhkəməyə şikayət edə bilər.

 

“Report” xatırladır ki, Asif Əli Zərdari 2008-ci ildən 2013-cü ilədək Pakistanın dövlət başçısı olub. O, 2007-ci ildə kamikadzenin hücumu nəticəsində ölən Bənazir Bhutto (iki dəfə ölkənin baş naziri olub) ilə evli olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!