Arxiv
11 İyun 2019, 17:13 | ƏDƏBİYYAT
Cəhalət bizi hara sürükləyir?

Ramazan SİRACOĞLU
 


Bu yazını son günlərdə dövri mətbuatda və sosial şəbəkələrdə rayonlarımızdan birində lentə alınmış görüntünün təsiri ilə yazdım. Hərə bir cürə reaksiya verir: kimi gülür, əsəbiləşir,  kimi də istehza edir, dodaq büzür, əylənir. Əslində, bu mənzərə acınacaqlıdır. Hamımız səbəbi araştırmadan nəticəyə görə mühakimə yürüdürük.


İslam dininin sarsılmaz təməli tövhid prinsipinə dayanır, yəni, ALLAH  birdir, şəriki yoxdur, məkan və zaman fövqündədir, əbədidir, bütün aləmləri, o aləmdə mövcud olanları O yaratmışdır, heç nəyə möhtac deyil, qüdrət, rəhmət, bərəkət, şəfqət sahibi ancaq Odur. Füzuli demiş, “Hökm Onun hökmüdürür, fərman Onun fərmanıdır”. Hamımızın əzbər bildiyimiz və hər gün təkrarladığımız Fatihə surəsinin 5-ci ayəsində “ اِيَّاكَ نَعْبُدُ وَاِيَّاكَ نَسْتَع۪ينُۜ – İyyakə nəəbudu və iyyakə nəstəin- Yalnız Sənə ibadət edir və yalnız Səndən yardım diləyirik” biz bu prinsipi özətləyirik. Dilimiz bu sözləri söyləsə də  əməldə tam fərqli işlər görürürk. Elə o videoya alınmış  mərasimdəki kimi.


 Peyğəmbərimiz başda olmaqla,  şəxsiyyətlərinə, imanlarına, biliklərinə  şübhə etmədiyimiz, adlarını sayqı və ehtiramla andığımız bütün dini rəhbərlər ALLAHa şərik tutanların ən böyük günah işlədiklərini dönə-dönə bildirmişlər. Şərik sözü “ - شرك şirk” sözündəndir, “ortaq” anlamındadır. Dini mətinlərdə “şərik” sözü ilə bərabər təxminən eyni  mənanı ifadə edən “əndad  انداد -və “ənbaz انباز- ” sözlərinin də işləndiyini görürük. “Əndad”- “bənzərlər”, “ənbaz” isə “həmtaylar” deməkdir. ALLAHa şərik tutmaq, Ondan başqa hər hansı bir varlığa sığınmaq, bütləşdirdiyi varlıqdan yardım diləmək, nicat istəmək, şəfa və bərəkət ummaqdır. Dinimizə görə, bu hərəkətlər və buna bənzər olaylar “şirk” sayılır və böyük günahdır. Qurani- kərimdə dəfələrlə “şirk”in günah olduğu göstərilmişdir. Məsələn: Bəqərə surəsinin 22-ci ayəsində buyurulmuşdur:

فَلَا تَجْعَلُوا۟ لِلَّهِ أَندَادًا - Fə la təc’əlu lillahi əndadən- ALLAHa ortaqlar qoşmayın”. Nəyisə bütləşdirmək, kimlərisə ilahiləşdirmək insanalrın xislətində var. Bunun başlıca səbəbi ya çarəsizlik, ya da bilgisizliktir. Burada bir məqamı unutmaq olmaz: bir insanın birinə sayqısı, ehtiramı, sevgisi, aşırı bağlılığı ola bilər. Bu normal haldır. Qədirbilən adamın öz valideyninə, müəlliminə, ustadına, rəhbərinə, xariqüladə insana bəsləmiş olduğu xətir-hörmət, yüksək amallar uğrunda çalışmış, dünyasını dəyişmişlərin məzarlarını ziyarət, onların adlarını əziz tutması  tamamilə məqbul hadisədir. Bu işlər bir insanlıq borcudur və ALLAHa şirk sayılmır. 


Cahiliyyə dönəmində insanlar müxtəlif maddələrdən özləri yaratdıqları bütləri ilahlaşdırıb onlardan yardım diləyirdilər. Rəsulillahdan hələ çox əvvəl İbrahim peyğəmbər bütpərəstliyə qarşı çıxmışdı. Qurani- kərimin Ənam surəsinin 74-cü ayəsində bu barədə məlumat var: قَالَ اِبْرٰه۪يمُ لِاَب۪يهِ اٰزَرَ اَتَـتَّخِذُ اَصْنَاماً اٰلِهَةًۚ اِنّ۪ٓي اَرٰيكَ وَقَوْمَكَ ف۪ي ضَلَالٍ مُب۪ينٍ - Qalə İbrahimu li əbihi Azərə, ə təttəxizu əsnamən alihəhətən, inni ərakə və qauməkə fi dəlalin mubin- İbrahim atası Azərə dədi: Bütləri tanrılarmı sanırsan, doğrusu, mən səni də, qövmünü də açıq-aşkar yanlış yolda  (zəlalətdə ) görürəm.”  


Əsrlər ötsə, illər keçsə, nəsillər dəyişsə də, insanların əksəriyyətinin beynində bütpərəstliyin izləri silinib getmir, müxtəlif zamanlarda fərqli şəkillərdə təzahür edir, öz mövcudiyyətini sürdürür. İnsanların geyim-kecimləri, məişət avadanlıqları dəyişsə də, elmi- texniki tərəqqinin ən son nailiyyətlərindən gen-bol istifadəyə başlasalar da ibtidai icma dövrünün bəzi adətlərindən əl çəkə bilmirlər. İngilislər demiş, “habit is second nature- alışqanlıq ikinci xasiyyətdir.”


Hörmətli oxucular lütfən inanclı olmağı bütpərəstliklə qarışdırmasınlar. Sidq ürəkdən ALLAHa inanmaq, iman sahibi olmaq, halal-haramı gözləmək ən gözəl və zəruri insani keyfiyyətlərdir. Bu zəruri xüsusiyyətlərdən məhrum olanları da ALLAH öz birliyi xatirinə islah etsin inşallah. Vətəndaşlarımızın düzgün tərbiyələnməsində, yüksək əxlaqi dəyərlərə yiyələnmələrində, onların cəhalətdən qurtarmalarında  elm-təhsil müəssisələri ilə bərabər, milli təəsübkeşliyi olan savadlı ilahiyyatçıların da üzərinə böyük iş düşür. Burada həqiqi ilahiyyatçı ilə xurafat maraqlısı olanları ayırd etməliyik.

         
Zənnimcə, beş-on kəlmə ərəbcə nəsə bilən hər adamı da  ilahiyyatçı hesab etmək doğru olmaz. Rəspublikamızda hamımız Azərbaycan türkçəsini bilirik, onda bizim hamımız filosof, ədəbiyyatçı, dilçi, riyaziyyatçı, məntiqşünas, siyasətşünas, hüquqşünas olardıq. Yaxud da, Ərəbistandakı bütün ərəb hammalları, sərsəriləri, oğruları, əyyaşları ilahiyyatçı sayılardılar. İlahiyyatçı olmaq çətin işdir, o,  dillə bərabər, tarixi, ədəbiyyatı, məntiqi, hüququ yaxşı bilməli, dəqiq elmlərdən, heç olmasa, orta məktəb səviyyəsində xəbərdar olmalıdır. Məsələn, Qurani-kərimə 1904-cü ildə üç cildlik “Kəşfül həqayiq” şəklində təfsir yazıb nəşr etdirən Bakı qazisi Hacı Mirməhəmməd Kərim Mircəfər Bakuvi  (1858 – 1937 ) ərəb və fars dilləri ilə yanaşı riyaziyyatı və tibbi də yaxşı bilirmiş. Məşhur quranşünas Əli Ələkbər oğlu Fəhmi ( 1919-1975 ) ali təhsilli həkim idi, Tibb İnstitutunu (Universitetini) fərqlənmə ilə bitirmişdi, 1941—1949-cu illərdə təyinatla Sabirabadda, daha sonra isə Bakıdakı 12 saylı poliklinikada baş həkim işləmişdi.


Vətənpərvər ilahiyyatçılar mütəmadi olaraq insanlara doğru yol göstərməli, onları xurafat və cəhalət uçurumuna yuvarlanmaqdan xilas etməlidirlər. Hansısa təriqət mənsubuna sayqılı olmaq təqdir edilsə də o təriqət mənsubununa aid əşyanın ( təsbehin, köynəyin, başmağın, qələmin vs. ) şəfa qaynağı olaraq görülməsinin yanlışlığı izah olunmalıdır. Yasin surəsinin 74-cü ayəsində buyurulmuşdur:

     وَٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ ءَالِهَةً لَّعَلَّهُمْ يُنصَرُونَ – Və əttəxəzu min dunillahi alihətən ləəlləhum yunsərun- Bəlkə yardım edərlər deyə, ALLAHdan savayı başqa ilahlar (da) götürdülər.”


Bəzi insanların xurafat qurbanlarına çevrilməsində cəmiyyətin bütün fərdlərinin də müəyyən məsuliyyəti vardır. Heç vaxt heç kimi ümidsiz və çarəsiz vəziyyətdə buraxmaq, onu taleyin cilvəsinə tərk etmək olmaz.  İşindən, məişətindən, gələcəyindən, sağlamlığından  məhrum qalmış istənilən şəxs böhran vəziyyətinə düşür. O anda ona dəstək olmaq hamımızın borcudur. Mömin insan, sadəcə öz dini mükəlləfiyyətlərini yerinə gətirən adama deyilmir, o həm də xeyirxah işlər görməlidir, əməli salih olmalıdır. Məryəm surəsinin 96-cı ayəsində buyurulduğu kimi: إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ سَيَجْعَلُ لَهُمُ ٱلرَّحْمَٰنُ وُدًّا – İnnə əlləzinə amənu və ə’milu-s- salihati sə yəc’əlu ləhumu-r- rəhmanu vudda- Şübhəsiz, iman edənləri və xeyirli iş görənləri rəhimdil ALLAH sevilənlərdən edəcəkdir.”


Xalq, əgər bələ demək mümkündürsə, bir bağdır, ziyalılar da bir bağban. “Bağa baxarsan, bağ olar”-deyiblər. Məlumdur ki, bağ qayğı, şəfqət və böyük  zəhmət tələb edir. Bağında gül-çiçək, lətif meyvələr, qəddi-qamətli ağaçlar görmək istəyən bağban əziyyət çəkməlidir.  Xalqın ayrı-ayrı fərdlərini tənqid etmək və ona istehza etməklə iş bitmir. Onları səbrlə  müntəzəm şəkildə maarifləndirmək lazımdır. Əks təqdirdə, başından aşan problemlərlə üz-üzə qalan şəxslər çarəsizlikdən gümanları gələn istənilən təbirə əl atacaqlar. Niyə görə atalarımız “suda boğulan saman çöpündən yapışar” demişlər? Sağlam mənəvi mühitdə yaşamaq üçün savadlı ( diploma görə yox), geniş dünyagörüşlü, işgüzar insanların əhatəsində olmaq şərtdir. Həm də belələrinin sayı ümumi əhalinin, heç olmasa, 10 %-ni təşkil etməlidir. O qədər insan ( yəni, bizim üçün lazım olan 1 milyonu ) yetişdirmək bizim strateji hədəfimiz və vəzifəmiz olmalıdır.


Bəzən xurafat və mövhumata qarşı çıxıb ona etiraz edənləri susdurmaq üçün, ona “şəkkaka lənət” bədduasını xatırladırlar. Amma unudurlar ki, “şəkkak” dedikdə ALLAHın birliyinə və qüdrətinə   şəkk edənlər,  ondan şübhələnənlər nəzərdə tutulmuşdur. İnsanların dini hissləri ilə oynayıb onların çarəsizliyindən yararlanan dəllallara  inanmaq isə, nəinki şəkk deyil, əksinə savab işdir. Əsl “şəkkak”lar onlardır, çünki özlərini ilahi qürət sahibi kimi qələmə verir, aləmlərin Rəbbinə xas sifətlərə sahib olduğunu söyləyir və ilahi varlığın vəhdətinə şübhə oyadırlar.  Maidə surəsinin 72-ci ayəsində Uca ALLAH buyurmuşdur:

مَنْ يُشْرِكْ بِاللَّهِ فَقَدْ حَرَّمَ اللَّهُ عَلَيْهِ الْجَنَّةَ وَمَأْوَاهُ النَّارُ - Mən yuşrik billahi fəqəd hərrəm Allahu əleyhil cənnətə və mə'vahun nar- ALLAHa şərik qoşana ALLAH cənnəti haram edib və onun ( müşrikin ) gedəcəyi yer atəşdir ( cəhənnəmdir).


Bu sətirləri yazarkən Berlində doktor işləyən qızıma zəng vurub soruşdum ki, a bala, nemeslərin körpələrinin boğazına çöp qalanda o binəva nemeslər neyliyirlər? Qızım gülüb dedi ki, doğulan hər körpə üçün xəstəxanada pulsuz (!) olaraq xüsusi cihaz verirlər ki, anası vaxtaşırı o cihazla körpənin burun-udlaq nahiyyələrini təmizləsin; ona görə də çöpçüyə ehtiyac qalmır.  


Qızımın sözlər məni çox təsirləndirdi. Düşündüm ki, iqtisadi problemlərin təzyiqindən əziyyət çəkdiyimiz bir məqamda kabus  kölgə kimi  bizi izləyən bu nadanlıq niyə bizdən əl çəkmir, qədim dövrlərdən arzuolunmaz bir miras kimi cəmiyyətimizi təqib édə-édə 21- ci əsrə gəlib çıxmış bu mənhus cəhalət qır saqqız olub niyə yaxamızdan düşmür, bizi haraya sürükləmək istəyir?

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
73 yaşlı qələm adamı: “Doğulduğum günü xatırlamasam da, əzablı olduğuna əminəm...” 15 Dekabr 2019, 11:28 Yıxılaraq başından travma alan 9-cu sinif şagirdi vəfat edib 15 Dekabr 2019, 10:46 Mingəçevirdə qardaş qardaşı bıçaqladı 15 Dekabr 2019, 10:42 Nepalda avtobus dərəyə yuvarlanıb: 14 nəfər ölüb 15 Dekabr 2019, 10:39 Bələdiyyə seçkilərinə 1 həftə qaldı: bildirişlərin seçicilərə paylanması prosesi başa çatır 15 Dekabr 2019, 10:29 Küçədə qışlayanlar - Nazirlik neçə nəfərə sahib çıxıb? 15 Dekabr 2019, 10:14 Məşhurların qəribə sonları 15 Dekabr 2019, 10:00 Futbol üzrə Azərbaycan kuboku yarışlarında dörddəbir final mərhələsinə start veriləcək 15 Dekabr 2019, 09:52 Səttar Bəhlulzadə fenomeni 15 Dekabr 2019, 09:45 Ermənilər atəşkəs rejimini 21 dəfə pozub 15 Dekabr 2019, 09:38 Bakı və Gəncədə kafe yanıb 15 Dekabr 2019, 09:31 Növbəti metrostansiyada tikinti işləri yekunlaşdı - AÇILIŞ vaxtı bəlli oldu 15 Dekabr 2019, 09:24 Piyadanı vurub öldürdü 15 Dekabr 2019, 09:10 Məhəmmədi kəndində əl qumbarası aşkarlanıb - FOTO 15 Dekabr 2019, 08:58 Ərzaq anbarında güclü yanğın 15 Dekabr 2019, 00:31 Bakıda yol qazası tıxaca səbəb olub 15 Dekabr 2019, 00:14 Məktəblər bu səbəbdən bağlandı 14 Dekabr 2019, 23:53 Leyla Əliyeva “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konsertində iştirak edib 14 Dekabr 2019, 23:33 Azərbaycanlı tələbə Türkiyədə öldü - SƏBƏB 14 Dekabr 2019, 23:16 Mingəçevirdə gənc oğlanı bıçaqladılar  14 Dekabr 2019, 23:01 Özünü polis əməkdaşı kimi təqdim edən dələduz saxlanılıb 14 Dekabr 2019, 22:33 Müdafiə Nazirliyinin nümayəndələri Moskvada 14 Dekabr 2019, 22:14 Nigeriyada terrorda 19 nəfər öldü 14 Dekabr 2019, 21:52 "ABŞ sanksiya tətbiq etsə, buna məcbur olacağıq" - Çavuşoğlu 14 Dekabr 2019, 21:34 Azərbaycanlı futbolçunun baş məşqçisi erməni oldu 14 Dekabr 2019, 21:16 Üç ay ərzində dəm qazından 106 nəfər ölüb 14 Dekabr 2019, 20:54 Bazardakı yanğın 300 kv. metr sahəni əhatə edib: xəsarət alan yoxdur - RƏSMİ 14 Dekabr 2019, 20:36 Türkiyə, Almaniya, İran və İtaliyanın tibbi ekspertləri Bakıya toplandı - FOTO 14 Dekabr 2019, 20:19 "3-cü mikrorayon bazarı"ndakı yanğında iki avtomobil yandı 14 Dekabr 2019, 20:03 Bakının bu ərazisində işıqlar söndürüldü 14 Dekabr 2019, 18:52 AMİP deputatlığa namizədlərinin adlarını açıqladı - Etibar Məmmədov SİYAHIDA yoxdu 14 Dekabr 2019, 18:44 Çingiz Mustafayev adına radio satışa çıxarılmayacaq, amma... 14 Dekabr 2019, 18:41 3-cü mikrorayon bazarındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 14 Dekabr 2019, 18:27 3-cü mikrorayon dairəsi BAĞLANDI - BNA sürücülərə müraciət etdi 14 Dekabr 2019, 18:21 MSK parlament seçkilərinin müşahidəsi üçün beynəlxalq təşkilatlara dəvət göndərib 14 Dekabr 2019, 17:54