Arxiv
12 İyun 2019, 11:43 | MEDİA
Mübariz Azərbaycanlı imzası - 50 yaşlı jurnalist, müəllim - AD GÜNÜ

Mübariz Azərbaycanlı imzası oxucular və jurnalist cameəsi nə qədər yaxın olsa da, onu şəxsən tanıyanlar bu insanın özünəməxsus keyfiyyətlərinə - vətənpərvərliyinə, dövlət mənafeyi uğrunda sadiqliyinə və tərcümeyi-halına daha yaxşı bələddirlər.

    
Bu gün ömrünün 50 yaşı tamam olan Mübariz Ataxan oğlu Əhmədov 12 iyun  1969-cu il tarixində Saatlı rayonunun Musalı kəndində çoxuşaqlı ailədə anadan olub. Saatlı rayonu Nərimankənd orta məktəbinin 7-ci və Saatlı şəhər 2 saylı orta məktəbin 8-ci sinfini bitirdikdən sonra, 1984-88-ci illərdə Əli Bayramlı şəhər (hazırda Şirvan şəhəri) Sənaye Texnikumunu bitirib və həmin ilin mayında Vladivostok şəhərinə hərbi xidmətə göndərilib. Sakit Okean hərbi dəniz donanmasında 3 illik hərbi xidmətini baş gəmi çavuşu rütbəsində uğurla başa vurduqdan sonra, Vladivostok şəhərində oxumaq niyyəti ilə qalmağa qərar verib.

Beləliklə, 1998-ci ildə Uzaq Şərq Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu olub.

    
 O, hələ tələbəlik illərində Vladivostok şəhərində "Avanqard" adlı qəzetlə əməkdaşlıq edərək, ictimai müxbir kimi fəaliyyətə başlayıb.

     
Vətənpərvərliyi ilə seçilən Mübariz Əhmədov yaşadığı şəhərdə "Primoriya Azərbaycan Diasporu" ictimai təşkilatının yaradılmasında yaxından iştirak edib və bu təşkilatın idarə heyətinin üzvü, eləcə də mətbuat xidmətinin rəhbəri olub.

     
18 may 1999-cu ildə isə Vladivostokda "Azərbaycan" ictimai-siyasi və mədəni-maarif tematikalı müstəqil qəzet təsis edərək, onun baş redaktoru kimi peşəkar fəaliyyətini davam etdirib.
"Azərbaycan" qəzeti ilə bağlı danışan Mübariz Əhmədov deyib ki, həmişə mövzu seçimində üstünlüyü əsasən Qarabağ həqiqətlərinə, Azərbaycan tarixinə, Azərbaycandan olan xəbərlərə və Vladivostokda yaşayan soydaşlarımızın fəaliyyətinə həsr edib.

“Amma içimdəki əsas məqsəd Primoriya oxucularına Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı olduğunu anlatmaq dayanırdı. Qəzetimiz Vladivostok şəhərində 70 yerdə fəaliyyət göstərən "Rospeçat"a aid qəzet köşklərində satılırdı. Bundan əlavə, əyalətə də göndərilirdi. "Azərbaycan" yalnız öz missiyasını deyil, həm də vətəndən 12 min kilometr uzaqda yaşayan soydaşlarımızı bir araya gətirir, diaspor təşkilatının görə biləcəyi işləri də yerinə yetirə bilirdi. Bu üzdən qısa zaman kəsiyində "Azərbaycan" hər bir soydaşımızın sevimlisinə çevrilmişdi. Təkbaşına yaratdığım redaksiyaya sonradan bir neçə əməkdaş cəlb etdim və radaksiyanın tədbirlər planını hazırlayıb mütəmadi olaraq Azərbaycan naminə fəaliyyətimizi davam etdirdik. Respublika günü, Novruz bayramı, Uşaq dünyası və digər bu kimi tədbirlər keçirərək vətəndən uzaqda yaşayan soydaşlarımızı bir araya gətirib Azərbaycan adına çalışmamızı qarşıya məqsəd kimi qoyduq. Bir sözlə, "Azərbaycan" Primoriya diyarında yaşayan soydaşlarımızın əsl ruporuna çevrildi".

Mübariz Əhmədov Primoriya jurnalistlər ittifaqının və Rusiya jurnalistlər birliyinin üzvü olub. Qarabağla bağlı yazılarına görə ermənilər tərəfindən   dəfələrlə hədələrə, təhdidlərə, təqiblərə də məruz qalıb. Özünün dediyinə görə, 31 Mart soyqırımı, 20 yanvar hadisəsi, Xocalı soyqırımı ilə bağlı qəzetdə verilən silsilə yazı və şəkillərə görə onu "xüsusi yerlərə" dəvət edib "proflaktik söhbətlər" də ediblər. Amma Azərbaycan həqiqətləri naminə öz inadından dönməyən həmkarımız öz işini inamla yenə də davam etdirib.

     
O, 2000-ci ildə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq filialının "Arxeologiya və etnoqrafiya" institutunun dəstəyi ilə "Azərbaycanlıların Rusiyanın Uzaq Şərqinə miqrasiyası və onların uyğunlaşması problemləri" adlı elmi məqaləsini adıçəkilən institutun "XX əsrdə etnik miqrantların Primoriyada uyğunlaşması" adlı elmi məqalələr toplusunda nəşr etdirib. M.Əhmədov bu məqalədə soydaşlarımızın Rusiyanın Uzaq Şərqinə miqrasiyasını üç istiqamət üzrə - hərbi xidmət, Baykal Amur Magistralının tikintisi və Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparması nəticəsində öz yurdlarından qaçqın və məcburi köçkün düşmələrini əsas səbəb kimi göstərib.

      
2002-ci ildən Bakı şəhərində yaşayan və öz ixtisası üzrə pedaqoji fəaliyyətlə məşğul olan Mübariz Əhmədov hal-hazırda Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının dosenti və tələbələrin ən sevimli müəllimlərindən biridir. Mübariz müəllim bu illər ərzində neçə-neçə gənc jurnalitin nəzəri və praktik biliklərə yiyələnməsi, həmçinin, bu peşənin incəliklərinə bələd olmaları üçün öz bilik və bacarını heç vaxt əsirgəməyib.   

    
2013-cü ildə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq institutunda "Jurnalist etikasının problemləri" mövzusunda elmi iş müdafiə edib, 2014-cü ildə fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi, həmçinin, 2018-ci ildə isə jurnalistika kafedrası üzrə dosent elmi adı alıb. İndiyədək 1 monoqrafiya, 8 tədris proqramı, 22 elmi məqalənin müəllifidir.

      
Mübariz Əhmədov pedaqoji fəaliyyəti ilə yanaşı, həm də praktik jurnalist olaraq ölkə mediasında Mübariz Azərbaycanlı imzası ilə müstəqil jurnalist kimi dövlətimizin mənafeini dəstəkləyən siyasi-sosial xarakterli analitik yazılarla mütamadi olaraq çıxış edir.

    
Müəllim kimi savadlı, insan kimi səmimi, vətəndaş kimi vətənpərvər, jurnalist kimi müşahidəçilik qabiliyyətinə, aydın təfəkkürə və dərin təhliletmə bacarığına malik olan həmkarımız Mübariz Əhmədovu 50 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və işlərində uğurlar arzulayırıq!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyevin İtaliyaya səfəri başa çatdı - FOTO 23 Fevral 2020, 00:46 Sumqayıtda uşaq dəm qazından boğularaq ölüb 23 Fevral 2020, 00:36 İlham Əliyev  Mehriban Əliyeva ilə birlikdə Müqəddəs Pyotr Kilsəsi ilə tanış oldular - FOTOLAR 23 Fevral 2020, 00:17 Azərbaycana 60 min kiloqram qurban əti göndərildi   23 Fevral 2020, 00:06 Bakıda "Niva"dan düşüb bir nəfəri güllələdilər 22 Fevral 2020, 23:47 Daha  bir ölkədə koronavirus həyəcanı 22 Fevral 2020, 23:39 “Ermənistan regionda destruktiv siyasət yürüdür” - İlham Əliyev 22 Fevral 2020, 23:21 Koronavirusun dünyaya yayılma sürəti artıb 22 Fevral 2020, 23:16 Prezident Vatikanda Papa Fransisk ilə görüşdü - YENİLƏNİB 22 Fevral 2020, 22:57 Sumqayıtda 36 yaşlı şəxsin meyiti tapıldı 22 Fevral 2020, 22:44 Haftarın yüzə yaxın əsgəri məhv edilib 22 Fevral 2020, 22:30 "Patriot" sistemləri yenidən Türkiyədə 22 Fevral 2020, 22:13 Polislərin etiraz aksiyaları davam edir 22 Fevral 2020, 21:56 Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görüldu - FOTO 22 Fevral 2020, 21:41 Messi poker etdi, “Barselona” zirvəyə qalxdı   22 Fevral 2020, 21:29 Xüsusi peşə təhsili müəssisələrinin vəzifələri artırıldı 22 Fevral 2020, 21:19 "Könüllülər İli" gənclərin fərdi inkişafına təkan verəcək - Umud Mirzəyev 22 Fevral 2020, 21:07 Azərbaycan Böyük Dəbilqədə ilk medalını qazandı 22 Fevral 2020, 21:02 Bakıda azyaşlılara siqaret satanlar cərimələndi 22 Fevral 2020, 20:47 Türkiyə daha bir şəhid verdi - FOTO 22 Fevral 2020, 20:34 Güney Azərbaycanda Xocalı ilə bağlı kampaniya 22 Fevral 2020, 20:16 Daha bir oyun koronavirusa görə təxirə salındı 22 Fevral 2020, 20:01 Məzahir Pənahov: “Kürdəmir Dairə Seçki Komissiyası buraxıla bilər” 22 Fevral 2020, 19:20 Yeni seçilən deputatların SİYAHISI 22 Fevral 2020, 19:14 MSK Naxçıvandakı bu dairədən şikayəti müzakirə etdi 22 Fevral 2020, 19:10 Elza Seyidcahanın seçkilərdən şikayətinə BAXILMADI - SƏBƏB 22 Fevral 2020, 19:04 MSK bu dairələrdən şikayətləri geri qaytardı 22 Fevral 2020, 18:56 Yasamalda namizəd 28 məntəqədə nəticələrin ləğvini tələb edib 22 Fevral 2020, 18:49 Tahir Rzayevin dairəsində də məntəqənin nəticəsi ləğv edildi 22 Fevral 2020, 18:38 İranda koronavirusa görə məktəblər bağlandı 22 Fevral 2020, 18:33 Şəhid hərbçimizin ölümündən əvvəl çəkilən son FOTOSU 22 Fevral 2020, 18:25 Məhkəmə Neftçalanın icra başçısı və digərlərilə bağlı QƏRAR VERDİ 22 Fevral 2020, 18:20 Prezident İlham Əliyev estoniyalı həmkarını təbrik etdi 22 Fevral 2020, 18:15 MSK-da Elman Nəsirov MÜZAKİRƏSİ 22 Fevral 2020, 18:08 Berlində Ümumavropa Qarabağ mitinqi başa çatdı - FOTOLAR 22 Fevral 2020, 18:00