Arxiv
13 İyun 2019, 12:43 | AKTUAL
Deputatlar Nazirliyə getdilər - FOTOLAR

Milli Məclis sədrinin müavini Bahar Muradova, parlamentin komitə sədrləri və millət vəkilləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin 1 saylı DOST mərkəzində olublar.   


Modern.az xəbər verir ki, Mərkəzin fəaliyyəti, burada göstərilən xidmətlər, könüllülük proqramları barədə deputatlara ətraflı məlumatlar verilib. Qeyd edilib ki, ilk DOST mərkəzinin fəaliyyətə başladığı gündən ötən bir ay ərzində mərkəzə 8 minədək  vətəndaş müraciət edərək, burada əmək, məşğulluq, əlillik, sosial təminat, sosial sığorta və s. üzrə xidmətlərdən faydalanıb. Göstərilən xidmətlərdən məmnunluq səviyyəsi də 100 faizə yaxındır. İlk DOST mərkəzində əmək, məşğulluq, sosial təminat, əlillik sahələri üzrə 126 növdə xidmət göstərilir. 2019-2025-ci illərdə ölkədə 31 DOST mərkəzinin yaradılması nəzərdə tutulur, bu mərkəzlər ümumən 2,8 milyon vətəndaşa sosial yönümlü xidmətlər göstərəcək.


Millət vəkilləri mərkəzdəki xidmət bölmələri ilə tanış olub, burada sosial agentlər, könüllülər tərəfindən vətəndaşlara xidmət göstərilməsi prosesini nəzərdən keçiriblər. Onlar DOST mərkəzində göstərilən xidmətlərlə bağlı məmnunluqlarını ifadə ediblər.

Daha sonra DOST Agentliyində 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar millət vəkillərinin də iştirakı ilə Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayonu, S.Əsgərova 85 (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ərazi ilk partiya təşkilatının iclası keçirilib.


İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilk növbədə iştirakçıları qarşıdan gələn Milli Qurtuluş Günü münasibəti ilə təbrik edib. O vurğulayıb ki, 1993-cü ilin 15 iyununda xalqın yekdil iradəsi ilə respublikamıza rəhbərliyə qayıdan ümummilli liderimiz Heydər Əliyevin müdrik və uzaqgörən siyasi kursu, zəngin dövlətçilik təcrübəsi, yorulmaz fəaliyyəti həmin dövrdə Azərbaycanın müqəddaratının tənəzzüldən tərəqqiyə doğru dəyişməsinə, bütün sahələri bürümüş dərin böhranın qarşısının alınmasına imkan verib.


Nazir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı, iqtisadiyyatın dirçəldilməsi, ölkədə güclü sosial siyasətin formalaşdırılması üçün Ulu öndər Heydər Əliyevin göstərdiyi misilsiz xidmətləri diqqətə çatdırıb. Müstəqil Azərbaycanın dinamik və uzunmüddətli inkişaf yolunun Milli Qurtuluş Günündən başlandığını, 2003-cü ildən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə tarixi nailiyyətlərə imza atdığını, eyni zamanda, əhalinin rifah halının yüksəldilməsi istiqamətində mühüm addımların atıldığını vurğulayıb.


S.Babayev ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin noyabrında yaradılan YAP-ın müstəqil Azərbaycan  dövlətinin qurulması və gücləndirilməsi, ölkəmizin inkişafı proseslərində xidmətlərindən bəhs edib. Nazir bildirib ki, YAP-ın Yasamal rayonu, S.Əsgərova 85 (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ərazi ilk partiya təşkilatı da Partiyanın əsas prinsiplərinə uyğun fəaliyyət göstərir. Təşkilat üzvlərinin sayı mütəmadi artmaqdadır. 2018-ci ilin aprel ayından bu günədək nazirliyin 641 əməkdaşı YAP-a üzv qəbul edilib. Hazırda nazirlik sistemində çalışanların 86,4 faizi YAP-ın üzvüdür. Ərazi ilk partiya təşkilatı bundan sonra da öz fəaliyyətini Partiyanın cəmiyyətdə olan yüksək nüfuzuna uyğun şəkildə davam etdirəcəkdir.


Milli Məclisin sədrinin müavini Bahar Muradova, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, YAP Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov çıxış edərək, Milli Qurtuluş Gününün müasir Azərbaycanın tarixində misilsiz uğurlarla zəngin şərəfli bir inkişaf mərhələsinin başlanğısı olduğunu vurğulayıblar.


Daha sonra DOST Agentliyinin 32 əməkdaşının YAP-a üzvlüklə bağlı ərizələri qəbul edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputat Qəbələ və Lənkəran aeroportlarını icarəyə verməyi təklif etdi 19 Sentyabr 2019, 08:57 Sosial şəbəkələrin forması dəyişiləcək 19 Sentyabr 2019, 08:55 Bu gün AvroLiqada 1-ci turun oyunları keçiriləcək - TƏQVİM 19 Sentyabr 2019, 08:50 Azərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər BUNLARDIR 19 Sentyabr 2019, 08:46 Bu da son: ermənilər Kəlbəcərdə “bal festivalı” da keçirirlər - VİDEO 19 Sentyabr 2019, 08:37 Kişi ginekoloq: “Doğuş proseslərində iştirak etdikcə, bu sahə daha da maraqlı gəldi” - SÖHBƏT   19 Sentyabr 2019, 08:28 Yaşadan, yaradıb-qurmağa sövq edən ÜMİD! - Ağdamdan REPORTAJ 19 Sentyabr 2019, 08:15 Çempionlar Liqasında 1-ci tur yekunlaşdı - NƏTİCƏLƏR 19 Sentyabr 2019, 08:11 “Qarabağbu gün “Sevilya”ya qarşı... 19 Sentyabr 2019, 08:04 Pilotlar tətili dayandırdı 19 Sentyabr 2019, 00:49 Bakıda "preparator"  gəncin kürəyini deşdi 19 Sentyabr 2019, 00:28 Azərbaycanda xanım müğənni qəzada öldü 19 Sentyabr 2019, 00:14 Metroda polis güllələndi 18 Sentyabr 2019, 23:58 Azərbaycan nefti ucuzlaşdı 18 Sentyabr 2019, 23:43 Davudoğlunun daha bir adamı AKP-dən getdi 18 Sentyabr 2019, 23:29 Hökumət hərbi xərcləri artırır 18 Sentyabr 2019, 23:14 “Qalatasaray” heç-heçəyə razılaşdı 18 Sentyabr 2019, 22:56 Yenidən  dollar böhranı yaşanır 18 Sentyabr 2019, 22:42 Bakıda yeniyetmə anasına mesaj yazanı bıçaqladı 18 Sentyabr 2019, 22:30 Federal Ehtiyatlar Sistemindən dollarla bağlı mühüm qərar 18 Sentyabr 2019, 22:16 ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edir 18 Sentyabr 2019, 22:00 Hamilə qadın toy günü öldü - FOTO, VİDEO 18 Sentyabr 2019, 21:59 Goranboyda avtomobil qaz kəmərinə çırpıdı: 1000 ev qazsız qaldı 18 Sentyabr 2019, 21:48 Deputat beynəlxalq tədbirdə Qarabağdan danışdı 18 Sentyabr 2019, 21:36 Jurnalist təşkilatı maarafləndirməyə başlayıb 18 Sentyabr 2019, 21:22 Ukraynalı torpaqları azad etmək üçün bütün ölkəni ayağa qaldırdı - FOTO 18 Sentyabr 2019, 21:13 İldırım vurması nəticəsində17 nəfər öldü 18 Sentyabr 2019, 20:47 Polis rəisinin avtomobili partladıldı 18 Sentyabr 2019, 20:30 “Sona qədər mübarizə aparacağıq” - Qurban Qurbanov 18 Sentyabr 2019, 20:16 Şura Şirvan və Xaçmazda təlim keçib - FOTO 18 Sentyabr 2019, 20:02 Leyla Əliyeva abadlaşdırılan növbəti həyətin AÇILIŞINDA 18 Sentyabr 2019, 19:53 Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü 18 Sentyabr 2019, 19:42 Polisi təhqir edən sürücü həbs olunub   18 Sentyabr 2019, 19:36 Ağstafada göl ətrafında raket, mərmi tapılıb 18 Sentyabr 2019, 19:16 Goranboyun başçısı səyyar qəbul keçirdi 18 Sentyabr 2019, 19:02