Modern.az

Yeni Zellandiya 7,2 ballıq zəlzələ ilə silkələndi

Yeni Zellandiya 7,2 ballıq zəlzələ ilə silkələndi

16 İyun 2019, 10:16

İyunun 16-da Yeni Zelandiyanın şimal-şərqində yerləşən adalar silsiləsinin yaxınlığında 7,2 bal gücündə zəlzələ baş verib.

 

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 10:55 dəqiqədə qeydə alınıb. Zəlzələnin episentri Lesperans qayalığından 103 kilometr şimal-şərqdə, ocağı 34,4 kilometr dərinlikdə yerləşib.

Sunami xəbərdarlığı elan olunsa da, sonradan Yeni Zelandiya Mülki Müdafiə və Fövqəladə Hallar Nazirliyi tərəfindən ləğv edilib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi