Modern.az

Bərdədə ev avtomobillə birlikdə yandı

Bərdədə ev avtomobillə birlikdə yandı

16 İyun 2019, 11:54

Bərdə rayonunda baş verən yanğın hadisəsində fərdi yaşayış evi və minik avtomobili yanaraq kül olub.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Əmirli kəndində qeydə alınıb.

Kənd sakini, 1960-cı il təvəllüdlü Abuzər Əli oğlu Hüseynova məxsus fərdi yaşayış evində yanğın hadisəsi baş verib. Dördotaqlı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. A.Hüseynov bildirib ki, hadisə zamanı mənzildə olan 6500 manat pul və qızıl-zinət əşyaları da yanıb. Habelə"VAZ-21015 markalı minik avtomobili də yanaraq kül olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

Yanğının hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı