Arxiv
17 İyun 2019, 13:44 | ALLAH RƏHMƏT ELƏSİN
Tanınmış mühəndis vəfat etdi

Tanınmış ictimai xadim, Azərbaycan neft emalı sənayesinin təşkitalçılarından biri, Azərbaycanın əməkdar mühəndisi Akimov Kamil Əlisoltan oğlu 92 yaşında Bakıda vəfat edib.

 

Modern.az-ın məlumatına görə, Kamil Akimov 1927-ci il iyulun 11-də Sabirabad şəhərində sənətkar ailəsində anadan olub.

 

1947-ci ildə Bakı Neft Texnikumunu fərqlənmə diplomu ilə bitirdikdən sonra təhsilini Azərbaycan Sənaye İnstitutunda davam etdirib və eyni zamanda Neftayırma zavodunda operator köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. 1952-ci ildə ali təhsilini neft və qazın emalı üzrə mühəndis-texnoloq ixtisası ilə başa vurduqdan sonra zavodun ən məhsuldar qurğularından birinə rəis təyin edilib.

 

Kamil Akimov istehsalatda çalışmaqla yanaşı elmi axtarışlarını davam etdirib, neft emalı sənayesi sahəsində 30-a yaxın təklifin, 10-a yaxın ixtiranın müəllifi olub. Bu illər ərzində o, neftayırma sənayesi işçiləri, texnikum və institut tələbələri üçün dərsliyin və bir neçə kitabçanın çapdan çıxmasına nail olub.

O, 1962-ci ildə zavodun baş mühəndisini müavini, 1963-cü ildə Azərbaycan KP MK, respublika Nazirlər Soveti yanından yeni təşkil olunmuş Partiya Dövlət Nəzarət Komitəsinin neft və kimya sənayesi şöbəsinə rəis müavini, 1964-cü ildə isə Ə.Qarayev adına neft emalı zavoduna direktor vəzifəsinə təyin edilib.

 

Kamil Akimov zavoda rəhbərlik etdiyi illərdə qurğuların yeni texnologiya əsasında təkmilləşdirilməsi, istismarı və təmiri işləri ilə məşğul olaraq, qısa müddətdə zavodun qabaqcıl sənaye müəssisələri sırasına çıxmasına nail olub. Məhz bu uğurlarına görə o, “Şərəf Nişanı” ordeninə, “Əməkdar Mühəndis” fəxri adına layiq görülüb və daha məsul vəzifələrə irəli sürülüb.

 

Kamil Akimov 1967-ci ildə Azərbaycan Respublikası neftayırma sənayesi nazirinin 1-ci müavini, 1970-ci ildə isə Azərbaycan Respublikası neftayırma sənayesi naziri təyin edilib. 1970-80-ci illərdə Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə neftayırma zavodlarında aparılan yenidənqurma işlərində Kamil Akimovun xüsusi xidmətləri vardır. O dövrdə Azərbaycana yüksək məhsuldarlığa malik iki ELOU-AVT-6 qurğusu gətirilib, Bakı neftayırma zavodu yeni texnologiyaya əsaslanan katalitik riforminq qurğusu ilə təchiz edilib, neftayırma zavodları üçün möhkəm maddi-texniki baza yaradan yeni obyektlər tikilib istifadəyə verilib.

 

Kamil Akimov 1970-80-ci illərdə neft emalı sənayesində göstərdiyi xidmətlərə görə “Oktyabr inqilabı”, “Qırmızı Əmək Bayrağı” ordenləri, Azərbaycan respublikası Ali Sovetinin Fəxri Fərmani ilə təltif edilib, 2 çağırışda Ali Sovetin deputatı seçilib. Kamil Akimov zəngin təcrübəsi, dəyərli məsləhətləri ilə təkcə Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də neft emalı sənayesinin inkişafına mühüm töhfələr verib. O, ayrı-ayrı illərdə İraqda və Kubada neft emalı zavodlarının yenidən qurulmasında sovet mühəndislərinin işinə birbaşa rəhbərlik edib, həmin ölkələrin fəxri fərmanları və yüksək mükafatlarına layiq görülüb.

Kamil Akimov ömrünün ahıl vaxtlarında da neft emalı sənayesinə töhfələr verməkdə davam edib. SOCAR-ın “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində baş direktorun məsləhətçisi kimi fəaliyyət göstərən görkəmli mühəndisin neft emalı prosesində formalaşan neftşlamın emalı və zərəsizləşdirilməsi, sənaye çirkab sularının təmizlənməsi texnologiylarının təkmilləşdirilməsinə dair verdiyi təkliflər uğurla həyata keçirilir. Kamil Akimov daim öz həyat və əmək təcrübəsini gənclərlə bölüşmüş, peşəkar mühəndis və texnoloq kadrlarının yetişdirilməsində mühüm rol oynamışdır.

 

Görkəmli mühəndis və ictimai xadim Kamil Akimovun undulmaz xatirəsi daim qəlblərdə yaşayacaq, onun neft emalı sənayesinə gətirdiyi yeniliklər bundan sonra da iqtisadiyyatımızın inkişafına töhfələr verməkdə davam edəcəkdir.

 

Allah rəhmət etsin!

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mahir Abbaszadə Sumqayıtda məskunlaşan seçiciləri ilə görüşdü - FOTOLAR 19 Yanvar 2020, 00:23 Ukrayna Azərbaycanlıları Radasında 20 Yanvar şəhidləri anıldı - VİDEO 18 Yanvar 2020, 23:56 Rövşən Sadıxov “start” işarəsi verdi - FOTOLAR 18 Yanvar 2020, 23:42 Hicran Hüseynova Sumqayıt seçiciləri ilə görüşdü 18 Yanvar 2020, 23:19 Qənirə Paşayeva seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 23:05 İran vurulan təyyarənin qara qutularını Ukraynaya göndərəcək 18 Yanvar 2020, 22:46 Liviyada  limanlar  Haftarın əlinə keçdi 18 Yanvar 2020, 22:34 Bakıda gənci döyüb xəstəxanalıq etdilər 18 Yanvar 2020, 22:17 İndoneziyada güclü zəlzələ 18 Yanvar 2020, 22:05 Aksiyada 30-dan çox etirazçı saxlanıldı 18 Yanvar 2020, 21:43 Azay Quliyev məhəllələrdə görüşlərə başladı - FOTOLAR 18 Yanvar 2020, 21:24 AFFA-nın İcraiyyə Komitəsinə namizədlər bəlli oldu 18 Yanvar 2020, 21:11 Seçicilər Vüqar Bayramovu böyük coşqu ilə qarşılayıb - FOTOLAR 18 Yanvar 2020, 20:57 Bakıda yeniyetmə yol qəzasının qurbanı olub 18 Yanvar 2020, 20:37 Fəzail Ağamalının seçicilərlə görüşü davam edir - FOTOLAR 18 Yanvar 2020, 20:14 İki gündə beş kənd - Ləman Ələşrəfqızı seçicilərlə görüşlərini davam etdirir 18 Yanvar 2020, 20:03 Musa Quliyev təbliğata Gəncənin müqəddəs yerlərini ziyarət etməklə başladı - FOTO 18 Yanvar 2020, 19:43 Deputatlığa namizəd Eldar Quliyev izdihamlı görüş keçirdi - FOTOLAR 18 Yanvar 2020, 19:20 Ceyhun Məmmədov Sumqayıtda məskunlaşan cəbrayıllı məcburi köçkünlərlə görüşdü - FOTO 18 Yanvar 2020, 19:00 İlham Əliyev məqalə YAZDI 18 Yanvar 2020, 18:46 İqbal Məmmədov seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 18:35 Müəllimlərin işə qəbulunda YENİLİK 18 Yanvar 2020, 18:04 Naxçıvan sakini Göygöldə işlədiyi evdən oğurluq etdi 18 Yanvar 2020, 17:46 Baş Prokurorluq sayt rəhbərinə xəbərdarlıq ETDİ 18 Yanvar 2020, 17:42 Cavanşir Paşazadə seçicilərlə görüşlərə başladı - FOTOLAR 18 Yanvar 2020, 17:32 Azay Quliyevin 4 illik fəaliyyətinə dair HESABAT - Video 18 Yanvar 2020, 17:22 Cəlilabadda narkoticlərə qarşı polis ƏMƏLİYYATI 18 Yanvar 2020, 17:13 Nazir əmr imzaladı - Daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaq 18 Yanvar 2020, 17:02 Afət Telmanqızının həyat yoldaşı: “Bu cür xanımla həyatı bölüşmək çox asan olur” 18 Yanvar 2020, 16:50 15 yaşlı Gəncə sakini sükan arxasında öldü 18 Yanvar 2020, 16:37 Onlar ən yaşlı deputatlığa namizədlərdir - SİYAHI 18 Yanvar 2020, 16:13 Kirayə mənzil üçün müraciətlərin qəbul tarixi AÇIQLANDI 18 Yanvar 2020, 15:55 Malik Həsənov seçiciləri ilə görüşüb - FOTOLAR 18 Yanvar 2020, 15:46 Çingiz Qənizadə silsilə görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 15:24 Uşaqlara nə qədər xərclik verilməlidir? - Psixoloq məsləhəti 18 Yanvar 2020, 15:17
SORĞU Yeni parlamentdə kimlər olsun?