Arxiv
18 İyun 2019, 16:33 | AKTUAL
Müdafiə Nazirliyindən 26 iyunla bağlı AÇIQLAMA

26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yarançasının 101-ci il dönümü münasibətilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Rəsmi məlumata görə, müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Azərbaycan Ordusunun yaradılmasının 101 illiyi  münasibətilə silsilə  tədbirlərin keçirilməsi planlaşdırılır.

 

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb.

 

1969-cu ildə Heydər Əliyev ölkədə haklimiyyətə gəlməklə milli zabit kadrlarının hazırlanmasını hədəf seçib və bununla da Azərbaycanda ordu quruculuğuna start verilib.

 

Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açılıb. Görülən işlər gənclərin həmin məktəbə, habelə ölkədən kənardakı hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün peşəkar kadrların hazırlanması işinə böyük təkan verib. 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb. Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü dövlət hesab olunur. Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.

 

1998-ci il  mayın 22-də Prezident Heydər Əliyevin imzaladığı fərmanla Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpasında mühüm addım atıldı və 26 İyun Silahlı Qüvvələr Günü elan olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Abid Şərifov maşınının üstünə çıxan jurnalistdən DANIŞDI: “Ayıbdır, heç bir çərçivəyə sığmır” 24 İyul 2019, 12:45 Güclü külək sabah da davam edəcək - HAVA PROQNOZU 24 İyul 2019, 12:34 Gənclər Fondu qrant müsabiqəsi elan etdi 24 İyul 2019, 12:34 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun İordaniya  ilə əlaqələri güclənir 24 İyul 2019, 12:23 Tarixdə iz qoyanlar: Ermənilərin didərgin saldığı, iflicdən ölən VƏTƏN ŞAİRİ 24 İyul 2019, 12:20 Deputatdan təcili tibbi yardımlarla bağlı TƏKLİF 24 İyul 2019, 12:04 Jurnalist Səbuhi Məmmədli imzasını dəyişdi 24 İyul 2019, 11:52 “Azercell-Lab” təcrübə proqramının qalibləri bilindi 24 İyul 2019, 11:42 Sahil Babayev 6 ayda 450 nəfəri qəbul etdi 24 İyul 2019, 11:35 Şəkidə asfalt iki elektrik dirəyinin arasından çəkilib? – Agentlikdən AÇIQLAMA 24 İyul 2019, 11:33 ABŞ Senatı Mark Esperin müdafiə naziri təyinatını təsdiqlədi   24 İyul 2019, 11:27 Qarabağda erməni hərbçi öldü 24 İyul 2019, 11:13 Heydər Əliyev Mərkəzində daha bir unikal sərgi AÇILACAQ 24 İyul 2019, 10:55 UNESKO-nun nümayəndəsi Bakıdan YAZDI 24 İyul 2019, 10:51 Cəbhədə monitorinq keçiriləcək   24 İyul 2019, 10:39 “Neftçi” Rusiyaya uça bilmir 24 İyul 2019, 10:27 Kapital Bank – 145 il sizinlə! 24 İyul 2019, 10:12 Bəzi marşrutların hərəkət sxemi dəyişdirildi 24 İyul 2019, 10:03 Bakıda qəza tıxaca səbəb oldu - FOTO 24 İyul 2019, 09:57 Ermənilər cəbhədə təxribatlara davam edir 24 İyul 2019, 09:44 4 rayon qazsız qalacaq 24 İyul 2019, 09:40 Manat və dollar bu gün neçəyə satılır? 24 İyul 2019, 09:33 Lalə Şövkət Leyla Yunusu təkzib edir 24 İyul 2019, 09:22 Ali məktəblərə ixtisas seçimi başlayır   24 İyul 2019, 09:15 Ötən gün yeddi EYOF idmançısına tibbi yardım göstərilib 24 İyul 2019, 09:06 Bakını cənginə alan küləklər: “...Metereoloji silahlardan istifadə edilir” - AÇIQLAMA 24 İyul 2019, 09:02 Tramp Türkiyəyə qarşı sanksiyanı müzakirə etdi 24 İyul 2019, 08:55 "EYOF Bakı 2019": Bu gün keçiriləcək yarışlar - CƏDVƏL 24 İyul 2019, 08:52 “Oyuna tam konsentrasiya olmalıyıq” - Qurban Qurbanov 24 İyul 2019, 00:33 ABŞ çətin durumda qalacaq 24 İyul 2019, 00:16 Cəlilabadda azyaşlını avtomobil vurdu 23 İyul 2019, 23:59 Türkiyə BTQ ilə daşımaların həcmini artırır 23 İyul 2019, 23:46 Ermənilər Rəşid Behbudovun qızına hücum çəkdilər - VİDEO 23 İyul 2019, 23:27 Gülşən Rəvan qızının nakam Cəbrayıl SEVGİSİ 23 İyul 2019, 23:16 İlqar Əlfioğlu: “Mən Ağdam barədə yazı yazmamışam və yazmıram…” 23 İyul 2019, 23:09