Arxiv
18 İyun 2019, 19:38 | İQTİSADİYYAT
Büdcə təşkilatlarında çalışanların da əməkhaqları artırıldı - SİYAHI

Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

 

Modern.az-ın məlumatına görə, Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılsın:

 

1.1. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı;

1.2. Heydər Əliyev Mərkəzi;

1.3. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;

1.4. Azərbaycanda Atatürk Mərkəzi;

1.5. Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;

1.6. Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;

1.7. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;

1.8. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu;

1.9. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi;

1.10. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;

1.11. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu.

 

Nazirlər Kabinetinə tapşırılır ki, dövlət orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçusu olmayan işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılmasını təmin etsin; bu Sərəncamın 1-ci hissəsində və 2.1-ci bəndində nəzərdə tutulan qurumlarda çalışan rəhbər və digər işçilərin vəzifə maaşlarının yeni məbləğlərini təsdiq etsin; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Axtarışda olan 17 nəfər tutuldu 24 İyul 2019, 13:21 II ixtisas qrupu üzrə 600+ bal toplayanlar “UNEC-i tanı” layihəsində 24 İyul 2019, 12:57 FHN-ə yeni mətbuat katibi təyin olundu 24 İyul 2019, 12:54 Abid Şərifov: “Jurnalistin işdən çıxarılması məni maraqlandırmır” 24 İyul 2019, 12:45 Güclü külək sabah da davam edəcək - HAVA PROQNOZU 24 İyul 2019, 12:34 Gənclər Fondu qrant müsabiqəsi elan etdi 24 İyul 2019, 12:34 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun İordaniya  ilə əlaqələri güclənir 24 İyul 2019, 12:23 Tarixdə iz qoyanlar: Ermənilərin didərgin saldığı, iflicdən ölən VƏTƏN ŞAİRİ 24 İyul 2019, 12:20 Deputatdan təcili tibbi yardımlarla bağlı TƏKLİF 24 İyul 2019, 12:04 Jurnalist Səbuhi Məmmədli imzasını dəyişdi 24 İyul 2019, 11:52 “Azercell-Lab” təcrübə proqramının qalibləri bilindi 24 İyul 2019, 11:42 Sahil Babayev 6 ayda 450 nəfəri qəbul etdi 24 İyul 2019, 11:35 Şəkidə asfalt iki elektrik dirəyinin arasından çəkilib? – Agentlikdən AÇIQLAMA 24 İyul 2019, 11:33 ABŞ Senatı Mark Esperin müdafiə naziri təyinatını təsdiqlədi   24 İyul 2019, 11:27 Qarabağda erməni hərbçi öldü 24 İyul 2019, 11:13 Heydər Əliyev Mərkəzində daha bir unikal sərgi AÇILACAQ 24 İyul 2019, 10:55 UNESKO-nun nümayəndəsi Bakıdan YAZDI 24 İyul 2019, 10:51 Cəbhədə monitorinq keçiriləcək   24 İyul 2019, 10:39 “Neftçi” Rusiyaya uça bilmir 24 İyul 2019, 10:27 Kapital Bank – 145 il sizinlə! 24 İyul 2019, 10:12 Bəzi marşrutların hərəkət sxemi dəyişdirildi 24 İyul 2019, 10:03 Bakıda qəza tıxaca səbəb oldu - FOTO 24 İyul 2019, 09:57 Ermənilər cəbhədə təxribatlara davam edir 24 İyul 2019, 09:44 4 rayon qazsız qalacaq 24 İyul 2019, 09:40 Manat və dollar bu gün neçəyə satılır? 24 İyul 2019, 09:33 Lalə Şövkət Leyla Yunusu təkzib edir 24 İyul 2019, 09:22 Ali məktəblərə ixtisas seçimi başlayır   24 İyul 2019, 09:15 Ötən gün yeddi EYOF idmançısına tibbi yardım göstərilib 24 İyul 2019, 09:06 Bakını cənginə alan küləklər: “...Metereoloji silahlardan istifadə edilir” - AÇIQLAMA 24 İyul 2019, 09:02 Tramp Türkiyəyə qarşı sanksiyanı müzakirə etdi 24 İyul 2019, 08:55 "EYOF Bakı 2019": Bu gün keçiriləcək yarışlar - CƏDVƏL 24 İyul 2019, 08:52 “Oyuna tam konsentrasiya olmalıyıq” - Qurban Qurbanov 24 İyul 2019, 00:33 ABŞ çətin durumda qalacaq 24 İyul 2019, 00:16 Cəlilabadda azyaşlını avtomobil vurdu 23 İyul 2019, 23:59 Türkiyə BTQ ilə daşımaların həcmini artırır 23 İyul 2019, 23:46