Modern.az

Yaponiyadan əhali təxliyə edilir: Səbəb

Yaponiyadan əhali təxliyə edilir: Səbəb

18 İyun 2019, 22:11

Yaponiyanın hakimiyyət orqanları 6,8 bal gücündə zəlzələdən sora ölkənin şimal hissəsinin sahilyanı rayonlarının sakinlərini təxliyə etməyə başlayıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiyanın meteoroloji xidməti məlumat yayıb.

Yaponiyanın meteoroloji xidməti  ölkənin şimal rayonlarında bir metr hündürlüyündə sunami təhlükəsi elan edib. Əhaliyə dəniz və çay sahillərinə yaxınlaşmamaq tövsiyə olunur.

Zəlzələ nəticəsində xəsarət alanlar, yaxud dağıntılar olub-olmaması barədə hələlik məlumat verilmir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi