Arxiv
20 İyun 2019, 09:50 | AKTUAL
UNEC-də dövlət müəssisələrinin korporativ idarə edilməsinin əsas istiqamətləri müzakirə olundu

UNEC-də “Bilik əsaslı iqtisadiyyatda institusional amillər: Dövlət müəssisələrinin korporativ idarə edilməsi” mövzusunda II Forum keçirilib.

Forum Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzi, Empirik Mərkəz Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı və Dünya Bankı Azərbaycan nümayəndəliyinin dəstəyi ilə təşkil olunub.

 

Təbdirdə UNEC-in rektoru, professor Ədalət Muradov, Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Navid Naqvi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı, müvafiq nazirlik, dövlət və özəl müəssisələrin nümayəndələri iştirak ediblər.

 

Forumun açılışında çıxış edən rektor Ədalət Muradov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin müsbət nəticələr verdiyini bildirərək, iqtisadi inkişafın davamlılığının və dayanıqlığının təmin edilməsi, əhalinin rifahınıın daha da yaxşılaşdırılması istiqamətində islahatların uğurla davam etdiyini deyib. Həmin islahatların vacib elementlərindən birinin də ölkə iqtisadiyyatında mühüm rol oynayan dövlət müəssisələrinin idarəedilməsinin təkmilləşdirilməsi ilə bağlı olduğunu vurğulayan rektor, müzakirələrin forumda bu istiqamətdə aparılacağını vurğulayıb: “Dünyanın bir çox ölkələrində ölkə iqtisadiyyatında mühüm rol oynayan dövlət müəssisələri idarəetmədə və ortaya qoyduğu nəticələrdə özəl sektorla müqayisədə bir sıra hallarda rəqabətədavamlı olmurlar. Forumun əsas müzakirə predmeti də dövlət müəssisələrində korporativ idarəetmə metodları tətbiq etməklə idarəetməsinin təkmilləşdirməsidir”.

 

UNEC-də ölkə iqtisadiyyatının qarşısında duran məsələlərin müzakirəsinə  akademik baxış ortaya qoyulduğunu deyən Ə.Muradov müzakirələrdə eyni problemlərlə üzləşən və həmin problemləri uğurla həll edən ölkələrin təcrübəsinin bölüşdürüləcəyini, universitetlə real sektor arasında ölkə iqtisadiyyatında mövcud olan məsələlərin birgə müzakirəsinin aparılacağını qeyd edib. Müzakirələrin nəticəsi olaraq təkliflərin hazırlanacağını bildirib.

 

Bilik İqtisadiyyatı Tədqiqat Mərkəzinin direktoru, dosent Altay İsmayılov UNEC-də Universitet-Dövlət-Sənaye (UDS) platformasının yaradıldığı barədə məlumat verib. Bildirib ki, U-D-S platformasının yaradılmasının məqsədi innovativ inkişafa zəmin hazırlayan akademik mühiti, dövlət və iş dünyasını bir araya gətirərək səmərəli müzakirə mühiti təmin etməklə sinerji dəyəri formalaşdırmaqdır. O, UNEC-in U-D-S uçbuçağında akademik sektora düşən vəzifəni öz üzərinə aldığını qeyd edib.

 

İİTKM-nin direktoru Vüsal Qasımlı ölkə başçısının dövlət müəssisələrinin korporativ standartlarının tətbiqi ilə bağlı imzaladığı sərəncama diqqət çəkərək, yeni standartların hazırlandığını və Nazirlər Kabineti tərəfindən təsdiq edildiyini bildirib.  Yeni standartların tətbiqi ilə bağlı tədbirlər planına ehtiyac olduğunu deyən V.Qasımlı UNEC-də Universitet-Sənaye-Dövlət üçbucağının vəhdətində bu cür müzakirələrin aparılmasının faydalı olacağını bildirib. Dünya Bankı və UNEC-in U-S-D platformasının korporativ standartlarla bağlı idarəetmədə ən yüksək istinad mənbəyi olduğunu diqqətə çatdırıb.

 

Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Navid Naqvi mövzunun aktuallığından bəhs edərək, əsas diqqətin dövlət müəssisələrinin ölkə iqtisadiyyatına verdiyi töhfələrə yönəldilməli olduğunu deyib. Xarici və daxili investorların əsasən ölkə iqtisadiyyatında maliyyə vəsaitlərinin idarə olunmasına və dövlət müəssisələrindəki şəffaflığa önəm verildiyindən söz açan N.Naqvi UNEC-də təşkil olunan müzakirələrin dövlət müəssisələrinin resurslarının effekitv istifadə olunması və idarəetmədə şəffaflığın artırılması istiqamətində tədbirlərin görülməsinə böyük dəstək olacağını qeyd edib.

 

Tədbirdə Dünya Bankının Gürcüstan Nümayəndəliyinin mütəxəssisi İrina Gordeladze “Dövlətin dövlət müəssisələrinin direktorlar şurası və rəhbərliyi ilə münasibətləri”, Dünya Bankının Azərbaycan Nümayəndəliyinin mütəxəssisi Tural Camalov “Dövlət müəssisələrində maliyyə intizamı”, UNEC Empirik Tədqiqatlar Mərkəzinin Direktoru Xətai Alıyev “Dövlət müəssisələrində idarəetmə keyfiyyətinin fiskal dayanıqlılığa təsiri” mövzularında çıxış ediblər.

Çıxışlardan sonra suallar cavablandırılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ülvi Quliyev 12 ölkənin 1000-dən artıq idmançısının qatıldığı beynəlxalq turnirdə - FOTOLAR 19 Yanvar 2020, 00:57 Ərdoğan Merkellə Liviyadakı vəziyyəti müzakirə edib 19 Yanvar 2020, 00:38 Mahir Abbaszadə Sumqayıtda məskunlaşan seçiciləri ilə görüşdü - FOTOLAR 19 Yanvar 2020, 00:23 Ukrayna Azərbaycanlıları Radasında 20 Yanvar şəhidləri anıldı - VİDEO 18 Yanvar 2020, 23:56 Rövşən Sadıxov “start” işarəsi verdi - FOTOLAR 18 Yanvar 2020, 23:42 Hicran Hüseynova Sumqayıt seçiciləri ilə görüşdü 18 Yanvar 2020, 23:19 Qənirə Paşayeva seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 23:05 İran vurulan təyyarənin qara qutularını Ukraynaya göndərəcək 18 Yanvar 2020, 22:46 Liviyada  limanlar  Haftarın əlinə keçdi 18 Yanvar 2020, 22:34 Bakıda gənci döyüb xəstəxanalıq etdilər 18 Yanvar 2020, 22:17 İndoneziyada güclü zəlzələ 18 Yanvar 2020, 22:05 Aksiyada 30-dan çox etirazçı saxlanıldı 18 Yanvar 2020, 21:43 Azay Quliyev məhəllələrdə görüşlərə başladı - FOTOLAR 18 Yanvar 2020, 21:24 AFFA-nın İcraiyyə Komitəsinə namizədlər bəlli oldu 18 Yanvar 2020, 21:11 Seçicilər Vüqar Bayramovu böyük coşqu ilə qarşılayıb - FOTOLAR 18 Yanvar 2020, 20:57 Bakıda yeniyetmə yol qəzasının qurbanı olub 18 Yanvar 2020, 20:37 Fəzail Ağamalının seçicilərlə görüşü davam edir - FOTOLAR 18 Yanvar 2020, 20:14 İki gündə beş kənd - Ləman Ələşrəfqızı seçicilərlə görüşlərini davam etdirir 18 Yanvar 2020, 20:03 Musa Quliyev təbliğata Gəncənin müqəddəs yerlərini ziyarət etməklə başladı - FOTO 18 Yanvar 2020, 19:43 Deputatlığa namizəd Eldar Quliyev izdihamlı görüş keçirdi - FOTOLAR 18 Yanvar 2020, 19:20 Ceyhun Məmmədov Sumqayıtda məskunlaşan cəbrayıllı məcburi köçkünlərlə görüşdü - FOTO 18 Yanvar 2020, 19:00 İlham Əliyev məqalə YAZDI 18 Yanvar 2020, 18:46 İqbal Məmmədov seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 18:35 Müəllimlərin işə qəbulunda YENİLİK 18 Yanvar 2020, 18:04 Naxçıvan sakini Göygöldə işlədiyi evdən oğurluq etdi 18 Yanvar 2020, 17:46 Baş Prokurorluq sayt rəhbərinə xəbərdarlıq ETDİ 18 Yanvar 2020, 17:42 Cavanşir Paşazadə seçicilərlə görüşlərə başladı - FOTOLAR 18 Yanvar 2020, 17:32 Azay Quliyevin 4 illik fəaliyyətinə dair HESABAT - Video 18 Yanvar 2020, 17:22 Cəlilabadda narkoticlərə qarşı polis ƏMƏLİYYATI 18 Yanvar 2020, 17:13 Nazir əmr imzaladı - Daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaq 18 Yanvar 2020, 17:02 Afət Telmanqızının həyat yoldaşı: “Bu cür xanımla həyatı bölüşmək çox asan olur” 18 Yanvar 2020, 16:50 15 yaşlı Gəncə sakini sükan arxasında öldü 18 Yanvar 2020, 16:37 Onlar ən yaşlı deputatlığa namizədlərdir - SİYAHI 18 Yanvar 2020, 16:13 Kirayə mənzil üçün müraciətlərin qəbul tarixi AÇIQLANDI 18 Yanvar 2020, 15:55 Malik Həsənov seçiciləri ilə görüşüb - FOTOLAR 18 Yanvar 2020, 15:46
SORĞU Yeni parlamentdə kimlər olsun?