Arxiv
20 İyun 2019, 10:20 | İQTİSADİYYAT
Bakıda mövsümi meyvələrin qiyməti “od tutub yanır” - Rusiyaya aparılır...

Hazırda ərik, gilas, gilənar, çiyələk, albalı, alça kimi meyvələrin mövsümü olsa da, həmişəkindən yüksək qiymətlər əhalinin böyük əksəriyyətini necə deyərlər onlara tamarzı qoyub. Əriyin kiloqramı 4-7 manat, gilasın kiloqramı 5-7 manat, albalının kiloqramı 4-5 manat, çiyələyin kiloqramı 3-4 manat, alçanın kiloqramı 3-8 manat arasında dəyişir.

Hələ bu ilin aprel ayında müşahidə edilən kəskin hava şəraitindən sonra ekspertlər xüsusilə əriyin baha olacağını anons etmişdilər. Çünki həmin dövrdə çəyirdəkli meyvələr, o cümlədən ərik çiçəkləmişdi. Külək, dolu, yağış məhsulun tozlanmasını xeyli gecikdirdi, çiçəkləri tökdü.

Amma qiymətlərin yuxarı olması təkcə bununla əlaqələndirilmir.

Bəzi ekspertlər bahalığın səbəbinin kənd təsərrüfatı məhsullarının ixracının kəskin artımı ilə birbaşa bağlı olduğu deyirlər. Bu il fevralın 1-dən etibarən tətbiq olunmağa başlayan “Yaşıl dəhliz” buraxılış sisteminin buna birbaşa təsir etdiyi vurğulanır. 


Dövlət Gömrük Komitəsinin rəsmi məlumatına görə, təkcə bu ilin may ayı ərzində 241 041.64 min dollarlıq 251 646.57 ton meyvə-tərəvəz ixrac olunub.

 

Qazaxdan olan fermer Şahin Əliyevin Modern.az-a bildiridiyinə görə, hazırda rayonlarda kifayət qədər məhsul var. O, qiymətin yuxarı olmasının səbəbini ixracla əlaqələndirib:

“Fevralın 1-dən etibarən “Yaşıl dəhliz” buraxılış sistemi tətbiq olunmağa başlayıb. Bu, bizim üçün çox əla fürsətdir. İstehsal etdiyimiz məhsulu sərbəst şəkildə xarici bazarlara çıxara bilirik və xaricdən bura məhsul gətirə bilirik. Bu asanlaşma səbəbilə əksəriyyət istehsal etdiyi məhsulu daha sərfəli qiymətə xarici bazarlara çıxarmaq istəyir. Yəni istehsal olunan məhsulun böyük həcmi məhz xarici bazarlara - Rusiyaya istiqamətlənib, bu isə ölkəyə valyuta gətirir. Daxili bazarda tələb təklifi üstələdiyindən məhsullar bahadır”.

Fermer qeyd edib ki, hazırda Qazaxda pomidorun 5 kiloqramı 1 manatadır:

“Daha çox ixrac olunan məhsul olmasına baxmayaraq, Azərbaycanda bir il ərzində istixanaların sayı o qədər artıb ki, xarici bazara çıxarılsa da belə, yerli tələbatı ödəmək üçün də kifayət edəcək qədər pomidor yetişdirilib. Deyə bilərəm ki, bu il fermerlər üçün əlevişlidir”.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadə də Modern.az-a deyib ki, Azrbaycanda kənd təsərrüfatı məhsullarının ixracı artıb:

“Bu il kənd təsərrüfatı məhsulları və qida məhsullarının ixracında 37,6 faiz artım qeydə alınıb. Sizin sadaladığınız meyvələrə gəlincə, may ayı ərzində 30 ton ərik, gilas, albalı ixrac olunub. Bu da elə böyük rəqəm deyil. Nəzərə almalıyıq ki, mövsüm təzə başlayıb. Həmin meyvələr yeni yetişməyə başlayıb. Ona görə də həmin meyvələrin baha olması normaldır. Bir müddət sonra bu məhsulların qiyməti ucuzlaşacaq. Nəzərinizə çatdırım ki, Kənd Təsərrüfatı Nazirliyi qiymət siyasətinə qarışmır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
61 dövlət əmlakı satışa çıxarıldı - HƏRRAC 10 Avqust 2020, 13:00 Qanunsuz işləyən çayxana aşkar edilib 10 Avqust 2020, 12:58 Arnold Şvartsnegger ilk dəfə baba oldu 10 Avqust 2020, 12:55 Gəncədə qanunsuz narkotik saxlayan şəxs tutulub 10 Avqust 2020, 12:47 Rüşvət alarkən yaxalanan məmurun işi məhkəmə gönədrildi 10 Avqust 2020, 12:44 Zığ-Hövsan yolu yenidən qurulacaq 10 Avqust 2020, 12:34 Millət vəkili 6 aylıq fəaliyyəti dövründə 4300 seçicini dinlədi 10 Avqust 2020, 12:32 Putin Lukaşenkonu TƏBRİK ETDİ 10 Avqust 2020, 12:31 Rüşvətxorluqda ittiham olunan generalın həbsdən buraxılması TƏSDİQLƏNDİ 10 Avqust 2020, 12:22 Koronavirusdan qorunmaq üçün 1,5 milyon dollara maska SİFARİŞ ETDİ 10 Avqust 2020, 12:20 Lukaşenkonu ilk o təbrik etdi 10 Avqust 2020, 12:15 Azərbaycanda general-leytenant vəfat edib 10 Avqust 2020, 12:04 Müəllimliyə imtahan vermək istəyənlərin NƏZƏRİNƏ 10 Avqust 2020, 11:57 Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır 10 Avqust 2020, 11:52 Ceyhun Bayramov XİN rəhbəri kimi ilk səfərini bu ölkəyə edəcək 10 Avqust 2020, 11:46 Karantini pozan daha bir kafenin sahibi və müştərilər cərimələnib 10 Avqust 2020, 11:43 Bakıda polis əməkdaşı bıçaqlandı – cinayət işi açıldı 10 Avqust 2020, 11:23 Ermənistanda 1 gündə 23 nəfər virusa yoluxub 10 Avqust 2020, 11:15 DTX-nin həbs etdiyi general Əfqan Nağıyev buraxıldı 10 Avqust 2020, 11:11 Xocalı aeroprotundan Livana təyyarə uçub? 10 Avqust 2020, 11:08 Dillər Universiteti "Mənim Çinim" adlı onlayn-foto sərgi keçirir 10 Avqust 2020, 11:00 Koronavirusa görə vaxtından əvvəl azadlığa buraxılan məhkumların SAYI 10 Avqust 2020, 10:52 Xəzərdə suyun səviyyəsi azalıb 10 Avqust 2020, 10:49 Baş nazir Türkiyəyə görə Təhlükəsizlik Şurasının iclasını ÇAĞIRDI 10 Avqust 2020, 10:47 Təhsil Nazirliyi imtahanlarla bağlı yeniliyi açıqladı 10 Avqust 2020, 10:34 Havanı çirkləndirən sexin sahibi 2500 manat cərimələndi 10 Avqust 2020, 10:30 Dəhşətli daşqınlar 60-dan çox can aldı 10 Avqust 2020, 10:22 Prezident seçkilərinin ilkin nəticəsi açıqlandı – Lukaşenko 80,23% səs toplayıb 10 Avqust 2020, 10:18 2500 avtomobil postlardan GERİ QAYTARILIB 10 Avqust 2020, 09:53 Polis 3 tondan artıq narkotik vasitəni yandırdı 10 Avqust 2020, 09:48 Ermənistan ordusu Tovuz və Gədəbəyi atəşə tutdu 10 Avqust 2020, 09:45 Belarusda iğtişaşlarla bağlı cinayət işi açıldı 10 Avqust 2020, 09:41 Azərbaycan banklarında dollar bu qiymətə satılacaq - MƏZƏNNƏ 10 Avqust 2020, 09:34 FHN Kürdə batan şəxsin axtarışlarına başladı 10 Avqust 2020, 09:22 Belarusda seçkisonrası TOQQUŞMALAR – Rezin güllələr, su şırnaqları, yaralı etirazçılar - FOTOLAR 10 Avqust 2020, 09:14